Cirdək
Cirdək — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd.[2]
Cirdək | |
---|---|
40°43′13″ şm. e. 45°34′28″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
|
Toponimikası
Cir (qədim türk dillərində çir) Azərbaycan dilinin dialekt və şivələrində "kiçik, balaca" mənasında işlənmişdir. -dək məkan, yer bildirən şəkilçidir. Oykonim "kicik, balaca yaşayış yeri" mənasını bildirir. Kənd həqiqətən də sahəsinə görə cox kiçikdir.[3]
Tarixi
Tarixi abidələri
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi
Kənd Tovuz şəhərinin mərkəzindən 35 km aralıda, Tovuz-Böyük Qışlaq yolunun üzərində, dağlıq ərazidə yerləşir. Kənd dörd bir yandan dağ və meşələrlə əhatə olunmuşdur. Kəndin içməli suyunu bulaqlar təşkil edir. Cirdək kəndi Qandalar, Kazımlı, Çatax, Hacılar, Saladınlı kəndləri ilə həmsərhəddir.
Kənddə havanın orta illik temperaturu 8-13 C, yanvarda -5-4 C, iyulda isə 18-25 C dərəcə arasında dəyişir. Orta illik nisbi rütubəti 71 %-dir. Yağıntının illik miqdarı 400–700 mm-dir.
Kəndin yer adları: Qız Dağı, Kalafalıq, Göyəmli, Kəmər Qayası, Böyük Qaya, Hərrəmələr, Qamışlı, Cilli, Quşburnu, Dovşançalan, Arxac, Çökək, Qırmızı Qaya, Balacırım, Böyükcırım
Əhalisi
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 283 | 134 | 149 |
2009[5] | ↗285 | ↗148 | ↘137 |
Şəhidləri
- Sarıyev Tural İsmayıl oğlu (1993-2020)[6] — İkinci Qarabağ müharibəsi şəhidi.
- Cəfərov Xəlil Şəmistan oğlu — Qarabağ müharibəsi şəhidi
- Sarıyev Ramiz Abuzər oğlu — Qarabağ müharibəsi şəhidi
İqtisadiyyatı
Cirdək kəndinin iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Bostançılıq, bağçılıq, taxılçılıq, heyvandarlıq və arıçılıq kənd təsərrüfatının mühüm sahələridir.
Təhsil
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Din
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənd ərazisində ziyarətgah olan Hacı Mirbağırın ocağı var.
Səhiyyə
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
İstinadlar
- http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=107.
- "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 97" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
- Cirdək // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 125. ISBN 978-9952-34-155-3.
- Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 158.
- "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 211". 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
- "Vətən müharibəsi şəhidi Sarıyev Tural İsmayıl oğlu (http://tovuz-ih.gov.az/)" (PDF). 2022-06-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-08.
- ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 57" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
- ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 103" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
Xarici keçidlər