Ceyms Klark Ross

Ceyms Klark Ross (ing. James Clark Ross; 15 aprel 1800[1][2][…]3 aprel 1862[1][2][…]) — britaniyalı hərbi dənizçi, qütb rayonlarının araşdırmaçısı, Kral Coğrafiya Cəmiyyətinin (ing. Fellow of the Royal Society) üzvü.

Ceyms Klark Ross
ing. James Clark Ross
Doğum tarixi 15 aprel 1800(1800-04-15)[1][2][…]
Vəfat tarixi 3 aprel 1862(1862-04-03)[1][2][…] (61 yaşında)
Fəaliyyəti tədqiqatçı-səyyah[d], təbiətşünas, donanma zabiti[d], botanik
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiya

Ceyms Ross 15 aprel 1800-cü ildə Londonda anadan olmuşdur. Milliyyətcə şotland olmuşdur.

Donanmaya hələ 12 yaşında daxil olmuşdur. O, ilk dəfə əmisi Con Rossun gəmisinə minmişdir. 18 yaşında əmisinin "İzabela" gəmisində Baffin Torpağına səfər etmişdir. 1820-ci illərdə Şimal-Qərb keçidini tapmaq məqsədi ilə Vilyam Parrinin təşkil etdiyi üç ekspedisiyada iştirak etmişdir. 1829–1833 illərdə isə Arktika rayonununa əmisinin təşkil etdiyi ekspedisiyada olmuşdur. 1831-ci ildə Şimal maqnit qütbünü kəşf etmişdir[4][5].

1839–1843 illərdə "Erebus" və "Terror" gəmilərində Britaniya Antarktika ekspedisiyasını təşkil etmişdir. Ross dəniziniRoss buzlağını onun şərəfinə adlandırılmışdır. 1841-ci ildə Ceyms Ross Erebus vulkanınıTerror dağını aşkarlayaraq ekspedisiya gəmilərinin şərəfinə adlandırmışdır. İlk dəfə Ross cənub 78° enliyini keçmişdir.

Ekspedisiya zamanı onlar Viktoriya Torpağını tətqiq etmiş və ərazinin ada olmasını zənn etmişdir. O, materikə ayaq basmamışdır.

Antarktidadan qayıtdıqdan sonra ona Zadəgan və Ser titulu verilmişdir. Fransada isə ola Fəxri Legion ordeni təqdim olunmuşdur. 1847-ci ildə öz araşdırmaları ilə bağlı olan "A Voyage of Discovery and Research to Southern and Antarctic Regions" kitabını yazmışdır.

1848–1849 illərdə "Enterprayz" gəmisi ilə Con Franklinin aptarışları ilə bağlı uğursuz ekspedisiyaya başçılıq etmişdir.

Rütbələri

  • Keytenant (26.12.1822)
  • Kommander (8.11.1827)
  • Kapitan (28.10.1834)
  • Kontr-admiral (01.12.1856)

Rossun şərəfinə adlandırılan obyektlər

Onun şərəfinə Antarktidada Ross dənizi, Ross şelf buzlağı, Ross adasıCeyms Ross adası adlandırılmışdır. Antarktidada yayılmış bir suiti növü onun şərəfinə adlandırılmışdır (adi ross suitisi). Üstəlik Ayda olan kraterlərdən biri, Kergelen adasında Mont-Ross dağı, Kaliforniyada şəhərin adı onun şərəfinə verilmişdır.

1972-ci ildə buraxılan Britaniya poçt markasında təsvir edilmişdir.

İstinadlar

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Sir James Clark Ross // Encyclopædia Britannica (ing.).
  3. Lord Byron and his Times (ing.).
  4. Bossi, Maurizio; Vieusseux, G.P. Notizie di viaggi lontani : l'esplorazione extraeuropea nei periodici del primo Ottocento, 1815–1845. Naples: Guida. 1984. ISBN 88-7042-399-9.
  5. Woodman, David C. Unravelling the Franklin disaster : Inuit testimony. McGill-Queen's University Press. 1991. 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.