Camphora glandulifera
Camphora glandulifera (lat. Camphora glandulifera) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin camphora cinsinə aid bitki növü.
Camphora glandulifera | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Camphora glandulifera |
||||
Beynəlxalq elmi adı | ||||
|
Təbii yayılması
Cənubi-Şərqi Asiya, Hindistan, Çin və Şərqi Tibetdə bitir.
Botaniki təsviri
50 m və daha çox hündürlüyə qalxan, çadırvari çətirə malik, həmişəyaşıl ağacdır. Qabığı tünd-boz rəngdə olub, çatlıdır. Cavan zoğları yaşıldır. Yarpaqları tərs-yumurtavari, 9-12 sm uzunluqda, 5-7 sm enində, ucu sivriləşən, üstdən parlaq, tünd yaşıl, altdan açıq yaşıl olub, lələkvari damarlıdır. Yarpağın yan damarlarında alt tərəfdən vəziləri vardır. Yarpaq saplağı 2,5 sm uzunluqdadır. Çiçəkləri qısa saplaqlı, çiçəkyanlığı sarımtıl, 5-6 mm enində olub, 6 bölümlüdür. Erkəkcikləri 9 ədəd olub, üç cərgədə dairə şəklində yerləşmişdir. Yumurtalığı çılpaq, bir yuvalı olub, bir meyvə yarpağına malikdir. May-iyun aylarında çiçəkləyir. Meyvəsi şarvari, 10-14 mm diametrdə, bir qədər əyilmiş və yoğun saplağa malik çəyirdəkdir. Toxumu üstdən kələ-kötür olub, 9-11 mm diametrindədir. 1 kq-da 8-9 min toxum vardır. 1000 ədəd toxumun çəkisi 100-120 q-dır. Meyvələri oktyabr-noyabr aylarında yetişir. Toxumları yığılan kimi payızda səpilir. Toxumların tərkibində yağ olduğundan saxlandıqda cücərmə qabiliyyətini itirir.
Ekologiyası
Rütubətli, subtropik mənşəli bitki olub, illik yağıntının miqdarı 1500-2000 mm və daha çox olan ölkələrdə bitir. Çürüntülü, qırmızı torpaqlarda yaxşı inkişaf edir. Yalançı kafur ağacı əsl kafur ağacına nisbətən qışa daha çox davamlıdır.
Azərbaycanda yayılması
Lənkəran zonasında park və bağlarda əkilmək, eləcə də qoruyucu meşə salmaq üçün istifadə oluna bilər.
İstifadəsi
Oduncağı açıq qonur rəngdə, qoxuludur. Gəmiçilikdə və xarrat işlərində istifadə olunur. Yarpaqlarında və oduncağında efir yağı vardır. Budanmağı yaxşı götürür, ona görə də bəzək ağacı kimi geniş istifadə olunur. Park və bağlarda tək-tək, qrupla və canlı çəpər şəklində əkilə bilər.