Con Çarlz

Con Çarlz (27 dekabr 1931[1]21 fevral 2004) — Uelsli keçmiş futbolçu. Daha çox mərkəz hücumçusu və mərkəz müdafiəçisi kimi oynayıb. "Lids Yunayted" və "Yuventus" klublarındakı çıxışı ilə məşhur olan o, bir çoxları tərəfindən Britaniyadan olan ən böyük hərtərəfli futbolçu kimi qiymətləndirilib.[2]

Con Çarlz
Ümumi məlumatlar
Doğum tarixi 27 dekabr 1931(1931-12-27)[1]
Vəfat tarixi 21 fevral 2004(2004-02-21) (72 yaşında)
Vətəndaşlığı
Boyu 188 sm
Çəkisi 89 kq
Mövqeyi hücumçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və Karyerası

Çarlz karyerasına 1948-ci ildə doğma şəhərini təmsil edən "Suonsi Taun" klubunda başlayır. Ancaq tezliklə, bir il sonra "Lids Yunayted"də keçərək peşəkar debütunu orada edir. O, gücünə, tempinə, texnikasına, görmə qabiliyyətinə, havada olan qabiliyyətinə və qol gözünə görə müdafiəçi və ya hücumçu kimi eyni dərəcədə bacarıqlı idi.[3][4]

1952-ci ildə Milli Xidmətindən qayıtdıqdan sonra Çarlz daha tez-tez hücumçu kimi istifadə olunmağa başladı və 1954-cü ildə İngiltərə ikinci divizionun bombardiri oldu. Növbəti il o, klubun kapitanı seçilir. Komandada kapitan kimi ilk mövsümündə klubu ikinci yeri tutur. Çarlz 1956–57 mövsümünü Birinci Divizionun bombardiri olur və Lids mövsümu səkkizinci yerdə başa vurur.

1957-ci ilin yayında Çarlz "Yuventus" klubuna qoşuldu və burada Campyero BonipertiOmar Sivori ilə hücum tandemini təşkil edir və bu üçlük "Müqəddəs Üç Dişli" kimi tanındı. Klubda keçirdiyi beş mövsümdə o, üç dəfə skudetto və iki dəfə İtaliya kubokunu qazanır. O, həmçinin 1957–1958 mövsümünün İtaliya A seriyasının bombardiri olur.

1962-ci ildə Çarlz "Lids"ə qayıtdı, lakin İtaliyadakı oyun tərzinə öyrəşdiyi üçün orada keçirdiyi vaxt uğursuz odur və ilin sonunda o, "Roma" klubuna qoşulur. Burada bir mövsüm keçirən futbolçu 10 oyunda meydana çıxır və dörd dəfə fərqlənir.

Çarlz "Kardiff Siti"də oynamaq üçün doğma ölkəsinə qayıdır. "Kardiff Siti"də keçirdiyi 3 ildə 69 oyunda meydna çıxır və 18 qol vurur.

Futbolçu daha sonra, 1966-cı ildə "Hereford United" klubuna keçir və burada 5 ildə 173 oyunda meydana çıxır və 80 qol vurur. Futbolçu karyerasının sonlarında "Merthyr Tydfil"də oynayan məşqçi kimi kemir və karyerasını burada bitirir.

Rəqib oyunçulara heç vaxt təpik vurmamaq və ya qəsdən incitməmək fəlsəfəsinə görə, ona bütün karyerası ərzində heç vaxt xəbərdarlıq edilməyib və meydandan qovulmayıb. Buna görə futbolçu "Yuventus"da oynayarkən , Il Gigante Buono (Zərif Nəhəng) ləqəbini alır.[4]

1998-ci ildə o, "Futbol Liqasının 100 Əfsanəsi" sırasına daxil edildi və 2002-ci ildə "Futbol Şöhrət Zalı"nın açılış mərasimində iştirak edənlərdən biri oldu.

O, 1950-ci ildən 1965-ci ilə qədər on beş il ərzində Uels milli komandasında çıxış edib. Qardaşı Mel Çarlzla birlikdə 1958 FIFA Dünya Kubokunda Uels komandasının üzvü idi. Turnirdə Macarıstanla 1–1 hesablı heç-heçədə qol vurdu, lakin eyni rəqiblə pley-off matçında zədələndi. Braziliyaya qarşı 1/4 finaldan kənarda qalan Uels matçı 1–0 hesabı ilə uduzdu. Uelsin məşqçisi "Jimmy Murphy" oyundan sonra deyir ki, Çarlz formada olsaydı, Uels oyunu qazana bilərdi.

