Ceyran Mahmudova

Ceyran Emin qızı Mahmudova (19 iyul 1964, Bakı) — Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2023), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru (2018-ci ildən), xalq musiqisi tarixi və nəzəriyyəsi üzrə Bakı Musiqi Akademiyasının müəllimi, professor, "Musiqi Xəzinəsi" verilişinin aparıcılarından biri.

Ceyran Mahmudova
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Atası Emin Sabitoğlu
Mükafatları Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi

Həyatı

Ceyran Mahmudova 1971–1982-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almışdır. 1982–87-ci illərdə təhsilini Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarixi-nəzəriyyə fakültəsində davam etdirib.

1991-ci ildən 2017-ci ilədək Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dosent, professor vəzifəsində çalışıb.

AAK-ın Sənətşünaslıq və Memarlıq üzrə ekspert şurasının üzvü, 2 monoqrafiya, ali məktəblər üçün 2 dərs vəsaiti, orta məktəb müəllimləri üçün 2 metodik vəsait, 50-dən çox elmi məqalə müəllifidir.

2017-ci ildən ADMİU-nun "Musiqi sənəti" fakültəsinin dekanıdır. Həmçinin "Mədəniyyət" kanalında "Musiqi Xəzinəsi" verilişinin aparıcılarından biridir.

30 iyul 2018-ci ildə Prezidentin sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib.[1]

13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif edilmişdir.[2]

Yaradıcılığı

  • Azərbaycan təsniflərinin öyrənilməsi probleminə dair. /Bərbədin 1400 illiyinə həsr olunmuş beynəlxalq simpoziumun materialları. Düşənbə, "Deniş", 1990;
  • Qəzəl ilə təsnifin əlaqəsinə dair. B., "Qobustan" toplusu, № 1, 1991;
  • Təsniflərdə və xalq mahnılarında bayatı janrının təcəssümünün müqayisəli təhlili. AEA-nın Me'marlıq və incəsənət İnstitutunun "Xəbərlər" toplusu. B., № 1, 1997;
  • Azərbaycan xalq mahnılarında rədif, təkrar söz və ifadələrin musiqi təcəssümü haqqında. "Xəbərlər". B., № 1, 1998;
  • Azərbaycan şifahi ən'ənəli musiqisində heca vəzninə aid poetik janrıların təcəssümünün bəzi cəhətlərinə dair. "Xəbərlər". B., № 1, 1998;
  • Azərbaycan bəstəkarlarının mahnılarında beş hecalı mətnlərin təzahürü. "Xəbərlər". B., № 1, 2000;
  • Mahnılarda yaşayan poeziya. "Musiqi dünyası" jurnalı. № 2, 2000;
  • Rəsul Rza və Azərbaycan musiqisi. "Qobustan" toplusu. № 2, 2001;
  • Fikrət Əmirovun mahnılarında söz ilə musiqinin qarşılıqlı əlaqəsinin bəzi məqamları haqqında. "Musiqi dünyası". № 3–4, 2001;
  • Zərif gözəllik qəlb sirdaşı… /C. Cahangirov/, "Musiqi dünyası". № 3–4, 2001.
  • Emin Sabitoğlunun mahnılarında söz ilə musiqinin qarşılıqlı əlaqələri. "Musiqi dünyası" jurnalı.
  • Respublika elmi konfranslarında mə'ruzə və çıxışlar (1990–2001).
  • Dövri mətbuatda məqalələr (1990–2001).[4]

Filmoqrafiya

  1. Gün keçdi (film, 2012)

Həmçinin bax

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.