Co Koker
Con Robert "Co" Koker (ing. John Robert "Joe" Cocker;20 may 1944[4][5][…], Şeffild, İngiltərə[6] – 22 dekabr 2014[2][4][…]) — ingilis rok və blüz ifaçısı, bəstəkar və aktyor. Britaniya imperiyası ordeninin kavaleri.
Co Koker | |
---|---|
ing. Joe Cocker | |
| |
Ümumi məlumatlar | |
Doğum adı | Con Robert Koker |
Doğum tarixi | |
Doğum yeri | Şeffild, İngiltərə |
Vəfat tarixi | (70 yaşında) |
Vəfat yeri | Krouford, Kolorado, ABŞ |
Vəfat səbəbi | ağciyər xərçəngi[1][2] |
Vətəndaşlığı | Birləşmiş Krallıq |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar |
Fəaliyyət illəri | 1960 — 2014 |
Janrlar | blüz, rok[3] |
Musiqi alətləri | piano |
Səs tembri | bariton |
Albom şirkətləri |
Regal Zonophone A&M Capitol EMI Decca |
Mükafatları | |
cocker.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Xırıltılı bariton səsi sayəsində böyük məşhurluq qazanmışdır[7][8]. Onun ən məşhur mahnıları Summer in the City, My Father’s Son, Unchain My Heart, You Can Leave Your Hat On, Now That the Magic Has Gone, N`oubliez jamais və Kokerə ilin ən yaxşı musiqisi kateqoriyasında "Oskar" mükafatını qazandıran Up Where We Belong blüz və rok balladalarıdır.
2008-ci ildə müğənninin adı "Rolling Stone" jurnalının tərtib etdiyi "Bütün zamanların 100 ən böyük müğənnisi" siyahısında 97-ci yerdə qərarlaşmışdır.
Həyatının son illərində tez-tez xəstələnirdi. 2014-cü ilin 17 sentyabrında Billi Coel səhnədə çıxış edərkən Kokerin səhhətinin qənaətbəxş olmadığını və onun adının "Rok-n-rol şərəf zalı"na daxil edilməli olduğunu bildirmişdi. Müğənni 22 dekabr 2014-cü ildə ABŞ-nin Kolorado ştatının Krouford şəhərində ağciyər xərçəngindən vəfat etmişdir[9][10].
Diskoqrafiya
- 1969 — With a Little Help from My Friends
- 1969 — Joe Cocker!
- 1970 — Mad Dogs & Englishmen
- 1972 — Something to Say
- 1974 — I Can Stand a Little Rain
- 1975 — Jamaica Say You Will
- 1976 — Stingray
- 1978 — Luxury You Can Afford
- 1982 — Sheffield Steel
- 1984 — Civilized Man
- 1986 — Cocker
- 1987 — Unchain My Heart
- 1989 — One Night of Sin
- 1990 — Joe Cocker Live
- 1992 — Night Calls
- 1992 — The Best of Joe Cocker
- 1994 — Have a Little Faith
- 1995 — The Long Voyage Home
- 1996 — Organic
- 1997 — Across from Midnight
- 1999 — No Ordinary World
- 2002 — Respect Yourself
- 2004 — Heart & Soul
- 2007 — Hymn for My Soul
- 2010 — Hard Knocks
- 2012 — Fire It Up
İstinadlar
- http://www.itv.com/news/calendar/update/2014-12-22/joe-cocker-has-died-after-a-battle-with-lung-cancer/.
- http://www.nytimes.com/2014/12/23/arts/music/joe-cocker-is-dead-at-70.html.
- Montreux Jazz Festival Database.
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Joe Cocker // filmportal.de. 2005.
- Deutsche Nationalbibliothek Record #118832034 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- "При поддержке компании Nemiroff Джо Кокер дал в России два грандиозных концерта". Nemiroff. 16 sentyabr 2005. 2012-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-17.
- "Легендарный Джо Кокер в Гранд Отеле Эмеральд". 17 may 2008. 2009-05-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-05-17.
- "Arxivlənmiş surət". 2021-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-22.
- "Arxivlənmiş surət". 2014-12-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-22.