Ceyms Stirlinq (memar)

Ceyms Stirlinq (22 aprel 1926[1][2][…], Qlazqo25 iyun 1992[1][2][…], London) — şotland memar. XX əsr memarlığına böyük təsir göstərmişdir.

Ceyms Sterlinq
James Frazer Stirling
Şəxsi məlumatlar
Doğum adı James Frazer Stirling
Doğum tarixi
Doğum yeri Qlazqo, Şotlandiya, Böyük Britaniya.
Vəfat tarixi (66 yaşında)
Vəfat yeri London, İngiltərə, Böyük Britaniya
Vətəndaşlığı Böyük Britaniya Birləşmiş Krallıq
Təhsili
İşləri və nailiyyətləri
Əsas tikililəri Siili Tarix Kitabxanası
Mükafatları
Pritsker mükafatı
Pritsker mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

II Dünya müharibəsi boyunca əsgərlik edən Sterlinq 1945–1950-ci illəri arasında Liverpul Univesitetində memarlıq təhsili gördü. O, burada karyerasına böyük təsir göstərən Kolin Rouv ilə tanış oldu.

Bir müddət universitetdə fəaliyyətini davam etdirən Sterlinq 1956-cı ildə Ceyms Qovan ilə birlikdə öz memarlıq ofisini açdı. Bu dövrdə inşa etdirdiyi ən əhəmiyyətli işi Lester Universitetinin Mühəndislik Fakultəsi olmuşdur. Həmin dövrün digər işləri arasında Kembric Univesitetinin Tarixi Fakultə Kitabxanası və Oksfor Universitetinin Kven Kolleci olmuşdur.

1963-cü ildə Sterlinq Ceyms Qovanla əməkdaşlığını bitirdi və şəxsi ofisini açdı. Daha sonra partneri olacaq Maykl Uilfordu da köməkçi kimi işə aldı. Həmin dövrdə ən məşhur işi Olivetti Mərkəzi idi.

Ceyms Sterlinq 1981-ci ildə Pritsker mükafatını qazanmış, 1992-ci ildə ölümündən az müddət qabaq cəngavər tituluna layiq görülmüşdür.

Tanınmış işləri

Qalereya

İstinadlar

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Sir James Stirling // Encyclopædia Britannica (ing.).
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.