Çöprələr
Çöprələr (lat. Cobitidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinə aid heyvan fəsiləsi.
Çöprələr | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Sinifüstü: Sinif: Ranqsız: Actinopteri Yarımsinif: Neopterygii İnfrasinif: Dəstəüstü: Ostariophysi Ranqsız: Otophysi Ranqsız: Cypriniphysae Dəstə: Fəsiləüstü: Cobitoidea Fəsilə: Çöprələr |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Xüsusiyyətləri
Bədəni (uz. 15–18 sm) xırda, yaxşı görünən pulcuqlarla örtülüdür; rəngi sarıdan qonurum tul-qəhvəyiyədək, xırda tünd ləkəli və ya zolaqlıdır. Ağzının kənarlarında 1012 bığcığı var. Dibdə yaşayır, müxtəlif onurğasızlar, bəzən dib bitkiləri ilə qidalanırlar. Çöprələr cinsinə bir neçə növ aid edilir. Adi çöprə (M. fossilis) Fransadan (Luara çayı) Uraladək yayılmışdır. Uzunluğu 35 sm-ə, kütləsi 140 q-a çatır; 7 ilədək yaşayır. Üst çənə təkcə çənəarası sümüklərindən təşkil olunmuşdur. Bədəni uzunsovdur, yanlardan basıq və ya silindr şəklindədir. Üzəri çox xırda pulcuqlarla örtülüdür, bəzən pulcuqlar dərinin altında gizlənmiş halda və ya çılğaq olur. Gözləri kiçikdir. Ağzı altda yerləşir və ətli dodaqları vardır. Nəzərəçarpan 6-10 bığcığı olan kiçik balıqlardır. Azərbaycanın şirin sularında iki cinsin nümayəndələri yaşayır: çılpaqca və ilişgən.
- Çılpaqca cinsi (lat.Nemachilus) — Gözün altında hərəkətli tikan olmur. Başı yanlardan basıq deyil. Ağzının kənarlarında 6 ədəd bığcıqları olur. Bel özgəci qısa və ya orta uzunluqdadır. Üzmə qovuğu sümük kapsula içərsində yerləşir və bədən boşluğunda sərbəst hissəyə malik deyildir. Quyruq üzgəci kəsik, girdə və ya haçalıdır. Azərbaycanın şirin sularında 3 növ qeydə alınır.
- İlişgən cinsi (lat.Cobitis) — Bədəni uzunsov, yanlardan basıq və üzəri çox xırda pulcuqlarla örtülüdür. Başı yanlardan basıq və çığaqdadır. Bığlarının sayı 6-dır, bunlardan 4-ü ağzın ucunda, 2-ci isə ağzın küncündə yerləşir. Gözün altında hərəkət edən iki haçalı tikan olur; tikan bəzən dərinin altında gizlənir. Bel üzgəci qısadır. Quyruq üzgəci kəsik və ya dairələnmiş şəkildədir. Üzmə qovuğu sümük kapsula içərsində yerləşir, qovuğun sərbəst hissəsi zəif görünür. Xəzər hövzəsində 4, Azərbaycanda 3 növü yaşayır.
Suda oksigenin az olmasına uyğunlaşmışdır (əlavə olaraq, bağırsaq tənəffüsündən də istifadə edir). Su hövzəsinin qurumasına davam gətirir (lilə girir və yuxuya gedir). Atmosfer təzyiqi aşağı düşdükcə tez-tez suyun üzərinə qalxıb hava udur. Çox vaxt akvariumda saxlanılır. Qərbi Avropada nadir növdür. BTMİ-nın "Qırmızı kitab"ına salınmışdır.[3]
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 2005.
- Eschmeyer W., Fong J. D. “Pisces”. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 26–38. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7
- Çöprələr// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — VI cild. Bakı, 2009. — Səh.: 163-164.