Chimonanthus praecox

Chimonanthus praecox (lat. Chimonanthus praecox) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin calycanthaceae fəsiləsinin chimonanthus cinsinə aid bitki növü.

Chimonanthus praecox
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Növ:
Chimonanthus praecox
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  13419
EOL  5392977

Təbii yayılması

Mərkəzi və Şərqi Çində, Yaponiyada geniş yayılmışdır.

Botaniki təsviri

2–3 hündürlükdə yarpağını tökən koldur. Gövdələri yuxarıya doğru düz qalxır. Cavan budaqları tüklü, birillik budaqları isə çılpaq, bozumtul-yaşıl və ya qəhvəyi rəngdədir. Tumurcuqları iti, kirəmit şəklində düzülmüş pulcuqludur. Yarpaqları yumurtavari və ya yumurtavari-neştərvari, uc tərəfdən sivri, qaidəsi dairəvi və ya pazvaridir, uzunluğu 7–20 sm, eni isə 3,5–7 sm-dir. Təzə əmələ gəlmiş yarpaqları tüklü olub, sonradan çılpaqlaşır, hər iki tərəfdən parıldayan açıq-yaşıl rəngdədir. Saplaqları 0,5–0,8 sm uzunluqdadır. Zəngçiçəklərin diametri 2,5 sm olub, pulcuqlarla örtülü olur. Çiçəkləri xaricdən sarı, içəridən isə qonur-qırmızı rəngli olub, xoş ətirə malikdir. Erkəkcikləri 5–6 ədəddir. Dekabr ayında çiçəkləyir. Meyvələri silindrik, uzunluğu 5–7 sm-dir. Toxum və çiliklərlə artılır.

Ekologiyası

Havanın quraqlığına və suyun çatışmazlığına pis dözür. İşıqsevəndir, ancaq kölgəyə dözür. Gilli, qidalı, yumşaq, orta nəmişli torpaqlarda yaxşı inkişaf edir.

Azərbaycanda yayılması

Gəncə, Zaqatala və Abşeronda mədəni şəraitdə becərilir.

İstifadəsi

Tez çiçəkləməsinə, ətirli, gözəl və rəngli çiçəklərinə görə park və bağlar üçün qiymətli koldur

Sinonimləri

Homotipik sinonimləri

  • Beureria praecox (L.) Kuntze
  • Calycanthus praecox L.
  • Meratia praecox (L.) Rehder & E.H.Wilson

Heterotipik sinonimləri

  • Calycanthus suaveolens Salisb.
  • Chimonanthus caespitosus T.B.Chao, Z.X.Chen & Z.Q.Li
  • Chimonanthus fragrans (Loisel.) Lindl.
  • Chimonanthus fragrans var. grandiflorus Lindl.
  • Chimonanthus grandiflorus (Lindl.) Steud.
  • Chimonanthus luteus (G.Don) Biel.
  • Chimonanthus parviflorus Raf.
  • Chimonanthus praecox var. concolor Makino
  • Chimonanthus praecox f. grandiflorus (Lindl.) Rehder
  • Chimonanthus praecox var. grandiflorus (Lindl.) Makino
  • Chimonanthus praecox var. intermedius Makino
  • Chimonanthus praecox f. intermedius (Makino) Okuyama
  • Chimonanthus praecox f. luteus (G.Don) Okuyama
  • Chimonanthus praecox var. luteus G.Don
  • Chimonanthus praecox var. reflexus B.Zhao
  • Chimonanthus praecox f. versicolor B.Zhao
  • Chimonanthus verus Biel.
  • Chimonanthus yunnanensis W.W.Sm.
  • Meratia fragrans Loisel.
  • Meratia praecox var. grandiflora (Lindl.) Rehder & E.H.Wilson
  • Meratia yunnanensis (W.W.Sm.) Hu

İstinadlar

    Həmçinin bax

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.