Cokyakarta
Cokyakarta (Yogyakarta, Joq jakarta, Djokjakarta) — İndoneziyada şəhər. Cokyakarta xüsusi ərazi dairəsinin inzibati mərkəzi.[2]
şəhər | |||||
Cokyakarta | |||||
---|---|---|---|---|---|
ing. Yogyakarta | |||||
|
|||||
7°48′01″ c. e. 110°23′28″ ş. u. | |||||
Ölkə | İndoneziya | ||||
Tabesində | Cokyakarta | ||||
Region | Cokyakarta | ||||
Başçı | Haryadi Suyuti | ||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 17 oktyabr, 1756 | ||||
Sahəsi |
|
||||
Mərkəzin hündürlüyü | 113 ± 1 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi | 412,331 nəfər (2016) | ||||
Sıxlığı | 9,000 nəf./km² | ||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | +62 274 | ||||
Poçt indeksi | 55111–55792 | ||||
Nəqliyyat kodu | AB | ||||
Digər | |||||
jogjakota.go.id | |||||
| |||||
Vikianbarda əlaqəli mediafayllar |
Əhalisi
Əhalisi 669,9 min (2007; aqlomerasiyada 1,6 mln.) nəfərdir.[2]
Coğrafiyası
Hind okeanı sahilindən 35 km-lik məsafədə, Yava adasının mərkəzi hissəsində, Merapi vulkanından (hündürlüyü 2911 m) cənubda yerləşir. Avtomobil yolları qovşağı, adanın digər şəhərləri ilə dəmiryol əlaqəsi. Beynəlxalq aeroport (Adisuçipto).[2]
Tarixi
Cokyakarta (Yava dilində "çiçəklənməli olan şəhər") 1755-ci ildə Yava şahzadəsi Manqku bumi tərəfindən eyniadlı sultanlığın pay taxtı kimi salınmışdır. 19–20-ci əsrlərdə Hollandiya müstəmləkə idarəçiliyinə qarşı milli müqavimətin dayağına çevrilmişdi. Yava üsyanı (1825–30) zamanı Diponeqoronun baş qərargahı, 1942–45-ci illərdə isə Sukarnonun başçılığı ilə xalq müqaviməti hərəkatının qərargahı Cokyakartada yerləşirdi. 1946–49 -cu illərdə Cokyakarta İndoneziyanın müvəqqəti paytaxtı olmuşdur. Şəhər dəfələrlə zəlzələ və Merapi vulkanının püs kürməsindən dağıntılara məruz qalmışdır (2006-cı il mayın 27-də baş vermiş zəlzələ nəticəsində təqribən 6 min nəfər həlak olmuşdur).[2]
Memarlığı
Şəhərin tarixi mərkəzində Sultan sarayı ansamblı ("kraton", 18-ci əsr), park və Taman-Sari sarayının ("Su qəsri", 1758; 2006-cı ildən bərpa edilmişdir) qalıqları; şimal hissəsində müasir işgüzar mərkəzi (Calan-Malioboro əsas ticarət küçəsində 19–20-ci əsrlər holland müstəmləkə üslubunda olan binalar saxlanılmışdır) yerləşir. Bentenq-Fredeburq holland qalası (1765; hazırda İndoneziyanın müstəqilliyi uğrunda mübarizə tarixi muzeyidir) bərpa edilmişdir. Qadja-Mada Universiteti (1949) ölkənin ilk və ən nüfuzlu ali məktəbidir; Cokyakarta Dövlət Universiteti, İndoneziya İncəsənət İnstitutu (1984), həmçinin bir sıra qeyri-dövlət ali məktəbi, o cümlədən İndoneziya İslam Universiteti (1945); Klassik Yava rəqsi məktəbi və "Kölgələr" teatrı (vayanq-kulit); İslam kitabxanası (1942) və regional kitabxana (1949); İndoneziya Sonobudoyo incəsənəti muzeyi (1935), İndoneziyanın milli qəhrəmanı şahzadə Diponeqoro muzeyi, HHQ muzeyi; Okeanarium (dünyada akulalar üçün ən iri hovuzlardan biri), Pasar-Nqasem quş bazarı və s. fəaliyyət göstərir.[2]
İqtisadiyyatı
Hər il Cokyakartada İndoneziya musiqi və rəqs sənəti festivalı keçirilir. Cokyakarta turizm mərkəzidir. İşləyənlərin 2/3-sindən çoxu xidmət sferasında çalışır (əsasən, ticarət və əyləncə sənayesində). Cokyakarta batik istehsalının iri mərkəzidir.[2]
Sənayesi
Cokyakartanın şəhərətrafı olan Kotagede (16–17-ci əsrlərdə Yavada Mataram imperiyasının paytaxtı olmuşdur) gümüş üzərində döymə və zərgərlik məmulatları istehsalı üzrə ölkənin başlıca mərkəzidir; şəhərətrafı Kasonqan ənənəvi İndoneziya keramikası istehsalının mühüm mərkəzidir. Toxuculuq və tikiş məmulatları (əsasən, batikdən geyimlər) istehsal olunur; yeyinti (şəkər, meyvə-tərəvəz konservi, yağ və s.), tütün, mebel sənayesi müəssisələri fəaliyyət göstərir; metal emal edilir, ənənəvi İndoneziya sənətkarlığı əşyaları və suvenirlər hazırlanır. Cokyakartanın yaxınlığında yerləşən 8–10-cu əsrlərə aid Borobudur Budda məbədi və Pram banan hinduist məbədi kompleksi Ümumdünya irsi siyahısına salınmışdır.[2]
Qalereya
- Cokyakarta sultanlığının əsas pavilionu
- Adisusipto beynəlxalq aeroportu
- Taman Sari su qalası
- Tuqu dəmiryol stansiyası
Həmçinin bax
İstinadlar
- The Master Book of Indonesian Territory Data 2015 (ind.).
- Cokyakarta// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 381. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.