Charley ATL

Charley ATL (tələffüzü: Çarli ATL) — 1987-ci ildə yaranmış Azərbaycan rok qrupu. Yaradıcılıq dövrü boyu proqressiv art-rok janrında ifa edib.

Charley ATL
Əsas məlumatlar
Üslub proqressiv rok
art-rok
Fəaliyyət illəri 19871995
Ölkə SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Heyət Gündüz Bakılı (Süleymanov)
Stas Kalaşnikov
İsgəndər Ələskərov
Pavel Bulakov
Genadiy Kasımov
Eduard Ten
Andron
Vahid Mustafayev
Rafiq Vəlimetov
Vadim Koçerev

Tarixi

Qrup öz yaradıcılığında Kinq Krimson , Centl Cayant, Raş, Frank Zappa və başqaları kimi belə artistlərin təsirini hiss etdi. Bundan başqa, Charley ATL Azərbaycanda, heç nə ilə müqayisə olunmayan, öz ciddi poetik stilini hazırlayan ilk rok qrupa çevrildi. Çalğı aləti kimi qrup öz musiqilərində Tar alətindən də istifadə etmişdi. Təəssüf ki, qrup yalnız "Hind kinosunun qurbanlarına həsr olunur.." (1990) adlı bir albom çıxara bildi.

Bu alboma «Şah İsmayıl», «Körpə», «Energy», «Anqola camaatı», «Sakitlik-məhəbbət», «Good morning children», «Nara-Nara», «Freyd dünyası» və başqa mahnılar daxil idi. 1991-ci ildə qrupun keçmiş iştirakçılarından biri Vahid Mustafayev Zaqafqaziyada ANS adlı ilk müstəqil teleradio şirkətini əsasını qoydu. Qrupun demək olar ki, bütün musiqiçiləri studiyanın işçisi oldular. Studiya 1994-cü ildən 1998-ci ilə qədər səsyazma studiyalarının arasında lokal bazarda lider idi. Taleyin ironiyası ilə, qrup bu illərdə son vaxtlarını yaşayırdı. 1995-ci ildə «Charley ATL» qrupu öz yaradıcılıq mövcudluğunu bitirdi.

2017-ci ildə qrupun keçmiş üzvləri yenidən birləşərək "Gözəl Çöllər" mahnısını yenidən aranjman edərək klip çəkdilər.[1]

Üzvləri

Gündüz Bakılı (Süleymanov) — (Vokal-ritm-gitara)
Stas Kalaşnikov - bas gitara
İsgəndər Ələskərov – zərb alətləri
Pavel Bulakov - proqramlaşdırma, klavişlər
Genadiy Kasımov - zərb alətləri
Eduard Ten - gitara (1994-cü ildə faciəvi həlak olub)
Andron - bas
Vahid Mustafayev - saksofon
Rafiq Vəlimetov - gitara
Vadim Koçerev - saksofon

Diskoqrafiya

Hind kinosunun qurbanlarına həsr olunur.. (1990)
SıraMahnının adıMüddət
1Freyd dünyası04:05
2Göyçaylı04:54
3Gözəl çöllər06:10
4Şah İsmayıl04:20
5Anqola camaatı06:40
6Good Morning Children03:31
7Körpə05:17
8Vətənpərvər Əlisəfər03:31
9Dülgər ağa06:14

Xarici keçidlər

Mənbə

  1. "Charley ATL - Gözəl Çöllər (2017)". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-13.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.