Corc Bidl
Corc Uels Bidl (22.10.1903, Nebraska ştatı, Uaxu – 9.6.1989, Kaliforniya ştatı, Pomona) — amerikan genetiki.[3]
Corc Bidl | |
---|---|
ing. George Wells Beadle | |
| |
Doğum tarixi | |
Doğum yeri | Nebraska ştatı, Uaxu |
Vəfat tarixi | (85 yaşında) |
Vəfat yeri | Kaliforniya ştatı, Pomona |
Milliyyəti | amerikan |
Elm sahəsi | Genetika |
İş yeri |
Kaliforniya Texnologiya İnstitutu Çikaqo Universiteti Harvard Universiteti Stenford Universiteti |
Alma-mater |
Nebraska Universiteti - Linkoln Kornell Universiteti |
Təhsili | |
Elmi rəhbəri | Franklin D. Keim |
Tanınır | “Bir gen – bir ferment”, hüceyrələrin daxilində biokimyəvi hadisələr tənzimlənməsi |
Üzvlüyü | |
Mükafatları |
Əsas Tibbi Araşdırmalar üzrə Albert Lasker Mükafatı (1950) Fiziologiya və tibb üzrə Nobel mükafatı (1958) Tomas Hunt Morqan Medalı (1984) |
Haqqında
Nobel mükafatı laureatı (1958, E. Teytemlə birlikdə). Nebraska ştatındakı universiteti bitirmişdir (1926). 1928–31-ci illərdə Kornell Universitetinin əməkdaşı, Stanforddakı universitetin professoru (1937–46), 1946–61 illərdə Pasadenadakı Kaliforniya Texnologiya İnstitutunun professoru, Çikaqo Universitetinin rektoru (1961–68 illərdə) olmuşdur. Əsas əsərləri biokimyəvi genetikaya həsr edilmişdir. Metabolizmin genetik nəzarətini, irsiyyətin fiziki və kimyəvi əsaslarını tədqiq etmişdir. Qarğıdalı, drozofil və neyrospor üzərindəki təcrübələrində genlərin təbiətini və funksiyalarını öyrənmişdir. “Bir gen – bir ferment” kimi fundamental konsepsiyanın (1941) müəllifidir.
Həmçinin bax
İstinadlar
- George Beadle – Biographical (ing.). // nobelprize.org Nobel Foundation.
- http://www.dnaftb.org/16/bio.html.
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 25. ISBN 978-9952-441-03-1.