Xəzər kilkəsi

Xəzər kilkəsi (lat. Clupeonella caspia) — Siyənəkkimilər (Clupeidae) fəsiləsinə daxil olan sənaye əhəmiyyətli dəniz balığı. Əvvəllər Qaradəniz kilkəsinin yarımnövü hesab edilirdi[1]. Son təsnifat zamanı bu balığın müstəqil bir növ olması təstiqlənmişdir. Xəzər kilkəsi ancaq Xəzər dənizində yaşayır. Balıqların maksimal uzunluğu 15 sm təşkil edir. İqtisadi əhəmiyyətli sənaye balığıdır.

Xəzər kilkəsi
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Klad:
Olfactores
Yarımtip:
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Ranqsız:
Actinopteri
Yarımsinif:
Neopterygii
Koqorta:
Otocephala
Dəstəüstü:
Clupeomorpha
Yarımdəstə:
Clupeoidei
Fəsilə:
Cins:
Ehiravinae
Cins:
???:
Xəzər kilkəsi
Beynəlxalq elmi adı
  • Clupeonella caspia
Vikianbarın loqotipi
Şəklin VikiAnbarda
axtarışı

Arealı

Xəzər kilkəsinin bütün sakit sularında müşahisə etmək mümkündür. Bircə Qaraboğazgöl körfəzi istisnadır. Onlara Volqa, UralTerek çaylarının mənsəblərində belə müşahidə etmək mümkündür. Onlar Volqa çayı ilə hərəkət edərək Simlyansk su anbarı, Kuybişev su anbarı, Botkin su anbarı, Kama su anbarı, Qorkov su anbarı, Rıbin su anbarı və Uçliç su anbarları kimi anbarlarına belə yayılmışdır. Bu balıqlar sürü halında soran sularda yaşayır. Əsasən suyun səhtinə yaxın ərazilərdə yaşayır. Suyun 1-5 metrdən tutmuş 60 metrə qədər ərazilərdə müşahidə edilirlər. Bir necə lokal dəstəyə dahibdir.

Təsviri

Xəzər kilkəsinin uzunluğu 15 sm təşkil edir. Böyürlərdən sıxılmış bədənə sahibdir. Bədənində 26-30 cərgə pulcuq vardır. Başı uzun və genişdir. Bel üzgəcində 14—16 pulcuq olur. Quyruq üzgəcləri bir qayda olaraq tünd rəngdədir.

Biologiya

Kilklər 1 yaşında yetkinləşirlər. Bu zaman onların uzunluqları 5,4—6,8 sm təşkil edir. Orta ömür müddəti 6 ildir. Cənubi Xəzərdə daha tez inkişaf edirlər. Aprel-may aylarında kürü verirlər. Kürü 20—30 metr dərinlikdə qoyulur. Dişi 8 °C temperaturda kürü qoya bilir. Aktiv kürü vermə 12—21 °C-də baş versə də, 25—28 °С temperaturda dayanır. Kürü 1 mm olub, parlaq-bənövşəyidir. Kürünün inkişafı 8—10 °С-də 92 saat, 14,5 °С-də 72 s, 21,5—24,6 °С-də 35 saat təşkil edir. Kürüdən çıxarkən uzunluğu 1,5—1,6 mm təşkil edir. Xəzər kilkəsinin maksimal uzunluğu Xəzər dənizinin Türkmənistan sularında 15 sm olaraq müşahidə edilir. Dişilər bir qayda olaraq erkəklərdən iri olur. Xəzər kilkəsi əsasən planktonlarla (Copepoda, Cladocera, Rotatorilərİkitaylılar) qidalanır. Onlarla isə sıf, siyənək (Dolgin siyənəyi, Qarabel siyənək), Ağ balıq, Naqqa balığı, Stenodus leucichthysXəzər suitisi qidalanır.

Xəzər kilkəsi Xəzər dənizinin şimalında qışlayır. Mart-aprel ayları isə sahilə miqradiya edir. Mayın sonları miqrasiyanı bitirərək Şimali Xəzərdən Orta Xəzərə dönür. Yayı və payızı Orta Xəzərin şimal hissəsində 10-50 metr arası sularda yaşayır. Günün işıqlı zamanları nisbətən dərinliklərə yönəlir.

İnsan üçün əhəmiyyəti

Azərbaycan istehsalı olan dondurulmuş Xəzər kilkəsi

Sənaye əhəmiyyətli balıq növüdür. Ətinin yağlığı 4,5 - 15 % arasında dəyişir. Yay və payız ayları sayları artır. Onların qida üçün Ançousabənzər kilkəİrigöz kilkədən üstün hesab edilir. Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi Xəzər kilkəsini Mühafizə statusu olan növ olaraq qiymətləndirmişdir.

İstinadlar

  1. C. cultriventris (Nordmann,1840) — черноморско-каспийская тюлька Arxivləşdirilib 2014-09-12 at the Wayback Machine Позвоночные животные России. sevin.ru
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.