Ceyrax rayonu

Ceyrax rayonu (inquş Жӏайраха район)[3]Rusiya Federasiyası, İnquşetiya Respublikasının tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi Ceyrax kəndidir.

Ceyrax rayonu

42°49′19″ şm. e. 44°40′47″ ş. u.


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 1993
Sahəsi
  • 628,14 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.981 nəf. (1 yanvar 2018)[2]
Rəqəmsal identifikatorlar
Telefon kodu 8734
Rəsmi sayt
Ceyrax rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiya

Ceyrax rayonu İnquşetiyanın cənub dağlıq hissəsində yerləşir və Baş Qafqaz silsiləsinin mərkəzi hissəsini tutur. Rayon şərqdə Çeçenistan Respublikasının İtum-Kali rayonu, şimalda İnquşetiyanın Sunja rayonu, şimal-qərbdə Şimali Osetiyanın Priqorodnı rayonu, qərbdə Vladikavkaz şəhər dairəsi ilə və cənubda isə Gürcüstan ilə həmsərhəddir. Rayonun ərazisi 627.04 km²-dir.

Əsas çaylar Assa və Armxi. Dağ zirvələri: Şan (4451.8 m, İnquşetiyanın ən yüksək nöqtəsi), Kideqanis, Qaykomd (3171.7 m), Xaxalqi (3032.9 m), Stolovoya (2993.9 m), Çerexkort (2230.6 m) və digərləri.

Tarix

Rayon 8 oktyabr 1993-cü ildə İnquşetiya Respublikasının Prezidenti Ruslan Auşevin Fərmanı ilə təsis edilmişdir[4]. 1957-ci ildən 1993-cü ilə qədər indi Ceyrax rayonunun ərsazisi Nazran rayonunun bir hissəsi olmuşdur[5]. 1 yanvar 1990-cı il tarixinə olan məlumata əsasən Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Ceyrax kənd sovetliyinə Ceyrax, Beyni, Quli, Lyazgi, Olqeti kəndləri və Armhi Sanatoriya qəsəbəsi daxil idi. Ümumilikdə bu tarixdə kənd sovetliyində 1312 nəfər insan yaşayırdı. 1992-ci ildə Osetiya-İnquş qarşıdurmasından sonra kənd sovetlyinin ərazisi ilə rayon mərkəzi arasında nəqliyyat əlaqəsi yox idi. Belə ki, əlaqə Şimali Osetiyanın Vladikavkazdan Gürcüstan Hərbi Yolu boyunca həyata keçirilə bilirdi. Bununla əlaqədar ayrıca bir inzibati vahidin təşkili qərara alındı və rayon Nazran rayonundan ayrıldı. 2009-cu ildə Ceyrax rayonu bir inzibati rayon statusunu aldı[6]. O zaman onun tərkibində kənd yaşayış məntəqələrinin daxil olduğu 5 kənd sovetliyi vardı.

Əhali

Milli tərkib

2002-ci il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdi[7]:

  • inquşlar — 2 315 nəf. (99,19 %)
  • digərləri — 19 nəf. (0,81 %).

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[8]:

  • inquşlar — 2 222 nəf. (84,3 %)
  • ruslar — 244 nəf. (9,2 %)
  • digərləri — 172 nəf. (6,5 %)

İnzibati-ərazi vahidliyi

Ceyrax rayonunun kənd yaşayış məntəqələri və kəndlərinin adları
  Beyni
  Quli
  Ceyrax
  Lyajgi
  Olqeti

Ceyrax rayonuun tərkibinə daxil olan 5 kənd tipli yaşayış məntəqəsi 5 inzibati kənd sovetliyində birləşir:

Beyni kənd sovetliyi - Beyni

Quli kənd sovetliyi - Quli

Ceyrax kənd sovetliyi - Ceyrax

Lyajgi kənd sovetliyi - Lyajgi

Olqeti kənd sovetliyi - Olqeti

İstinadlar

  1. http://www.gks.ru/free_doc/2016/oktmo/tom4_oktmo.rar.
  2. 26. Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2018 года. Rusiya Dövlət Federal Statistika Xidməti.
  3. "Матенаькъан Илез. Йоккхача паччахьалкхен тӏехьлен хоржамаш // Сердало, 20.03.2018". 2019-03-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-18.
  4. "Указ Главы Республики Ингушетия от 08 октября 1993 года № 296 «Об образовании Джейрахского района Ингушской Республики»". 2018-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14.
  5. "Якуб Патиев. 1993 год. Образование Джейрахского района // Сердало, № 137, 07.09.2016". 2019-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14.
  6. "Закон РИ от 23 февраля 2009 года № 5-РЗ «Об установлении границ муниципальных образований Республики Ингушетия и наделении их статусом сельского поселения, муниципального района и городского округа»". 2013-10-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14.
  7. "Этнокавказ. Национальный состав населения Джейрахского района по переписи 2002 года". 2018-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14.
  8. "Том 4. Таблица 04-04. Население Ингушетии по национальности и владению русским языком". 2016-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-21.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.