Con Uoker
Con Uoker (7 yanvar 1941[1][2], Halifaks[d], Qərbi Yorkşir[d]) — ingilis kimyaçısı, kimya üzrə Nobel mükafatı laureatı, Kembricdəki Tibbi Tədqiqatlar Şurasının Dann İnsan Qidalanma Birliyinin direktoru.
Con Uoker | |
---|---|
ing. John Ernest Walker | |
Doğum tarixi | 7 yanvar 1941[1][2] (83 yaş) |
Doğum yeri |
|
Fəaliyyəti | molekulyar bioloq, kimyaçı, universitet müəllimi[d] |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiyası və elmi işi
Con Uoker Halifksda anadan olub və uşaqlığını kənddə keçirib. 1964-cü ildə Oksford Universitetinin Müqəddəs Yekaterina Kollecini bitirmiş və 1969-cu ildə həmin universitetdə peptid antibiotikləri mövzusunda dissertasiya işi etmişdir.
Bundan sonra C.Uoker xaricdə işləmişdir: ABŞ-da Madisondakı Viskonsin Universitetində (1969-1971 il), Fransada Give-sur-Yvette və Pasteur İnstitutunda (1971-1974 il). Daha sonra C.Uoker İngiltərəyə qayıtdı və burada İngiltərənin ən mühüm tədqiqat mərkəzlərindən biri olan Tibbi Tədqiqatlar Şurasının Molekulyar Biologiya Laboratoriyasında işləməyə başladı. 1978-ci ildə o, mitoxondrial membran zülallarını (əsasən ATP sintaza) öyrənməyə başladı. Uoker hüceyrədə ATP sintezinin enzimatik təbiətini kəşf etdi. 1997-ci ildə Uoker Pol Boyerlə birlikdə bu kəşfə görə kimya üzrə Nobel mükafatını aldı.
İctimai fəaliyyəti
2016-cı ildə o, Greenpeace, Birləşmiş Millətlər Təşkilatı və bütün dünya hökumətlərini geni dəyişdirilmiş orqanizmlərə (GMO) qarşı mübarizəni dayandırmağa çağıran məktub imzaladı [4][5][6].
Mükafatları
- London Kral Cəmiyyətinin cəngavər bakalavr üzvü (1995 il)
- Kopli medalı (1997 il)
- Kimya üzrə Nobel mükafatı (1997 il)
- Avropa Molekulyar Biologiya Təşkilatının üzvü (1984 il) [7]
İstinadlar
- Sir John Walker // Encyclopædia Britannica (ing.).
- John E. Walker // Brockhauz Ensiklopediyası (alm.).
- NNDB (ing.). 2002.
- 107 Nobel laureates sign letter blasting Greenpeace over GMOs. Дата обращения: 30 июня 2016. Архивировано 29 июня 2016 года.
- Laureates Letter Supporting Precision Agriculture (GMOs). Дата обращения: 30 июня 2016. Архивировано 7 июля 2016 года.
- Список нобелевских лауреатов подписавших письмо. Дата обращения: 30 июня 2016. Архивировано 2 сентября 2017 года.
- "Arxivlənmiş surət". 2023-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-14.