Ciyərotu

Marchantiophyta (lat. Marchantiophyta) — mamırkimilər şöbəsinə aid bitki sinfi.

Ciyərotu
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Setaphyta
Şöbə:
Ciyərotu
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  846119
NCBI  3195
EOL  6864901
FW  306729, 55925

Botaniki təsviri

Ciyərotu sinfi iki yarımsinfi özündə cəmləşdirir: marşansiya (Marchantiidae) və yungermani (Jungermanniidae). Ciyərotu sinfinin nümayəndələrinin qametofit nəsli lövhəcik, tallom və ya gövdəli yarpaqlı formada olur. Tallom dorzoventral quruluşa malikdir, anatomik morfoloji qurluşuşuna görə tallomun üst tərəfi alt tərəfindən fərqlənir. Rizoidləri yalnız birhüceyrəli, müxtəlif quruluşa malik olur. Sinfin nümayəndələrinin sporoqonisi üçün xarakter əlamət onların tək və ya çoxqatlı qutucuq divarının alt hissəsində sporların inkişaf etməsidir. Sporlar tam inkişaf etdikdə sporoqoninin divarları ya qatlanır, ya da çat verir. Beləliklə, sporların yayılmasının aktivliyi təmin edilir. Sporoqonidə sporlardan əlavə sporları yaymağa xidmət edən gərilmiş hüceyrələr elaterlər olur. Onlar hiqroskopikdir, spiral şəkildə burulmuş vəziyyət alaraq əlverişli şərait yarandıqda sporları yaxın ərazilərə yayırlar. Elaterlər bəzi ana hüceyrələrin uzanması və qılaflarının qeyri-bərabər qalınlaşmasından əmələ gəlir. Bir çox nümayəndələrdə isə elater əvəzinə qidalandırıcı hüceyrələr əmələ gəlir. Ciyərotu mamırlarının protoneması zəif inkişaf etmişdir. Yarpaqlı mamırlardan fərqli olaraq ciyərotu mamırlarının bütün növlərində mikorizanın olması müşahidə olunur.

Ekologiyası

Ciyərotu mamırlarının əksəriyyəti tropik və subtropik rütubətli meşələrdə torpağı xalça kimi tam örtür. Epifit mamırlar ağacların gövdəsində örtük əmələ gətirir.

İstinadlar

Ədəbiyyat

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.