Colchicum soboliferum
Colchicum soboliferum (lat. Colchicum soboliferum) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin vaxtsızçiçəkkimilər fəsiləsinin vaxtsızçiçək cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir — CR A2ac+3c. Azərbaycanın nadir növüdür.
Colchicum soboliferum | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Colchicum soboliferum |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Təsviri
Çoxillik ot bitkisidir. Soğanaqlı, yumru-yumurtavari, 1 sm-ə qədər yoğunluqda, nazik örtüklə örtülmüşdür. Yarpaqlar 3 ədəd, xətvari, neştərşəkilli, sivri, çox və ya az dərəcədə hamar, çılpaq, 3 - enində, çiçəklərlə bir vaxtda görünür, bəzən onlardan uzun olur. Çiçəklər 1–2 çəhrayı, 17 - uzunluğunda, 2 - enində, əsası oxşəkillidir. Qutucuq xırda uzunsov-yumurtavari, uzunluğundadır.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
Çiçəkləmə və meyvə əmələgətirmə dövrü yanvar-mart aylarına təsadüf edir. Soğanaq yumruları və toxum vasitəsilə çoxalır. Yüksək dağ qurşağında subalp çəmənlərdə yayılmışdır. Kriptofitdir. Dekorativ bitkidir.
Yayılması
Böyük Qafqazın qərb hissəsi.
Sayı və tendensiyası
Populyasiyası azdır və itmə təhlükəsi altındadır.
Məhdudlaşdırıcı amillər
Antropogen (əhali tərəfindən çiçəklərinin və soğanaqların yığılması) və zoogen amillər.
Mühafizə tədbirləri
Xüsusi mühafizə tədbirləri görülməyib.