Ceyn Eyr (roman)

Ceyn Eyr (ing. Jane Eyre) — 16 oktyabr 1847-ci ildə İngiltərənin "Smith, Elder & Co." nəşriyyatı tərəfindən nəşr olunmuş əsərdir. Bu əsər Şarlotta Brontenin ilk çapdan çıxmış romanıdır.

Ceyn Eyr
ing. Jane Eyre
Janr Məhəbbət romanı
Müəllif Şarlotta Bronte
Orijinal dili İngilis dili
Nəşr ili 1847
Nəşriyyat Smith, Elder & Co.[d][1]
Elektron versiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Süjet

Ceyn Eyrin valideynləri dünyadan köçdükdən sonra dayısı Cənab Rid onu öz himayəsi altında alır, lakin bir müddət sonra Cənab Rid dünyadan köçür və dayısının həyat yoldaşı olan Sara Ridin himayəsi altına keçir. Ceyn Eyr 10 yaşında olan zəif bir uşaqdır. Evdə yaşayanlardan hamısının ondan xoşları gəlmirdi. Bu səbəbdən evdə yaşayanlar onu pansion məktəbə göndərməyə qərar verirlər. Ceyn Eyr evi birdəfəlik tərk edərək, məktəbə gedir. O, bir xidmətçi tərəfindən qarşılanır. Ceyn Eyr buranı öz evinə bənzədir. Məktəbdə 80-a yaxın qız vardır. Burada uşaqlarnan çox pis rəftar edirdilər, lakin xoşbəxtlikdən məktəbin direktoru olan Miller mülayim xanım olduğundan, Ceyn Eyr yaxşı təhsil ala bilir. Məktəbdə oxuyan zaman ətrafda Taun xəstəliyi yayılmağa başlayır. Bir çox insanlar, o cümlədən məktəbin direktoru xəstəlikdən vəfat edir. Ceyn Eyr burada 8 il təhsil alır. Təhsilini bitirdikdən sonra 2 il müəllim olaraq çalışır.

Ceyn Eyr 2 il müəllim olaraq çalışdıqdan sonra Edvard Roçester ailəsində mürəbbiyə kimi işləməyə başlayır. Zaman keçdikcə Ceyn Eyr Roçesterin bəraətini qazanmağa başlayır. Onlar arasında sevgi münasibətləri yaranır. Roçester Ceyn Eyr ilə evlənməyə hazırlaşır, lakin evlənən zaman bir adam vəkili ilə bərabər peyda olur. Məlum olur ki, həmin adam Roçesterin arvadının qardaşıdır. Roçesterin arvadı ruhi xəstədir. Bu səbəbdən Roçester hamıdan onu gizlətməyə çalışır. Ceyn Eyr bu hadisədən sonra Edvard Roçesterə mənfi münasibətlə yanaşmağa başlayır. Bir müddət sonra Ceyn Eyr evi tərk edir. Ceyn Eyr neçə gün ac-susuz qalır. Axırda bir evə çatır. Bu evdə yaşayan Diana, Meri və Sent Con Rivers ona həm maddi, həm də mənəvi cəhətdən dəstək olurlar. Sent Con Rivers Ceyn Eyr haqqında məlumatlar əldə edir. Məlum olur ki, dayısı ona miras qoymuşdur. Bir müddət sonra Ceyn Eyr bu mirası özü ilə bərabər, evdə yaşayan şəxslər arasında öz razılığı ilə bölür.

Sent Con Rivers Ceyn Eyrə evlənmək təklif edir, lakin bu zaman Ceyn Eyr Edvard Roçersin onu səslədiyini hiss edir. Bu səbəbdən Ceyn Eyr tez bir zamanda Roçesterin evinə geri dönür. Geri döndükdən sonra öyrənir ki, Roçesterin ruhi xəstə olan həyat yoldaşı evi yandıran zaman Roçester ağır zədə almışdır. Həmçinin, Roçesterin həyat yoldaşı evin damından düşərək, dünyadan köçmüşdür. Roçester görmə qabiliyyətini itirmişdir. Ceyn Eyr bura gələn zaman Roçester onu səsindən tanıyır və bundan şad olur. Ceyn Eyr Roçesterlə onunla birlikdə qalmağa qərar verir. 2 il keçdikdən sonra Roçesterin gözləri açılır. Bundan sonra onlar artıq firavan həyat yaşamağa başlayırlar. Diana və Meri ailə həyatı qururlar. Sent Con Rivers isə Hindistana yola düşür.

İstinadlar

  1. WorldCat (çd.). 1971.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.