Cilovdarlı

CilovdarlıAzərbaycan Respublikasının Tovuz rayonunun Qədirli kənd inzibati ərazi dairəsində kənd.[2] Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Tovuz rayonunun faktiki mövcud olan Cilovdarlı kəndi dəqiqləşdirmə qaydasında Xatınlı kənd inzibati-ərazi vahidinin tərkibində yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.[3] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Tovuz rayonunun Xatınlı kənd inzibati-ərazi vahidinin Çilovdarlı kəndi Qədirli kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir.[4]

Cilovdarlı
41°02′58″ şm. e. 45°38′14″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.319 nəf. (2009)[1]
Cilovdarlı xəritədə
Cilovdarlı
Cilovdarlı

Toponimikası

Etnotoponimdir. Cilovdarlılar vaxtilə şahsevənlər hərbi ittifaqına daxil olmuş, I Şah Abbasın hakimiyyəti illərində (XVII əsrin əvvəlləri) Gəncəbasara gəlmişlər. Cilovdarlıq səfəvilər dövründə xüsusi vəzifə olmuş və bu vəzifənin icrası ayrılıqda bir tayfaya tapşırılmışdır. Mənbələrdə cilovdarlar oğuzların bəydili tayfasının bir qolu kimi qeyd olunur. Cilovdar "cilov tutan, cilov verən", "ordunun on hissəsində gedən" deməkdir. Füzuli rayonundakı Qazaxlar kəndinin məhəllələrindən biri də Cilovdarlı adlanır.[5] Bir başqa mənbədə isə Cilovdar "öndə gedən", "karvanbaşı" deməkdir.[6]

Tarixi

Tarixi abidələri

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

Kənd Gəncə-Qazax düzənliyində, Kür çayının 2–3 km-də yerləşir. Qədirli, Mülkülü, Xatınlı, Qaraxanlı və Əlimərdanlı kəndləri ilə qonşudur.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar Qeydlər
1999[7] 2639 1289 1350 Statistik göstərici Qədirli kəndi ilə birlikdə göstərilmişdir.
2009[8] 1319 665 654

İqtisadiyyatı

Əhali əsasən iri və xırda buynuzlu heyvandarlıqla, süd məhsullari istehsalı ilə (süd, şor, qatıq, nehrə yağı, ayran, pendir) və əkinçiliklə (kartof, soğan, yonca) məşğul olur.

Mədəniyyəti

Kənddə Cilovdarlı kənd kitabxana filialı fəaliyyət göstərir.[9]

Təhsil

Kənddə Cilovdarlı kənd körpələr evi-uşaq bağçası fəaliyyət göstərir.[10]

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

İstinadlar

  1. http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=107.
  2. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 98" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
  3. "Azərbaycan Respublikasının Biləsuvar, Zərdab, İsmayıllı, Yardımlı, Goranboy, Tovuz və Cəlilabad rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı". 5 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 July 2022.
  4. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.
  5. Cilovdarlı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 124. ISBN 978-9952-34-155-3.
  6. Ərəb və fars sözləri lüğəti. Bakı. 1966.
  7. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 158.
  8. "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 211". 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
  9. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 57" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
  10. "Tovuz rayon məktəbəqədər uşaq müəssisələri haqqında məlumat (tovuz-ih.gov.az)". 2015-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.