Cizak (şəhər)

CizakÖzbəkistanın şərqində şəhər. Cizak vilayətinin mərkəzi.[1]

şəhər
Cizzəx
ing. Jizzakh
Gerb
Gerb
40°07′ şm. e. 67°51′ ş. u.
Ölkə  Özbəkistan
Vilayət Cizak
Tarixi və coğrafiyası
İlk məlumat 10-cu əsr
Sahəsi 210 km²
Mərkəzin hündürlüyü 378 m
Saat qurşağı
Əhalisi
Əhalisi 148,85 nəfər (2009)
Sıxlığı 710 nəf./km²
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu (+998) 72
Poçt indeksi 130100-130117
Nəqliyyat kodu 25-29
Digər
jizzax.uz/uz/
Cizzəx xəritədə
Cizzəx
Cizzəx
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhalisi

Əhalisi 159,5 min (2007).[1]

Coğrafiyası

Sanzar çayı sahilində, 460 m hündürlükdə, Böyük Özbəkistan yolu üzərindədir. Nəqliyyat qovşağı. Orta Asiyanın ən qədim ticarət məskənlərindən birinin yerində meydana gəlmişdir.[1]

Tarixi

8-ci əsrdə divarla əhatələnmişdir (dəfələrlə bərpa edilmişdir). Ərəb istilasına dək (8-ci əsr) Ustruşana tarixi vilayətinin iri şəhəri idi. 16-cı əsrdən Buxara xanlığının, sonra Buxara əmirliyinin tərkibində olmuşdur.[1]

Memarlığı

Orta əsr qalalarından Bizlərtəpə, UrdatəpəQalatəpənin (11–12-ci əsrlər) xarabalıqları, qədim hamamlar (16–17-ci əsrlər), mədrəsə (1860) qalmışdır. Pedaqoji (1974) və politexnik (1992) institutlar; dünyaşünaslıq muzeyi, musiqili-dram teatrı (1950) var.[1]

Sənayesi

Vilayətin iri sənaye və mədəniyyət mərkəzidir. Yeyinti (ət kombinatı, süd zavodu), yüngül (trikotaj, tikiş və s.) sənaye, kənd təsərrüfatı, maşınqayırması müəssisələri fəaliyyət göstərir. Polietilen örtüklər, qaz ötürül məsi üçün polietilen borular, tikinti materialları (o cümlədən irriqasiya kanalları üçün üzlük və s.) istehsal edilir. Evtikmə kombinatı; akkumulyator, pambıqtəmizləmə zavodları və s. fəaliyyət göstərir. Şəhərin yaxınlığından Daşkənd–Cizzəx–Buxara qaz kəməri keçir.[1]  

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. Cizak// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 369-370. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.