Cohor Baru
Cohor Baru, Yeni Cohor (Johor Bahru, Johor Baharu) — Malayziyada şəhər. Cohor ştatının (sultanlığının) inzibati mərkəzi.[1]
şəhər | |||||
Cohor Baru | |||||
---|---|---|---|---|---|
ing. Johor Bahru | |||||
|
|||||
1°27′20″ şm. e. 103°45′40″ ş. u. | |||||
Ölkə | Malayziya | ||||
Tabesində | Cohor ştatı | ||||
Region | Cohor Baru | ||||
Başçı | A Rahim Nin | ||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 10 mart, 1855 | ||||
Sahəsi | 220.00 km² | ||||
Mərkəzin hündürlüyü | 32 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi | 497,067 nəfər (2010) | ||||
Rəsmi dili | |||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | +60 07 | ||||
Poçt indeksi | 79xxx to 81xxx | ||||
Nəqliyyat kodu | J | ||||
Digər | |||||
mbjb.gov.my | |||||
| |||||
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
Malakka yarımadasının cənubunda, Malayziyanı Sinqapurdan ayıran Cohor boğazının şimal sahilində yerləşir. Əhalisi 5,5 milyon olan Sinqapur–Cohor-Baru transsərhəd şəhər aqlomerasiyasına daxildir. İri nəqliyyat qovşağı. Sinqapur ilə damba vasitəsilə birləşir (1924; uzunluğu 1056 m, 6 zolaqlı avtostrada, dəmiryol əlaqəsi). Müasir avtomobil magistralları qovşağı. Dəniz portu (kauçuk, palma yağı, meyvə, boksit və s. ixracı); Malayziyanın ən iri Tancunq-Pelepas konteyner portu (Cohor Barudan qərbdə; 2005-ci ildə yük dövriyyəsi təqribən 4,5 milyon İFE konteyner). Beynəlxalq aeroport (Senay).[1]
Tarixi
1855-ci ildə Malayya balıqçılarının Tancunqputri məskəni kimi meydana gəlmişdir. 1866-cı ildə sultan Əbu Bəkr Cohor sultanlığının paytaxtını bura köçürərək onu Cohor Baru adlandırmışdır. 20-ci əsrin ortalarından Sinqapurun sənaye peyk-şəhəri kimi inkişaf edir.[1]
Memarlığı
Şəhərin cənubunda, Cohor boğazının sahilyanı hissəsində Cohor Barunun işgüzar mərkəzi yerləşir. Şəhərin mərkəzi hissəsində İstana-Besar (1866), Bukit-Serene (1933) sarayları, Dövlət katibliyi binası, neorenessans üslubunda inşa edilmiş Əbu Bəkr məscidi (1892) saxlanılmışdır. Sultan Əbu Bəkr muzeyi, Botanika bağı, zoopark var. Malayziya Texnologiya Universiteti (1904, 1975-ci ildən indiki adı ilə), MARA texnologiya universitetinin (1956) filialı və s. var.[1]
İqtisadiyyatı
Malayziyanın ən sürətlə inkişaf edən iqtisadi mərkəzlərindən biri (əhəmiyyətinə görə Kuala-Lumpur və Pinanq şəhər aqlomerasiyalarından sonra 3-cü), ölkənin cənubunun başlıca regional inkişaf qütbüdür. İşləyənlərin 1/2-indən çoxu sənayedə çalışır, sakinlərinin böyük hissəsinin iş yeri Sinqapurdadır. İqtisadiyyatda Sinqapur kapitalı üstünlük təşkil edir. Cohor Baru dünyada təbii kauçuk emalının mühüm mərkəzlərindən biridir. Ağ dəmir istehsalı üzrə zavod, “General Motors” korporasiyasının avtomobilquraşdırma müəssisəsi fəaliyyət göstərir. Ticarət və nəqliyyat paylaşdırıcı (logistik) mərkəzdir (o cümlədən Sinqapurun ərzaq məhsulları ilə təchizatçısı). Turizm inkişaf etmişdir (hər il təqribən 10 milyon xarici turist – Malayziyaya gələnlərin təqribən 60%-i, əsasən, Sinqapur vətəndaşları). İri pərakəndə satış kompleksləri və ticarət rayonları (ilk növbədə Sinqapurdan gələnlər üçün nəzərdə tutulmuşdur) var.[1]
Sənayesi
Cohor Barudan şərqdə Pasir-Qudanq və Tancunq-Lanqsat (neft emalı, kimya sənayesi müəssisələri – etilen, propilen və onların törəmələrinin istehsalı; gəmiqayırma); şimal və şimal qərbdə elektronika (əsasən, Amerika və yapon TMK-larına məxsusdur), həmçinin toxuculuq, yağ, meyvə-tərəvəz konservi (konservləşdirilmiş ananas istehsalı və s.), ağac emalı sənayesi müəssisələrinin fəaliyyət göstərdiyi Senay, Skuday, Tebrau, Tampoy, Kulay azad iqtisadi zonaları yerləşir.[1]
Qalereya
- Cohor Baru qədim Çin məbədi
- Cohor Baru Sentralı və yol magistralı
- Larkin Setral avtobus terminalı
- Cohor Baru ali məhkəməsi
- Sultan Aminah hospitalı
- CQrand Palas
- Dəmiryol stansiyası
- Şəhər meydanı
- KSL ticarət mərkəzi
- Broadvey teatrı
- Tan Sri Dato' Haji Hassan Yunos Stadionu
- Danqa Bay əyləncə parkı
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- Cohor Baru// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 380-381. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.