Ceyms Tisso

Jak-Jozef (Ceyms) Tisso (fr. Jacques-Joseph Tissot, ing. James Tissot, 15 oktyabr 1836[1][2][…], Nant, Luar-Atlantik, İyul monarxiyası[3]8 avqust 1902[1][2][…], Şense-Byuyon[d], Du, Fransa[3]) — karyerasının çox hissəsini İngiltərədə keçirən bir fransız rəssamı.

Ceyms Tisso
fr. James Tissot
Doğum adı Jacques-Joseph Tissot
Doğum tarixi 15 oktyabr 1836(1836-10-15)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 8 avqust 1902(1902-08-08)[1][2][…] (65 yaşında)
Vəfat yeri
Fəaliyyəti rəssam, karikaturçu, rəssam-qravüraçı[d]
Təhsili
Janrlar portret[3], məişət janrı[3], tarix rəssamlığı[3]
Stillər yaponizm[d][4], realizm[5]
Mükafatları "Fəxri legion" ordeni kavaleri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Temza çayında

Uşaqlığı və gəncliyi

Tisso 1836-cı il oktyabrın 15-də Fransanın Nant şəhərində bir italyan əsilli ailənin uşağı olaraq dünyaya gəlmişdi. Atası Marşel Teodor Tisso bacarıqlı bir pərdəlik parça ticarətçisi və anası Mariye Durand isə bir şapqaçı idi. Tisso da anası kimi çox gənc yaşlarında katolik dininə keçdi. Tissonun Nantdan ilham alaraq gənc yaşlarında liman və gəmi rəsmlərini çəkdiyi düşünülür. 17 yaşında rəssam olmağı seçdi. Atası bu qərarı dəstəkləməsə də, nəticədə ona rəssam olmağa icazə verdi.

Karyerası

1856 və ya 1857-ci illərdə incəsənət təhsilini davam etdirmək üçün Parisə getdi. Təxminən 1863-cü ildə Tisso qəflətən orta əsrlər tərzi portretlərini və müasir həyatın təsvirlərini rəsmlərində göstərməyə başladı. Bu dövrdə Tisso qəflətən yüksək tənqidi bəyənmə aldı və çox danışıldı. Sürətlə özünü uğurlu bir sənətkar olmağa həsr etdi. Alfred Stevens və Klod Mone kimi yapon rəsmləri və paltarlarından təsirlənmış, bəzilərini rəsmlərində qeyd etmişdi.[6] Fransa–Prussiya müharibəsində vuruşdu. 1871-ci ildə naməlum səbəblərdən Parisdən Londona yola düşdü. Rəsmləri "Vanity Fair" jurnalında, eləcə də Kral Akademiyasında sərgiləndi.

Qaleriya

Həmçinin bax

İstinadlar

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. James Tissot (nid.).
  3. RKDartists (nid.).
  4. https://www.metmuseum.org/toah/hd/jpon/hd_jpon.htm.
  5. https://muse.jhu.edu/article/54202/summary.
  6. Edgar Degas (French, Paris 1834–1917 Paris). "James-Jacques-Joseph Tissot (1836–1902)" (ingilis). metmuseum.org. 1867–68. 2017-01-30 tarixində arxivləşdirilib.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.