Futbolçu karyerasını bitirdikdən sonra, Çarlz Lidsdəki "New Inn" ictimai evinin sahibi oldu və daha sonra başqa bir "Leeds United" oyunçusu və Uels millisinin üzvu Bayron Stevenson tərəfindən idarə edildi.

16 iyun 2001-ci ildə həmin il Kraliçanın Doğum Günü Təqdimatının bir hissəsi olaraq, "Futbol Assosiasiyasına xidmətlərinə görə" Britaniya İmperiyasının ordeni ilə təltif edildi.[5]

Ölümündən qısa müddət əvvəl o, hər "Leeds United"in ev oyununda iştirak etməyə davam etdi.

2002-ci ildə Uels Futbol Assosiasiyasının vitse-prezidenti təyin edilir.

2004-cü ildə 50 illik yubileyi münasibətilə UEFA o zamankı 52 üzv assosiasiyanın hər birindən bir oyunçunu 1954–2003-cü illər dövrünün ən görkəmli oyunçusu kimi göstərməyi xahiş etdi və Çarlz 2003-cü ilin noyabrında Uels milli assosiasiyası tərəfindən Uelsin Qızıl Oyunçusu seçildi.

2004-cü ilin yanvarında o, İtaliya televiziyasına verdiyi müsahibədən qısa müddət əvvəl infarkt keçirdi və İngiltərəyə qaytarılmadan əvvəl qan dövranı səbəbiylə bir ayağının qismən amputasiya edilməsini tələb etdi.

O, 21 fevral 2004-cü ildə Qərbi Yorkşir ştatının Ueykfild şəhərindəki Pinderfild Xəstəxanasında vəfat edib. Dul arvadı Qlenda onun külünü Suonsi şəhərinə vəsiyyət etdi.[6]

Oyun tərzi

Bütün zamanların ən böyük İngilis futbolçularından biri kimi qəbul edilən[7] Çarlz həm mərkəz hücumçusu, həm də mərkəz müdafiəçisi kimi oynamağı bacaran çox yönlü futbolçu idi. Hücumçu kimi o, güclü və dəqiq zərbəsi sayəsində hər iki ayağı ilə qol vurmağı bacardığı üçün məhsuldar qolçu olması ilə məşhur idi. Onun boyu, bədən quruluşu və gücü, eləcə də başlıq gücü və dəqiqliyinə görə o, havada da üstün idi ki, bu da onun tez tez "ikinci mərtəbə"dən qol vurması ilə nəticələnirdi. Ölçüsünə baxmayaraq, o, həm də yaxşı texniki bacarıqlara və ötürmə qabiliyyətinə malik sürətli oyunçu idi ki, bu da ona həm qol vurmağa, həm də qol yaratmağa imkan verirdi. Bacarığından əlavə, o, meydanda düzgün davranışı ilə də tanınırdı və bu, boyu ilə yanaşı, ona Il Gigante Buono (Zərif Nəhəng) ləqəbini qazandırdı.[8][9][10]

İstinadlar

  1. John Charles † // Transfermarkt (çd.). 2000.
  2. "JOHN CHARLES – International Football Hall of Fame". 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-14.
  3. "John William CHARLES" (italyan). Il Pallone Racconta. 14 June 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 December 2014.
  4. Bedeschi. "Gli eroi in bianconero: John CHARLES" (italyan). TuttoJuve.com. 24 December 2015. 14 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 August 2016.
  5. "No. 56237". The London Gazette (Supplement). 16 June 2001. 7–8.
  6. Charles, 2009
  7. "JOHN CHARLES – International Football Hall of Fame". 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-14.
  8. "John William CHARLES" (italyan). Il Pallone Racconta. 14 June 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 December 2014.
  9. Bedeschi. "Gli eroi in bianconero: John CHARLES" (italyan). TuttoJuve.com. 24 December 2015. 14 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 August 2016.
  10. Zara. "Pavoletti e i grandi specialisti di testa dell'Italia e del mondo" (italyan). www.calciomercato.com. 15 May 2018. 5 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 May 2019.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.