Lavson sərvpəri

Lavson sərvpəri (lat. Chamaecyparis lawsoniana) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin sərvpəri cinsinə aid bitki növü.

Lavson sərvpəri
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Gymnosperms
Şöbə:
Pinophyta
Yarımsinif:
Cupressidae
Dəstə:
Fəsilə:
Yarımfəsilə:
Növ:
Lavson sərvpəri
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  183453
NCBI  58030
EOL  1034844

Vətəni Şimali Amerika, Şimali Kaliforniya və cənubi-qərbi Oreqon dağlarında dəniz səviyyəsindən 1500 m-ə qədər yüksəklikdə bitir. Hündürlüyü 50 m-ə çatan, çətiri ensiz konusvarı olub, yuxarı budaqları aşağıya doğru genişlənən və təpəsi yana əyilmiş ağacdır. Budaqları şaquli istiqamətdə yuxarıya doğru böyüyür. Gövdəsinin qabığı qalın və qırmızımtıl-qəhvəyi rəngdədir, diametri 1,8 m-ə çatır, dairəvi çatlıdır, dəyirmi lövhəciklər əmələ gətirir. Zoğları yastı olub, üst tərəfi yaşıl, parlaq, alt tərəfi göyümtüldür, bir müstəvi üzərində müntəzəm düzülmüşdür. İynəyarpaqları pulcuqvarı, parlaq yaşılımtıl-göydür. Qozaları kürəşəkilli, diametri 7–10 mm, sayca çoxdur, adətən, bir yerdə toplaşmış haldadır, açıq-qəhvəyi rəngdədir, üzərində ərplidir. Zəif boy atır, kölgəyə, şaxtaya, küləyə davamlıdır, kəskin qış aylarında ağacın zoğları donur, yazda bərpa olunur, rütubətsevəndir. Eyni zamanda qeyri-münbit və şorakətli torpaqlarda da bitir, qaza, hisə, toza davamlıdır. Çoxlu miqdarda yarpağının rənginə görə fərqlənən aşağıdakı bağ formaları vardır: göyümtül, gümüşü, qızılı, alabəzək, piramidal, sallaq və cırtdan boylu.

Azərbaycanın bəzi rayonlarında park və bağlarda bəzək-bağçılıqda rast gəlinir. Mərdəkan dendrarisində uzun illərdir ki, introduksiya sınağından çıxmışdır. Toxum və qələmlərlə çoxaldılır. Oduncağından gəmi, təyyarə və parket düzəldilməsində istifadə edilir. Tək və bağ kompozisiyalarının elementi kimi qoruyucu yaşıllıq zonalarında, xiyaban əkinlərində istifadə də məqsədəuyğundur.

İstinadlar

    Həmçinin bax

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.