Coko Vidodo
Coko Vidodo (d. 21 iyun 1961-ci il) — İndoneziyanın 7-ci və hazırkı prezidentidir. Cokovi adı ilə də tanınır. O, bu vəzifədə xidmətinə 2014-cü ildən etibarən başlamışdır. O, bundan əvvəl 2005-ci ildən 2012-ci ilə qədər Surakarta şəhərinin meri, 2012-ci ildən 2014-cü ilə qədər isə Cakarta şəhərinin qubernatoru vəzifəsində xidmət etmişdir. Yüksək səviyyədə siyasi və ya hərbi xidmət keçmişi olmayan ilk İndoneziya prezidentidir.[4]
Coko Vidodo | |
---|---|
Joko Widodo | |
![]() Coko Vidodonun rəsmi portreti. 2019-cu il. | |
| |
Vəzifədədir | |
20 oktyabr 2014-cü ildən | |
Əvvəlki | Susilo Bambanq Yudhoyono |
Şəxsi məlumatlar | |
Doğum adı | Mulyono |
Doğum tarixi | |
Doğum yeri |
![]() |
Milliyyəti |
![]() |
Partiya | İndoneziya Demokratik Mübarizə Partiyası |
Fəaliyyəti | siyasətçi, sahibkar, mühəndis |
Həyat yoldaşı | İriana Coko Vidodo (e.1986) |
Uşaqları |
Qibran Rakabuminq Raka Kahiyanq Ayu[1][2] Kaesanq Panqarep |
Dini | İslam[3] |
|
|
![]() |
|
presidenri.go.id | |
![]() |
Fəaliyyəti
Cokovi 2012-ci ildə Cakarta qubernator seçkilərində öz partiyası olan İndoneziya Demokratik Mübarizə Partiyası tərəfindən namizəd olaraq təqdim olunmuşdur.[5] 20 sentyabr 2012-ci il tarixində seçkilərin ikinci hissəsində əsas rəqibi olan Fauzi Bovonu məğlub edərək qubernator təyin olunmuşdur.[6] Qubernatorluğu dövründə öz xarakteri ilə seçilmiş, yüksək səviyyəli ictimai səfərləri ilə bütün ölkədə nüfuzunu artırmışdır.[7][8]
14 mart 2014-cü il tarixində prezident seçkilərində namizədliyini irəli sürdüyünü elan etmişdir.[9] Prezident seçkiləri 9 iyul 2014-cü ildə başlamışdır. Ümumi Seçki Komissiyası tərəfindən açıqlanan seçki nəticələrinə əsasən, səslərin 53.1%-ni toplayan Coko Vidodo rəsmi şəkildə ölkənin 7-ci prezidenti elan olunmuşdur.[10][11]
Prezident kimi əsas fəaliyyət istiqaməti ölkənin infrastrukturunun inkişafına yönəlmişdir.[12] Yanacaq subsidiyalarının azaldılması və vergi amnistisiyası barədə qərar qəbul etmişdir.[13][14] Xarici dövlətlərlə əlaqələrdə onun başçılıq etdiyi hökumətin əsas məqsədi İndoneziyanın suverenliyini müdafiə etmək olmuşdur. O, prezidentliyi dövründə qeyri-qanuni balıq ovu ilə məşğul olan gəmilərin batırılması[15] və xarici tənqidlərə baxmayaraq, narkotik qaçaqmalçıları üçün ölüm cəzası təyin etmişdir.[16]
Şəxsi həyatı
The Economist jurnalının verdiyi məlumata görə, Cokovi "yüksək səsli rok musiqilərini" dinləməyi sevir və onun amerikan Metallica qrupunun üzvü Robert Truxilo tərəfindən imzalanmış gitarası var.[17]
O, 2 noyabr 2013-cü ildə hələ Cakarta şəhərinin qubernatoru olarkən rok musiqisi festivalında görünmüşdür. Bu, ilk belə hadisə deyildi. Belə ki, Cokovi ilk dəfə 2011-ci ildə təşkil olunmuş musiqi festivalında da görüntülənmişdi.[18]
O, bir çox xüsusiyyətlərinə görə tez-tez keçmiş ABŞ prezidenti Barak Obama ilə müqayisə olunur.[19]
Cokovi aktiv sosial media istifadəçisi olaraq tanınır və tez-tez özünün YouTube hesabına videolar yükləyir. Onun Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səudla naharı zamanı paylaşdığı video iki milyondan çox şəxs tərəfindən izlənmişdir.[3]
Həmçinin bax
İstinadlar
- ""Wedding of Joko Widodo's daughter attended by 'Who's Who' of Indonesia"". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-12.
- ""Jokowi's daughter's wedding procession starts Monday"". 2021-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-12.
- "Indonesian politics are becoming less predictable". The Economist. 5 oktyabr 2017. 2018-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-12.
- Cochrane, Joe. "A Child of the Slum Rises as President of Indonesia". The New York Times. 22 iyul 2014. 2014-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2017.
- Tempo.Co. "Asal Mula Basuki Tjahaja Dipanggil Ahok | balaikota | tempo.co". Tempo News. 2017-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2017.
- "Editorial: Jokowi's real battle". The Jakarta Post. 22 sentyabr 2012. 2014-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2017.
- Banyan. "No ordinary Jokowi". The Economist. 21 yanvar 2014. 2014-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2017.
- "Indonesia's rock governor". www.aljazeera.com. Al Jazeera. 4 aprel 2014. 2018-11-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2017.
- Governor of Jakarta Receives His Party’s Nod for President Arxivləşdirilib 2017-02-03 at the Wayback Machine. The New York Times, 14 mart 2014.
- Thatcher, Jonathan; Kapoor, Kanupriya. "Indonesian president-elect Jokowi calls for unity after bitter election". Reuters. 23 July 2014. 14 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2017.
- "Jakarta governor Widodo wins Indonesian presidential election". Indonesia News.Net. 2014-10-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2017. (#apostrophe_markup)
- Sambhi, Natalie. "Jokowi's 'Global Maritime Axis': Smooth Sailing or Rocky Seas Ahead?" (PDF). Security Challenges. 11 (2). 2015. 2017-10-02 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2017.
- Bisara, Dion; Azhari, Muhammad Al. "Jokowi Eyes Infrastructure Focus With Fuel Subsidy Cut". Jakarta Globe. 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2017.
- "Indonesia tax amnesty nets $330 bln - now for reform". CNBC. 21 mart 2017. 2022-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2017.
- Chan, Francis. "Indonesia blows up and sinks another 81 fishing boats for poaching". Straits Times. 2 aprel 2017. 2017-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2017.
- Halim, Haeril. "Jokowi orders police to gun down foreign drug traffickers". The Jakarta Post. 22 iyul 2017. 2017-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2017.
- Banyan: Mr Joko goes to Jakarta' Arxivləşdirilib 2017-08-17 at the Wayback Machine. The Economist. 8 iyun 2013.
- Jokowi Nonton Konser Rock hingga ke Solo Arxivləşdirilib 2022-06-20 at the Wayback Machine. regional.kompas.com. 3 noyabr 2013
- Kwok, Yenni. "'Indonesia's Obama' Is Actually Nothing of the Sort". time.com. 20 may 2014. 2 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2017.
Xarici keçidlər
