Cim Hokins (obraz)
Ceyms (Cim) Hokins (ing. James (Jim) Hawkins) — Xəzinələr adası romanın əsas qəhrəmanı.
Cim Hokins | |
---|---|
ing. Jim Hawkins | |
| |
Yaradan | Robert Lüis Stivenson |
Canlandıran | Kristian Beyl, Cozef Qordon-Levitt |
Məlumat | |
Cinsi | Kişi |
Əlaqələri |
Kapitan Smollett Doktor Livsi Skvayr Treloni və digərləri |
Milliyyəti | İngilis |
Düşmən(lər) |
Con Silver Kor Pyu və digərləri |
Film(lər) | Roman əsasında çəkilən kinofilmlər və cizgi filmləri |
Roman(lar) | Xəzinələr adası |
Serial(lar) | Roman əsasında çəkilən seriallar və cizgi serialları |
Əhvalatlar XVI, XVII və XVIII hissələr istisna olmaqla onun dili ilə danışılır. O, məşhur ingilis dənizçisi Con Hokinslə eyni soyad daşıyır.
Haqqında
Cim 16–17 yaşlı yeniyetmədir. Məhz o Billi Bonsun sandığından Xəzinələr adasının xəritəsini tapır. Doktor Livsi və Skvayr Treloninin dostudur. Onun sayəsində xainlərin kim olduğu aşkar olur. O, Xəzinələr adasında üç il təkbaşına yaşamış Ben Qannı tapır. Con Silverə qarşı mübarizədə fəal iştirak edir və İsrael Hendsi öldürür.
Populyar mədəniyyətdə
Filmlər
- Dəfinələr adası (film, 1934), Cimin rolunda — Ceki Kuper.
- Dəfinələr adası (film, 1937) — bu filmdə Cim Hokinsin yerinə Cenni Hokins adlı bir qız iştirak edir. Aktrisa: Klavdiya Puqaçova
- Dəfinələr adası (film, 1950) — Bobbi Driskoll
- Dəfinələr adası (film, 1971) — Aare Laanements
- Dəfinələr adası (film, 1982) — Fyodor Sutkov
- Dəfinələr adası (cizgi filmi, 1988) — səsləndirən: Valeri Bessarab
- Dəfinələr adası (film, 1990) — Kristian Beyl
- Xəzinələr Planeti (cizgi filmi, 2002) — səsləndirən: Yozef Qordon-Levitt
- Xəzinələr adasının quldurları (film, 2006) — Tom Neycel
- Xəzinələr adası (film, 2002)
- Dəfinələr adası (teleserial, 2012) —Tobi Reqbo
- Xəzinələr adası haqqında əfsanələr (cizgi serialı, 1993)
- Almaz adası (film, 1972)
- Dəfinələr adası: kosmosda (teleserial, 1987) — İtako Nardulli
İstinadlar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.