Codename: Sailor V

Codename: Sailor V (コードネームはセーラーV, Kōdo Nēmu wa Sērā Bui)Naoko Takeuçi tərəfindən yazılmış və çəkilmiş manqa seriyası. Manqa seriyası sehirli güclərə malik olduğunu və Yeri qorumalı olduğunu öyrənən deyib-gülən məktəbli qız Minako Ayno haqqındadır. "Codename: Sailor V" Naoko Takeuçinin yazacağı "Seylor Mun" manqası üçün təməl rolunu oynamışdır.

Codename: Sailor V
Üzərində Seylor Vi və Artemisin təsvirləri olan üzlük.
コードネームはセーラーV
(Kōdo Nēmu wa Sērā Bui)
azərb. Kod adı: Seylor Vi
Janr maho-şoco, romantika
Manqa
ManqakaNaoko Takeuçi
NəşriyyatKodansha
Tərcüməçi nəşriyyat
Kodansha Comics USA
DemoqrafiyaŞoco
Nəşr tarixi3 avqust 19913 iyul 1997
CildlərOrijinal: 3
Yeni: 2 (cild siyahısı)
Fəsil sayıOrijinal: 15
Yeni: 16
Əlaqəli seriyalar

Məzmun

Minako Ayno 13 yaşlı orta məktəb şagirdi, əylənməyi sevən, gələcəkdə öz sevgisini tapmağı arzulayan qızdır. Bir gün Minako alnında ağ aypara işarəsi olan, danışa bilən Artemis adlı ağ pişiklə rastlaşır. Artemis ona başa salır ki, o, sehirli güclərə malikdir və bu güclərlə daha güclü və gözəl şəxsə çevrilə bilər.

Artemis onun Seylor Venera olduğunu və Yer planeti Venera planetinin adından qorumalı olduğunu deyir. Artemis ona kömək etmək üçün iki əşya verir: aypara formalı kompakt və sehirli qələm. Sehirli qələmin köməyi ilə Minako istədiyi zaman Ədalət döyüşçüsü Seylor Viyə çevrilə bilir.

Minako tezliklə Danburitin başçılıq etdiyi Qaranlıq Agentliyə qarşı mübarizə aparmağa başlayır. Danburitin vəzifəsi bacarıqlı müğənnilərdən istifadə edərək cəmiyyəti kölələşdirməkdir.

Minako Ayno Seylor Vi kimi bir çox macəralar yaşayır, polislərin heyranlığını və qısqanclığını qazanır. Minako Saycyo Acedən kömək almağa başlayır.

Sonda Minako missiyasının düşündüyündən daha vacib olduğunu və Seylor Venera kimi əsl şəxsiyyətini öyrənir. Bu andan etibarən Minako digər Seylor döyüşçülərinin və Ay şahzadəsinin axtarışına çıxır.

Buraxılış

"Codename: Sailor V" ilk dəfə olaraq 3 avqust 1991-ci ildə "RunRun" jurnalının yay tətili buraxılışında yomikiri kimi nəşr olunmuşdur.[1][2] Daha sonra manqa seriyasına çevrilmiş və bu jurnalda 3 iyul 1997-ci ilə kimi nəşr olunmuşdur.[1] Kodansha manqanın 15 fəslini 3 tankobon cilddə toplamış və onları 18 dekabr 1993-cü ildən 6 noyabr 1997-ci ilə kimi çap etdirmişdir.[3][4] 2004-cü ildə manqanın stili və dialoqları yenidən gözdən keçirilərək iki şinsoban cildində yenidən nəşr olunmuşdur.[5][6] 2014-cü ildə ildə iki kanzenban cildi şəklində buraxılmışdır.[7][8]

