Koka-Kola

Koka-Kola (ing. Coca-Cola) — 6 may 1886-cı ildə ABŞ- da yaradılmış sərinləşdirici içkilər istehsal edən The Coca-Cola Company şirkəti tərəfindən satışa çıxarılan qazlı sərinləşdirici içkidir.

Coca-Cola
Ümumi məlumatlar
Təsis tarixi 8 may 1886[1][2]
Baş qərargahın yeri ABŞ
Struktur
Ana şirkət The Coca-Cola Company
Coca-Cola web saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstehsalı

Koka-Kola Azərbaycanda — 20 il

Coca-Cola, Amerika Birləşmiş Ştatları mənşəli, karamelize şəkərlə dadlandırılmış, spirtsiz içki markası. Coca-Cola və müxtəlif spirtsiz içki markalarının sahibi, mərkəzi ABŞ- ın Georgia əyalətində, Atlanta şəhərində olan çox millətli şirkətdir. 1886-cı ildə qurulan şirkətin səhmləri, Nyu York Birjasında KO qısaltması ilə əməliyyat göstərilir

İkinci Dünya Müharibəsindən sonra Amerika həyat tərzinin bir simvolu olaraq əvvəl Avropada, sonra bütün dünyada məşhur reklam kampaniyaları ilə böyük bazar payı qazandı. Soyuq Döyüşün ardından Sovetlər Birliyi torpaqlarında və Şərqi Avropada istehsal və satışa başladı, bu bölgələrdə də spirtsiz içki bazarında güclü vəziyyətə gəldi. İdarə heyəti Başçısı (CEO) Türk iş adamı Muxtar Kentdir.

Coca Cola və Pepsi- nin istehsal edən şirkətlər, Kaliforniya qanunlarına görə, məhsullarına xərçəng xəstəliyinin qonmaması üçün bu içkilərin tərkibini dəyişdirir. Yeni tərkibə görə, içkilərə karamel rəngini verən 4 — metilimidazol maddəsindən daha az istifadə ediləcək. 4 — metilimidazol, Kaliforniya əyalətinin xərçəngə gətirib çıxardığı düşünülən maddələr siyahısında iştirak edir. Coca Cola və Pepsi- nin istehsal edən şirkətlər, Kaliforniyada satılan məhsullarında onsuz da yeni tərkibi istifadə etməyə başlamışdı.

Ancaq yeni tərkibin artıq ABŞ daxilində də məşhur şəkildə istifadə, bunun istehsal baxımından daha məhsuldar olduğu ifadə edilir. Coca- Cola şirkətinin nümayəndəsi Diana, Garza-Ciarlante Associated Press xəbər agentliyinə etdiyi şərhdə, 'elmi baxımdan bir təməli olmadığını müdafiə etdiyi tətbiqdən zərər görməmək üçün bu qərarı aldıqlarını, ancaq məhsullarının bir sağlamlıq riski daşımadığını vurğulayıb. Bu kimyəvi maddə, bir araşdırma təcrübəsində, siçanlarda xərçəngə gətirib çıxardı. Ancaq Amerika İçkiləri Birliyi bunun insanlar üçün risk daşıdığına dair bir dəlil olmadığını ifadə edir. ABŞ Qida və Dərman Dairəsi də laboratoriya təcrübələrində siçanlara verilən miqdarda kimyəvi qana qarışması üçün bir insanın min qutu Coca Cola və ya Pepsi içməsi lazım olacağını iddia edir.

Qida sektorundakı inkişafları təqib edən Beverage Digest adlı araşdırma şirkətinin söylədiyinə görə Coca Cola və PepsiCo, qazlı içki bazarının təxminən 100 — də 90 payına sahibdir, hər iki şirkətdə içkilərin ləzzətindən bir dəyişiklik hiss edilməyəcəyini vurğulayır.

Xarici keçidlər

  1. https://www.cocacolaespana.es/conocenos/nuestra-historia/1880s.
  2. https://www.coca-colacompany.com/company/history/the-birth-of-a-refreshing-idea.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.