Cins (biologiya)

Cins (latınca genus) - yarımcinsləri birləşdirən taksonomik kateqoriya. Təsnifat ierarxiyasında fəsilə qrupundan aşağında, növ qrupundan isə yuxarıda yerləşir. Hər bir nominal cinsin tipini "tipik növ" adlı, nominal növ təmsil edir. Tərkibinə tipik növ daxil olan yarımcins cinsin öz adını daşıyır. Yarımcins canlının adında cins ilə növ ifadə edən sözlərin arasında yazılır, məsələn Microtus (chionomys) nivallis.

Elmi təsnifatın müxtəlif səviyyələri.
Elmi təsnifatın müxtəlif səviyyələri.

Bioloji təsnifatın əsas səkkiz taksonomik kateqoriyası. Aralıq kateqoryalar göstərilməmişdir.

Növdən yüksək taksonomik kateqoriyalar uninominaldırlar, odur ki, bir sözdən ibarətdirlər. Cinsin adı ismin adlıq halında olmalı və böyük hərflə yazılmalıdır, məsələn Felis, Primula, Bacillis. Beynəlxalq kodeksin botanika nomenklaturasına görə cins qrupuna, cins və yarımcins (subgenus) müstəsna olmaqla, seksiya (sectio), yarımsıra (subseries) kateqoriyaları daxildir. Bunların adı uninominal deyil, ranq və taksonun kombinasiyasıdır. Məsələn, Primula series Acaules.

Xarici istinad

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.