Şimali Amerikada Kodansha Comics USA manqanın delüks nəşrini "Seylor Mun" manqası ilə ingilis dili üçün lisenziyalaşdırmışdır.[9] Şimali Amerikada manqa 13 sentyabr 2011-ci ildən 25 noyabr 2011-ci ilə kimi serializasiya olunmuşdur.[10] [11] Manqa başqa dillərə tərcümə olunmuşdur: Glenat tərəfindən fransızispan dillərinə,[12][13] Egmont Manga & Anime tərəfindən alman dilinə,[14] Star Edizioni və daha sonra GP Publishing ("Amici" jurnalında nəşr olunub)[15][16] tərəfindən italyan dilinəJPF tərəfindən polyak dilinə.[17]

Manqa əsasında OVA seriyalarının çəkilməsi planlaşdırılsa da, bu heç vaxt həyata keçirilməmiş, əvəzində "Seylor Mun"un anime adaptasiyası çəkilmişdir.[18]

Fəsillər

Yapon nəşr tarixiYapon ISBN
1 18 dekabr 1993[3]ISBN 4-06-322801-0 [3]
  • I cild: "Seylor Vi doğulur!" (セーラーV誕生!, "Sērā Bi Tanjō!")
  • II cild: "Minako 'Tac Oyun Mərkəzində'" (美奈子in「ゲームセンタークラウン」, "Minako in 'Gēmu Sentā Kuraun'")
  • III cild: "Seylor Vi peyda olur! Channel 44 / Pandora hekayəsi" (セーラーV初登場--「チャンネル44」パンドラの野望編, "Sērā Bi Hatsu Tōjo! -- 'Chaneru 44' Pandora no Yabō Hen")
  • IV cild: "Balaca Pandora hekayəsi" (プチ・パンドラの野望編, "Pechi Pandora no Yabō Hen")
  • V cild: "Qaranlıq Agentlik hekayəsi" (ダーク・エージェンツーの院謀編, "Dāku Eejentsū no In Bō Hen")
  • VI cild: "Hesablaşma! Seylor Vi elektronik döyüşçü qız Luqaya qarşı" (対決!セーラーV vs. 電脳少女闘士ルゥガ, "Taiketsu! Sērā Bi vs. Dennō Shōjo Toshi Rūga")
2 22 oktyabr 1994[19]ISBN 4-06-322810-X [19]
  • VII cild: "Seylor Vinin tətili/ Havay hekayəsi!" (セーラーVバカンス編--ハワイヘの野望!, "Sērā Bi Bakansu Hen -- Hawai e no Yabō!")
  • VIII cild: "Üç zolaqlı yolda sevgi !" (並木道の恋--ターボ全開バリバリ!編, "Namiki Michi no Koi -- Tābo Zenkai BariBari! Hen")
  • IX cild: "Seylor Vi Debrinə qarşı" (セーラーV vs. デブリーネ, "Sērā Bi vs. Deburīne")
  • X cild: "Seylor Vi çətinlikdə!? Kayto Ace peyda olur!" (セーラーVピンチ!?怪盗A登場!, "Sērā Bi Pinchi!? Kaitō A Tōjō")
3 6 noyabr 1997[4]ISBN 4-06-322834-7 [4]
  • XI cild: "Ev heyvanı hekayələri / Nömrə 1: Nyan-Nyan hekayəsi" (ペット編その1.娘々の陰謀, "Petto Hen Sono 1 Nyan Nyan no Inbō")
  • XII cild: "Ev heyvanı hekayələri / Nömrə 2: Van-Van hekayəsi" (ペット編その2.王々の陰謀, "Petto Hen Sono 2 Wan Wan no Inbō")
  • XIII cild: "Ev heyvanı hekayələri / Nömrə 3: Çuu-Çuu hekayəsi" (ペット編その3.触々の陰謀, "Petto Hen Sono 3 Chū Chū no Inbō")
  • XIV cild: "Haçimaki daşında gənclik mərci!!" (ハチマキ石にかけた青春!!, "Hachimaki Ishi ni Kaketa Seishun!!")
  • XV cild: "Yeni səyahət başlayır!!" (新たなる旅立ちッ!!, "Arata Naru Tabidachi!!")

