Cil (Lənkəran)

CilAzərbaycan Respublikasının Lənkəran rayonunun Şağlaser inzibati ərazi vahidində kənd.[1] Cil çayının sahilində, Lənkəran ovalığında yerləşir.

Cil
38°51′00″ şm. e. 48°45′29″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.279 nəf.
Cil xəritədə
Cil
Cil

Coğrafiyası

Rayonu mərkəzindən 16 kilometr şimal-qərbdə, Lənkəran ovalığında, dəniz səviyyəsindən aşağıda yerləşir. Şərqdən Limanı şəhəri və Marso (Ürgə) kəndi, qərbdən Xarxatan kəndi ilə həmsərhəddir. 602 ailə təsərrüfatı olmaqla 597 hektar ərazisi var.[mənbə göstərin]

Əhalisi

Əhalisi 2454 nəfərdir.[2]

Toponimiyası

Oykonim "bataqlıq yer", "sucaq yer" mənasındadır. Kənd öz adını hazırda qurudulmuş eyni adlı göldən almışdır.[3] Tarixi mənbələrə görə, kəndin adı Gilan vilayətindən köçən Cil tayfasının adından götürülmüşdür.

İqtisadiyyatı

Kənddəki təsərrüfat Lenin adına sovxozun tərkibində fəaliyyət göstərmişdir. Əhali tərəvəzçilik, çayçılıq və heyvandarlıqla məşğul olmuşdur. Torpaq islahatına uyun olaraq aqrarislahat komissiyası yaradılmış (1997), sahələr əhaliyə paylanmışdır.[4]

Din

Kənddə "Hüseyniyyə" məscidi dini icması fəaliyyət göstərir.[5]

Hidrologiyası

Kənddə eyniadlı çay və göl vardır. Kənd ərazisindən axan Cil çayı mənbəyini Lənkəran dağlarından götürür və Gamışovan mərdosuna tökülür. Hidronim "bataqlıq" mənasındadır. Gamışovan mərdosuna bitişik olan Cil gölü isə hazırda qurudulmuş və çay əkin sahəsinə çevrilmişdir.[3]

Görkəmli şəxsləri

Şəkillər

Xarici keçidlər

İstinadlar

  1. Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
  2. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  3. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007,304 səh.
  4. "Lənkəran Ensiklopediyası: Məlumat" (PDF). 2019-04-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-05-07.
  5. MÜSƏLMAN DİNİ İCMALAR - 2015-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az  (az.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.