Con Kennedinin qətli

35-ci ABŞ prezidenti Con Kennedinin qətli 1963-cü il 22 noyabr yerli vaxtla saat 12:30-da Dallasda baş verir. Kennedi Xanımı Jaklinlə prezident kortejində Elm-Stritdən keçərkən tüfəng atəşindən ölümcül yaralanır və elə həmin gün vəfat edir. Qətli rəhbəri ABŞ Ali Məhkəməsinin sədri Erl Uerron olan xüsusi komissiya tərəfindən on ay ərzində araşdırılır və komissiya qətlin Li Harvi Osvaldın tək planlaşdırdığı və yerinə yetirdiyi nəticəsinə gəlir, lakin indiyə qədər bu cinayətlə bağlı çoxlu versiyalar və fikirlər gəzib-dolaşır. Sosial sorğuya əsasən amerikalıların 70% rəsmi açıqlamaya inanmır.

Con Kennedinin qətli
Con və Jaklin Kennedi hadisədən bir neçə dəqiqə əvvəl
Con və Jaklin Kennedi hadisədən bir neçə dəqiqə əvvəl
Hücum yeri Dallas,Texas ştatı,ABŞ
Vaxt 1963-cü il 22 noyabr saat
12:30(yerli vaxtla)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hadisələrin gedişi

Kennedinin Texasa səfər edəcəyi hələ 5 iyuldan bəlli idi. Bu səfər 1964-cü il prezident seçkilərinə hazırlıq kampaniyası üçün nəzərdə tutulmuşdu. Əvvəlki seçkidə (1960) Kennedi Texasda respublikaçı Riçard Niksonu məğlub etmişdi. Həm də vitse-prezident Lindon Conson bu ştatın Senatda təmsilçisi idi.

Səfər üçün xüsusi olaraq Texas qubernatoru Con Konalli özü məşğul olurdu. Amerika gizli xidmət orqanları hazırladığı prezident kortejinin marşrutu 19 noyabrda Dallas qəzetlərində dərc edilir. Kortejin çatacağı son dayanacaq Dallas sərgi mərkəzi olacaqdı. Burada böyük ziyafət keçirilməsi planlaşdırılırdı.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.