Şinsoban

Yapon versiyasının nəşr tarixiYapon ISBNİngilis versiyasının nəşr tarixiİngilis ISBN
1 29 oktyabr 2004[20]ISBN 4-06-334929-2 [20]13 sentyabr 2011[10]ISBN 978-1935429777
  • I cild: "Seylor Vi doğulur!" (セーラーV誕生!, "Sērā Bi Tanjō!")
  • II cild: "Minako 'Tac Oyun Mərkəzində'" (美奈子in「ゲームセンタークラウン」, "Minako in 'Gēmu Sentā Kuraun'")
  • III cild: "Seylor Vi peyda olur! Channel 44 / Pandora hekayəsi" (セーラーV初登場--「チャンネル44」パンドラの野望編, "Sērā Bi Hatsu Toujō! -- 'Chaneru 44' Pandora no Yabō Hen")
  • IV cild: "Balaca Pandora hekayəsi" (プチ・パンドラの野望編, "Pechi Pandora no Yabō Hen")
  • V cild: "Qaranlıq Agentlik hekayəsi" (ダーク・エージェンツーの院謀編, "Dāku Eejentsū no In Bō Hen")
  • VI cild: "Hesablaşma! Seylor Vi elektronik döyüşçü qız Luqaya qarşı" (対決!セーラーV vs. 電脳少女闘士ルゥガ, "Taiketsu! Sērā Bi vs. Dennō Shōjo Toshi Rūga")
  • VII cild: "Seylor Vinin tətili / Havay hekayəsi!" (セーラーVバカンス編--ハワイヘの野望!, "Sērā Bi Bakansu Hen -- Hawai e no Yabō!")
  • VIII cild: "Üç zolaqlı yolda sevgi" (並木道の恋--ターボ全開バリバリ!編, "Namiki Michi no Koi -- Tābo Zenkai BariBari! Hen")
2 22 noyabr 2004[21]ISBN 4-06-334947-0 [21]15 noyabr 2011[11]ISBN 978-1935429784
  • IX cild: "Seylor Vi Debrinə qarşı" (セーラーV vs. デブリーネ, "Sērā Bi vs. Deburīne")
  • X cild: "Seylor Vi çətinlikdə!? Fantom Ace peyda olur!" (セーラーVピンチ!?怪盗A登場!, "Sērā Bi Pinchi!? Kaitō A Tōjō")
  • XI cild: "Ev heyvanı hekayələri / Nömrə 1: Nyan-Nyan hekayəsi" (ペット編その1.娘々の陰謀, "Petto Hen Sono 1 Nyan Nyan no Inbō")
  • XII cild: "Ev heyvanı hekayələri / Nömrə 2: Van-Van hekayəsi" (ペット編その2.王々の陰謀, "Petto Hen Sono 2 Wan Wan no Inbō")
  • XIII cild: "Ev heyvanı hekayələri / Nömrə 3: Çuu-Çuu hekayəsi" (ペット編その3.触々の陰謀, "Petto Hen Sono 3 Chuu Chuu no Inbō")
  • XIV cild: "Haçimaki daşında gənclik mərci!!" (ハチマキ石にかけた青春!!, "Hachimaki Ishi ni Kaketa Seishun!!")
  • XV cild: "Yeni səyahət başlayır!! Birinci hissə" (新たなる旅立ちッ!!前編, "Arata Naru Tabidachi!! Zenpen")
  • XVI cild: "Yeni səyahət başlayır!! Sonuncu hissə" (新たなる旅立ちッ!!後編, "Arata Naru Tabidachi!! Kōhen")

