Cimi (bulaq)
Cimi — Azərbaycan Respublikasının Quba rayonunun Cimi kəndinin ərazisində mineral bulaq.
Ümumi məlumat
Azərbaycan Respublikasının Quba rayonunun Cimi kəndinin ərazisində, Cimi çayının (Vəlvələçayın qolu) mənsəb hissəsində yerləşir. İki isti və bir soyuq mineral bulaqdan ibarətdir. Suyu kükürdlüdür. Yerli əhali isti bulaqlardan müalicə məqsədilə istifadə edir. Cimi "narın, nazik su şırnağı" mənasında işlənmişdir.
Mənbə
- Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.124.
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.