Clash of Clans
Clash of Clans (azərb. Klanların mübarizəsi) — Helsinki, Finlandiya mərkəzli oyun şirkəti Supercell[4][5][6] tərəfindən yaradılmış olan çox oyunçulu, real zamanlı, premium, çoxnəfərli strategiya oyunu. Clash of Clans oyununda oyunçular hücumlara qarşı öz şəhərlərini qorumaq üçün müxtəlif müdafiə mexanizmləri inşa edirlər və hücum etmək məqsədi ilə də əsgər yaradırlar. Oyunçular ən çoxu 50 nəfərdən ibarət olan klanlara qatıla, topluluq olaraq və ya klanın öz daxilində söhbət edə, klan üzvləri bir-birlərinin klan qalasına əsgər göndərə bilərlər.
Clash of Clash | |
---|---|
| |
Hazırlayan | Supercell |
Yayımlayan | Supercell |
Buraxılış tarixi |
Android 7 oktyabr 2013[1] iOS 2 avqust 2012[2] |
Sonuncu versiya |
15.0.4 11 oktyabr 2017[3]/ 3 noyabr 2022 |
Sonuncu beta-versiya |
|
Janrlar |
Çoxoyunçulu onlayn oyun Strategiya video oyunu |
Yaş reytinqləri | 13+ |
Texniki məlumat | |
Platformalar |
Android iOS |
Oyun rejimləri |
Çoxoyunçulu oyun Təkoyunçulu oyun |
Daşıyıcı | rəqəmsal yükləmə[d] |
Sistem tələbləri |
Android 4.0 iOS 5.1.1 |
İdarəetmə | sensor ekran |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
İrəliləmək üçün lazımlı materiallardan ən önəmlisi olan yaşıl daş kredit kartıyla və ya oyunçunun özünü gücləndirməsiylə əldə edilə bilər. Oyunun əvvəlində oyunçuya 500 almaz verilir. Həmçinin, tələb edilən dərəcələri etməklə və şəhərin olduğu ərazidəki kol, ot və ağaclar təmizləməklə də yaşıl daş əldə edilə bilər. Ödəmə xüsusiyyəti ilə oyun iOS platformasında ən çox qazananlar siyahısına daxil olmuşdur. 2013-cü ilin birinci yarısında şirkət satışlardan təxmini olaraq gündə 2.4 milyon dollar gəlir əldə etmişdir.[7][8] Clash of Clans iOS platformasında 2012-ci il dekabr ayında ən çox endirilən 5 proqram arasında yerini almışdır.[9] Oyunun bu müvəffəqiyyəti qazanmasındakı əsl səbəb isə tək nəfərli və çoxlu oyunların birləşdirilməsindən əlavə cüt olaraq oynanılmasıdır.[10]
Android platformasında isə ilk dəfə 3 sentyabr 2013-cü il tarixində Kanada və Finlandiyada oynanılmağa başlandı.[11] Bir həftə müddətində Kanada və Finlandiyada beta versiyası yayımlandıqdan sonra 7 oktyabr 2013 tarixində Play Store-da yerini aldı və ümummilli platformada yayılmağa başladı. Hal hazırda 500 milyondan çox şəxs bu videooyunu endirmişdir.
İstinadlar
- Koueider, Adam. "Clash of Clans finally hits the Google Play Store". Androidauthority. 8 oktyabr 2013. 2013-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 noyabr 2013.
- "Clash of Clans". Slide to Play. 2018-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2014.
- "Version History". Wikia. 11 oktyabr 2017. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-12.
- "Is this the fastest growing game company ever?". 2014-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-11.
- "Puzzle & Dragons made $113m in April as developer GungHo's market cap rivals Nintendo's". 2013-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-11.
- "Finland's Newest Hit Maker: Supercell - WSJ". 2013-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-11.
- "Finland's Supercell mobile games with megaprofits". 2014-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-11.
- "10 Apps Worth Downloading in May". 2015-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-11.
- "Apple's App Store at 5: 10 key moments on the road to 50bn downloads". 2013-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-11.
- "Commanding troops on touch devices". 2013-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-11.
- "Clash of Clans Finally Launches on Android, Only in Canada and Finland Google Play Store". 2013-10-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-11.
Xarici keçidlər
- supercell.net/games/view/clash-of-clans — "Clash of Clans"in rəsmi saytı