Qəbul

11 sentyabr 2011-ci ildən 17 sentyabr 2011-ci ilə kimi "Codename: Sailor V" "New York Times" qəzetinin "ən yaxşı satan manqalar" siyahısında "Seylor Mun"un birinci cildindən sonra ikinci yerdə dayanırdı.[22][23] Növbəti həftədə də manqa "Seylor Mun"un birinci cildindən sonra gəlirdi.[24][25] Bir həftə sonra 3-cü yerə düşmüşdür.[26][27] 9 oktyabrdan 15 oktyabra qədər 8-ci yerdə, növbəti həftə 9-cu yerdə qərarlaşırdı.[28][29][30][31] 6-12 noyabr 2011-ci ildə manqanın birinci cildi ilk dəfə "Seylor Mun"dan yuxarıda — 2-ci yerdə idi.[32][33] Bir həftə sonra "Codename: Sailor V" manqasının 2-ci cildi 2-ci yerə yüksəlmiş, 1-ci cild siyahıya düşməmişdir.[34][35] 20-26 noyabrda ikinci cild 3-cü yerə düşmüşdür.[36][37] BookScan-ın 2011-ci ilin noyabrının top-20 qrafik romanı siyahısında ikinci cild 3-cü, birinci cild 13-cü yerdə idi.[38]

MTV Geek-in əməkdaşı Briqid Elverson "Codename: Sailor V" manqasının "Seylor Mun"un ilkin qaralama forması təəssürratı bağışladığını demişdir.[39] Comics Worth Reading-dən Ed Sayzmora görə "Codename: Sailor V" manqasında personajlar "Seylor Mun"dakına nisbətən zəif işlənilmişdir, lakin bu qüsur deyil.[40] Manga Bookshelf-dən Şon Qiffni Usaqidən fərqli olaraq Minakonun tək döyüşdüyünü və manqanın tonunun "döyüş-komediya" olduğunu qeyd etmişdir.[41] Anime News Network-un əməkdaşı Rebekka Silvermana görə manqanın böyük hissəsi epizodikdir, amma Minakonun şəxsiyyətinə verilən uzaqgörənliyə və manqanın "Seylor Mun" üçün bünövrə rolunu oynamasına görə oxumağa dəyərlidir.[42] Manga Critic-in yazıçısı Ketrin Deysiyə görə yetkin şəxs manqada "darıxdırıcılıq, hokkey, yaxşı çəkilməmiş rəsmlər", uşaqlar isə "pis insanları məğlub etmək üçün adi qızın yeni, güclü şəxsiyyəti qəbul etməsindən bəhs edən cazibədar fentezi" görə bilərlər. Deysi "Codename: Sailor V" manqasının gücünü Minakonun qızğın şəxsiyyətində görür.[43]

