Kilkə
Kilkələr (lat. Clupeonella) — Siyənəkkimilər (Clupeidae) fəsiləsinə aid dəniz balığı cinsi.
Kilkə | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Sinifüstü: Sinif: Ranqsız: Actinopteri Yarımsinif: Neopterygii İnfrasinif: Koqorta: Otocephala Dəstəüstü: Clupeomorpha Dəstə: Yarımdəstə: Clupeoidei Fəsilə: Cins: Ehiravinae Cins: Kilkə |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Cinsə daxil olan növlər 14,5 sm uzunluğa və 26 q çəkiyə sahib olurlar. Yetkinlik yaşına 1–2 illiyində çatırlar. Orta ömür müddəti 5–6 ildir. Əsasən kiçik zooplanktonlarla qidalanırlar. Xırda balıqlardır. Boğazından anal dəliyinə qədər "kil" olduğuna görə kilkə adlanır. Xəzər dənizində üç növü yaşayır. Ən çox ehtiyata malik olanı ançousabənzər kilkədir. İrigöz kilkə digər kilkələrə nisbətən az miqdarda yayılmışdır. Adi kilkə Xəzər dənizində geniş yayılmış və nisbətən çox tutulan balıqlardandır. Azərbaycanda ilk dəfə kilkə tutulmasına 1929-cu ildə başlanmışdır. İlk zamanlar kilkələri ekspatlarla, sonrakı illərdə isə elektrik işığında konus şəkilli torlarla tuturdular. Son illərdə kilkəni dənizdə, başlıca olaraq, elektrik işığında nasosla sorub gəmilərə tökürlər.
Növləri
Cinsə 7 növ[2] daxildir:
- Clupeonella abrau (Maliatsky, 1930) — Abraus kilkəsi
- Clupeonella caspia Svetovidov, 1941 — Xəzər kilkəsi
- Clupeonella cultriventris (Nordmann, 1840) — Qaradəniz kilkəsi
- Clupeonella engrauliformis (Borodin, 1904) — Ançousabənzər kilkə
- Clupeonella grimmi Kessler, 1877 — İrigöz kilkə
- Clupeonella muhlisi Neu, 1934
- Clupeonella tscharchalensis (Borodin, 1896)
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 2004.
- "Scientific Names where Genus Equals Clupeonella". FishBase. 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-01.