Cia Karanci

Cia Karanci (29 yanvar 1960, Filadelfiya, Pensilvaniya ABŞ) — 1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində Amerikanın ilk supermodeli. Onun üzü bir cox jurnalların üz qabığında dərc etdirilmişdir. O model olmaq üçün Amerikaya 17 yaşı olanda gəlmişdir.

Cia Karanci
Doğum tarixi 29 yanvar 1960(1960-01-29)[1][2]
Doğum yeri
Vəfat tarixi 18 noyabr 1986(1986-11-18)[1][2] (26 yaşında)
Vəfat yeri
Vəfat səbəbi QİÇS
Dəfn yeri
Fəaliyyəti supermodel[d], model[d]

Tezliklə bir çox əlçatmaz fotoqrafların sevimlisinə çevrildi. Çox gözəl bədənə və sinəyə malik olan Cia Karanci, hər kəsin sevimlisinə çevrildi. Kris von Vangenheim, Françesko Skavullo, Artur Elqort, Riçard Avedon kimi fotoqroflarla işləmişdi. Bodi Basiks, Kristian Dior, Kutex, Diane von Fürstenberq, Giorgio Armani, Lanketti, Levi's, Maybelline, Perry Ellis, Versace, Vidal Sassoon, Yves Saint Laurent kimi məşhur adlarla çalışmışdı.

Onunla işləyən hər bir insan Cia-nin həddindən artıq enerjili və sadə olduğunu söyləyir. O yaşadığı müddətdə hər bir şeyə nail ola bilmişdi, yalniz bir şeydən başqa. Onun həmişə diqqətə və sevgiyə ehtiyacı olmuşdu. Tez-tez Studio 54 və Mudd Club-da görülürdü. Onu kişilər maraqlandırmırdı, o qadınlara üstünlük verirdi. Sandi Linter ilə sevgi həyatı yaşadığı məlumdur.

Cia yalnızlıqdan qurtulmaq istəyirdi və həmişə əsl sevgi axtarışında idi. Bir müddət Elyssa Qolden ilə birlikdə oldu, amma bu uzun sürmədi. O həmişə qadınlarla problemi olduğunu söyləyərdi. Onu tanıyan modellər Cia-nın həmişə dərdli olduğunu və onu sevəcək birini axtardığını soyləyirlər. Anasını çox sevən Cia ondan hec vaxt yetəri qədər diqqət görmədiyi üçün həmişə özünü tək hiss edirdi. Vilhelmina Kooper və Kris von Vangenheim-in ölümü ona çox təsir etdi. Bu vaxt anasına ehtiyac duyan Cia yenə yalnız qaldı.

Sonunda o narkotik çəkməyə başladı. Bir neçə dəfə sağalmağa çalışsa da yenidən narkotikə qurşanırdı. Nəhayət o narkotikə üstün gəldi amma artıq çox gec idi, çünki az bir müddətdən sonra həkimlər onda QİÇS xəstəliyini aşkar etdilər. Həmişə sadə həyat və əsl sevgi, diqqət axtaran Cia 18 noyabr 1986-cı ildə 26 yaşında vəfat etdi. Onun dəfn mərasimi 21 noyabrda keçirildi və model aləmindən heç kəs iştirak etmədi.

Yalnız Skavullo bir müddət sonra ölümündən xəbərsiz olduğunu söyləyərək kart göndərmişdir. Cia istifadə edildikdən sonra belə insanlar tərəfindən unuduldu. Amma hal hazırda onun adına xeyriyyə fondları və milyonlarla fanatı var. Stephen Fried-ın Thing of Beauty kitabında Cia haqqda məlumat verilir.

Çox faciəli həyat keçirən və yeganə arzusuna çatmayan Cia-nın həyatı haqqında film çəkilmişdir. Filmdə onu Ancelina Coli canlandırmışdır.

  1. Deutsche Nationalbibliothek Record #119292750 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. Gia Marie Carangi // Find a Grave (ing.). 1996.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.