İstinadlar

  1. Takeuchi, Naoko. Pretty Guardian Sailor Moon ~Ten Years of Love and Miracles~ // Pretty Guardian Sailor Moon: Short Stories. 2. New York: Kodansha Comics USA. 2013. 196–200. ISBN 978-1-612-62010-7.
  2. "RunRun" (August 1991 (Summer Vacation Special)). Kodansha: 51.
  3. Takeuchi, Naoko. コードネームはセーラーV (1). Kodansha. December 1993. ISBN 4-06-322801-0.
  4. Takeuchi, Naoko. コードネームはセーラーV (3). Kodansha. November 1997. ISBN 4-06-322834-7.
  5. "「なかよし」公式ホームページ『デジなか』|なかよし|コードネームはセーラーV|作品紹介|講談社コミックプラス" (Japanese). Kodansha. 2014-07-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
  6. "「なかよし」公式ホームページ『デジなか』|なかよし|コードネームはセーラーV 新装版(2)|作品紹介|講談社コミックプラス" (Japanese). Kodansha. 2014-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
  7. "『コードネームはセーラーV 完全版(1)』(武内直子)|講談社コミックプラス" (Japanese). Kodansha. 2018-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
  8. "『コードネームはセーラーV 完全版(2)』(武内直子)|講談社コミックプラス" (Japanese). Kodansha. 2018-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
  9. "Kodansha USA To Publish Sailor V, Sailor Moon Manga". Anime News Network. 2011-03-18. 2022-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-23.
  10. "Codename: Sailor V Volume 1". Kodansha Comics USA. 2022-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
  11. "Codename: Sailor V Volume 2". Kodansha Comics USA. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
  12. "Sailor V #03" (French). Glenat. 2011-11-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
  13. "Internet Archive Wayback Machine". Web.archive.org. 2006-05-14. May 14, 2006 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
  14. "Sailor V, Bd.2: Amazon.de: Naoko Takeuchi: Bücher" (German). Amazon.de. 2009-09-09. 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
  15. "Arxivlənmiş surət". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-18.
  16. "GP Manga - Codename Sailor V" (Italian). GP Publishing. 2022-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
  17. "Oficjalna Witryna Wydawnictwa J.P.Fantastica" (Polish). JPF. 2016-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
  18. Takeuchi, Naoko. Afterword Punch // Bishoujo Senshi Sailor Moon shinsouban Volume 3. Kodansha. October 23, 2003. ISBN 4-06-334783-4.
  19. Takeuchi, Naoko. コードネームはセーラーV (2). Kodansha. October 1994. ISBN 4-06-322810-X.
  20. Takeuchi, Naoko. コードネームはセーラーV (1) 新装版. Kodansha. October 1994. ISBN 4-06-334929-2.
  21. Takeuchi, Naoko. コードネームはセーラーV (2) 新装版. Kodansha. November 1994. ISBN 4-06-334947-0.
  22. "Best Sellers". The New York Times. 2011-10-02. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
  23. "New York Times Manga Best Seller List, September 11–17". Anime News Network. 2011-09-23. 2016-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
  24. "Best Sellers". The New York Times. 2011-10-09. 2015-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
  25. "New York Times Manga Best Seller List, September 18–24". Anime News Network. 2011-09-30. 2022-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
  26. "Best Sellers". The New York Times. 2011-10-16. 2016-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
  27. "New York Times Manga Best Seller List, September 25-October 1". Anime News Network. 2011-10-07. 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
  28. "New York Times Manga Best Seller List, October 9–15". Anime News Network. 2011-10-21. 2011-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
  29. "Best Sellers". The New York Times. 2011-10-30. 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
  30. "New York Times Manga Best Seller List, October 16–22". Anime News Network. 2011-10-28. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-02.
  31. "Best Sellers". The New York Times. 2011-11-06. 2016-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
  32. "New York Times Manga Best Seller List, November 6–12 - News". Anime News Network. 2012-08-21. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
  33. Taylor, Ihsan. "Best Sellers - The New York Times". New York Times. 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
  34. "New York Times Manga Best Seller List, November 13–19 - News". Anime News Network. 2012-08-21. 2013-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
  35. Taylor, Ihsan. "Best Sellers - The New York Times". New York Times. 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
  36. "New York Times Manga Best Seller List, November 20–26 - News". Anime News Network. 2012-08-21. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
  37. Taylor, Ihsan. "Best Sellers - The New York Times". New York Times. 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
  38. "'Sailor Moon' Pulls Off a Hat Trick". ICv2. 2014-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
  39. Alverson, Bridget. "Manga Review: Codename Sailor V, vol. 1". MTV Geek. 2011-09-27. 2015-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
  40. Sizemore, Ed. "Codename Sailor V and Pretty Guardian Sailor Moon Book 1". Manga Worth Reading. 2011-09-16. 2011-10-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
  41. Gaffney, Sean. "Codename Sailor V, Vol. 1". 2011-09-20. 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
  42. Silverman, Rebecca. "Codename: Sailor V GN1 - Review". Anime News Network. 2011-10-05. 2021-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.
  43. Dacey, Katherine. "Codename: Sailor V, Vol. 1". The Manga Critic. 2011-10-13. 2012-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2016.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.