CinemaPlus
CinemaPlus və ya keçmiş adı ilə 28 Cinema[1] – Azərbaycanda fəaliyyət göstərən kinoteatrlar şəbəkəsi.
![]() Loqosu | |
Ölkə | ![]() |
---|---|
Kinoteatr sayı | 8 |
Ekran sayı | 38 |
Oturacaq sayı | 3802 |
Rəhbərlik | Zaur Darabzadə |
cinemaplus.az |
Tarixi
Kinoteatr şəbəkəsinin əsası 17 dekabr 2012-ci ildə 28 Cinema adı ilə qoyulmuşdur.[2] 2015-ci ildə adını CinemaPlus olaraq dəyişdirmişdir. 2020-ci ildə Azərbaycanca başlamış COVİD-19 pandemiyası səbəbilə 2021-ci ilin oktyabrına qədər fəaliyyətinə fasilə verməli olmuşdu.[3]
Haqqında
Kinoteatrlar şəbəkəsinə 9 kinoteatr, 50-dən çox ekran və 5000-dən çox oturacaq daxildir. 3D-kontentini nümayiş etdirmək imkanı olan rəqəmsal proyeksiya sistemi və kinoekranlar ilə təchiz olunub. Həmçinin gücləndirilmiş parlaqlıq və Enhanced 4K Barco təsvirinə malikdir.[4]
Kinoteatrlar şəbəkəsində Platinum Movie Suites konsepsiyası əsasında tamaşaçılara dəridən hazırlanmış, söykənəcəyi arxaya açılan italyan kreslolarda film izləmək və kinoseans zamanı qida və içkilərin sifariş etmək imkanı yaradılmışdır.[4] Azərbaycanda Dolby Atmos texnologiyası ilk dəfə CinemaPlus tərəfindən tətbiq edilmişdir.[4]
CinemaPlus Azərbaycanda yerli dublyajın inkişafı ilə məşğul olur və gündəlik olaraq bu filmlərə bir neçə seans ayırır. Dublaj Cinemazadeh studiyası tərəfindən hazırlanır.[4] Bundan əlavə, açıq havada kino nümayişləri,[5] kino həftələri,[6] filmlər üçün xüsusi nümayişlər[7] keçirilir.
Kinoteatrlar
- 28 Mall
- Gənclik Mall
- Dəniz Mall
- Azərbaycan Kinoteatrı
- Amburan Mall (3 zal, 164 yer)[8]
- Gəncə Mall (5 zal, 453 yer)[9]
- Xəmsə Park (Gəncə, 5 zal və 461 yer)[10]
- Nizami Kinoteatrı (Sumqayıt, açılışında İlham Əliyev iştirak edib)[11]
İstinadlar
- ""28 Cinema" rebrendinq etdi – FOTO". Ucarliyiq (az.). 18 dekabr 2015. 2017-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2017.
- ""CinemaPlus" 10 yaşını qeyd edir! - FOTO/VİDEO". Oxu.az. 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-28.
- ""CinemaPlus" qayıtdı! - FOTOLAR - VİDEO". Azərbaycanın xəbər saytı - NEWS24.AZ (az.). 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-28.
- "Haqqımızda". CinemaPlus rəsmi saytı (az.). 28 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2023.
- ""CinemaPlus" Şamaxıda açıq havada filmlərin nümayişini keçirir". AzadMedia.az (az.). 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-28.
- ""CinemaPlus"da Azərbaycan Kino Klassikləri Həftəsi keçiriləcək: Giriş pulsuzdur - FOTO". 1news.az (az.). 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-28.
- "CinemaPlus held the grand screening of "Joker" [PHOTO]". Azernews.Az (ingilis). 2019-10-11. 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-28.
- "Arzu Əliyeva oğlu ilə "Cinema Plus"da olub". BAKU.WS - Azərbaycanın xəbər saytı (rus). 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-28.
- "Gəncə Mall-da "CinemaPlus" kinoteatrının rəsmi açılışı baş tutub". Milli.az (az.). 2018-06-21. 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-28.
- ""CinemaPlus" впервые в регионах - В Гяндже открывается первый кинотеатр". Report İnformasiya Agentliyi (rus). 2020-06-21. 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-28.
- "Prezident Sumqayıtda "CinemaPlus" kinoteatrının açılışında". kaspi.az (az.). 2019-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-28.
Xarici keçidlər
- cinemaplus.az — CinemaPlus rəsmi saytı