Cikirmiş

Cikirmiş, Cekermiş, Çokurmiş və ya Çökürmiş (ö. 1106) — 1102-ci ildən 1106-cı ilə qədər Mosulun atabəyi olmuşdur. Səlcuqlu sərkərdəsi və dövlət xadimidir.[1]

Cikirmiş
türk. Çökürmüş
Doğum tarixi XI əsr
Vəfat tarixi
Vəfat səbəbi Qətl
Milliyyəti Türk
Dini İslam
Fəaliyyəti Mosulun atabəyi (1102-1106)

Həyatı

Öz sələfi Kürboğanın ölümündən sonra o, I İmadəddin Zənginin atabəyi oldu.[2] Cikirmiş və Mardinli Sökmən Antioxlu I Bohemondla Edessalı II Baldvinin birləşmiş ordularını 1104-cü ilin 7 mayında Harran döyüşündə məğlub etdilər.[3][4] Bu döyüşdə Baldvin əsir götürüldü. Cikirmiş Baldini öz əsiri kimi Sökmənin düşərgəsindən gizli formada çıxardı. Cikirmiş Edessanın uğursuz mühasirəsindən sonra Baldvinlə birlikdə Mosula getdi. Edessanı müdafiə edən Tankred bundan sonra Cikirmişlə qohum olan bir səlcuqlu şahzadəsini əsir götürməyi bacardı. Cikirmiş bu səlcuqlu şahzadəsinin azadlığına qarşılıq pul və ya Boldvinin azadlığını təklif etdi. Lakin Tankred və Bohemond pulu üstün tutdular və Baldin Cikirmişin əsiri olaraq qaldı.

Cikirmiş 1106-cı ildə Cavali Saqava tərəfindən qətlə yetirildi və onun əsiri Baldvin də onun əlinə keçdi.

Həmçinin bax

Ədəbiyyat

  • Barber, Malcolm. The Crusader States. Yale University Press. 2012. ISBN 978-0-300-11312-9.
  • Fink, Harold S. The Foundation of the Latin States, 1099–1118 // Setton, Kenneth M.; Baldwin, Marshall W. (redaktorlar ). A History of the Crusades, Volume One: The First Hundred Years. The University of Wisconsin Press. 1969. 368–409. ISBN 1-58684-251-X.
  • Köhler, Michael. Alliances and Treaties between Frankish and Muslim Rulers in the Middle East: Cross-Cultural Diplomacy in the Period of the Crusades. BRILL. 2013. ISBN 978-90-04-24857-1.
  • Runciman, Steven. A History of the Crusades, Volume II: The Kingdom of Jerusalem and the Frankish East, 1100-1187. Cambridge University Press. 1989. ISBN 0-521-06162-8.

İstinadlar

  1. Runciman, 1989. səh. 41, 110
  2. Barber, 2012. səh. 181
  3. Köhler, 2013. səh. 65
  4. Fink, 1969. səh. 389
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.