Colchicum trigynum

Colchicum trigynum (lat. Colchicum trigynum) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin vaxtsızçiçəkkimilər fəsiləsinin vaxtsızçiçək cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu: "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir — CR B2ab(v). Azərbaycanın nadir və endemik növüdür. Regional IUCN Statusu: CR B2ab (v).

Colchicum trigynum
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Növ:
Colchicum trigynum
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  1094124
EOL  1003727

Təsviri

Çoxillik ot bitkisidir. Soğanaqlı, yumru, yumurtavari, 1–1,5 sm yoğunluğunda, qara və ya qara-qonur, dərivari qınlıdır. Gövdə 6–14 sm hündürlüyündədir. Yarpaqlar üçkünc, neştərşəkilli, küt, çiçəyə bərabər və ya qısa, parlaq-yaşıldır. Çiçəklər 1–5 ədəd ağ və ya çirkli ağdır. Qutucuğu uzunsov-ellipsvari, hər iki ucdan sivridir.

Ekologiyası

Çiçəkləmə və meyvə əmələgətirmə dövrü fevral-mart aylarına təsadüf edir. Soğanaq yumruları və toxum vasitəsilə çoxalır. Aşağı dağ qurşağında quru otlu, daşlı, çınqıllı yamaclarda yayılmışdır. İşıq sevəndir. Dekorativ bitkidir. Populyasiyanın sayı azdır. Yeganə lokalitetində mənfi antropogen təsirlər itmə təhlükəsi yaradır. Ancaq bir bitmə yeri məlumdur. Məhdudlaşdırıcı amillər antropogen (əhali tərəfindən çiçəklərin və soğanaqların yığılması) və zoogen amillər.

Mühafizə tədbirləri

Mühafizə tədbirləri görülməyib.

Azərbaycanda yayılması

Diabar (Lerik rayonu, Qosmalyan kəndi). Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağında becərilir.

İstinadlar

    Həmçinin bax

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.