Ceyran Əliyeva
Ceyran Əliyeva — azərbaycanlı voleybolçu, Azərbaycan milli komandasının və Bakının "Azəryol" klubunun oyunçusu. Libero kimi oynayır.
Ceyran Əliyeva | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycanlı |
Voleybolçu məlumatları | |
Boyu | 1.65 |
Çəkisi | 51 kq |
Mövqeyi | Libero |
Milli komanda karyerası | |
Azərbaycan qadın milli voleybol komandası |
Bioqrafiya
1995-ci il yanvarın 3-də Bakıda anadan olan Ceyran Əliyeva ilk dəfə məşqçi Tatyana Semyonovna Korjovanın rəhbərliyi ilə Bakının Əhmədli kənd idman məktəbində voleybolla məşğul olmağa başlayıb. Voleybolçunun kumiri Azərbaycanın ən yaxşı voleybolçularından biri Valeriya Məmmədovadır.[1]
Azərbaycan milli komandası
2010-cu ildən Azərbaycanın yeniyetmələrdən ibarət yığmasının rənglərini qoruyub. O, 2014-cü ilin avqustunda əsas milli komandaya cəlb olunub. Azərbaycan milli komandasının tərkibində 2014-cü ildə İtaliyada keçirilən dünya çempionatında iştirak edib.[3]
Turnirlər
№ | Turnir |
---|---|
2010 | Qadınlar arasında voleybol üzrə Avropa çempionatı 2010 |
2012 | Qadınlar arasında voleybol üzrə Avropa çempionatı 2012 |
2013 | Qadınlar arasında voleybol üzrə Avropa çempionatı 2013 |
2014 | 2014 Voleybol üzrə qadınlararası Dünya Çempionatı |
2014 | Qadın Voleybol Avroliqası 2014 |
2015 | Qadınlar arasında voleybol üzrə Avropa çempionatı 2015 |
Həmçinin bax
İstinadlar
- "REKORD.AZ | İDMAN - XƏBƏR SAYTI Korotenkonu özünə kumir seçən Ceyran Əliyeva: "Voleybolçu olmağımı məndən çox valideynlərim istəyirdi" - MÜSAHİBƏ..." web.archive.org. 2014-10-18. 2014-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-04.
- ""Azəryol" Ceyran Əliyeva ilə müqavilənin müddətini uzadıb | Online ictimai-siyasi qəzet". web.archive.org. 2014-10-16. 2014-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-04.
- "Team Roster - Azerbaijan - FIVB Volleyball Women's World Championship Italy 2014". web.archive.org. 2021-11-01. Archived from the original on 2021-11-01. İstifadə tarixi: 2023-08-04.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.