Ceyms Kemeron

Ceyms Kemeron (d. 16 avqust, 1954, Kapuskasinq, Ontario) — Kanadalı kinorejissor, ssenarist, dərin-dəniz kəşfiyyatçısı, vizual rəssam və redaktordur. Çəkdiyi filmlərin arasında bunlar ən uğurlularıdır: Piranya II: Kürütökmə (1981), Terminator (1984), Yadlar (1986), Uçurum (1989), Terminator 2: Axirət günü (1991), Düzgün yalan (1994), Titanik (1997), Qaranlıq mələyi (2000–02) və Avatar (2009). Kinematoqrafiya tarixində ən gəlirli iki filmin (Titanik, Avatar) rejissorudur. Titanik 11, Avatar isə 3 "Oskar"a layiq görülüblər. 26 mart 2012 tarixində Kemeron Marian çökəkliyinə enmişdi, hansı ki, dünyanın ən dərin nöqtəsi sayılır.[2][3][4]

Ceyms Kemeron
ing. James Cameron
Doğum adı James Francis Cameron
Doğum tarixi
Doğum yeri Kapuskasinq, Ontario, Kanada Kanada
Vətəndaşlığı Kanada
Həyat yoldaşı
Uşaqları Ceyms Kemeron, Devi Kemeron
Atası Filip Kemeron
Anası Şirli Kemeron
Fəaliyyəti rejissor, prodüser, redaktor, ssenari müəllifi
Fəaliyyət illəri 1978–bu günə kimi
Təhsili
  • Kaliforniya Dövlət Universiteti, Fallerton[d]
Mükafatları "Kanada" ordeninin üzvü
Ən yaxşı rejissor işinə görə "Oskar" mükafatı Ən yaxşı filmə görə "Oskar" mükafatı Golden Globe Award for Best Director Golden Globe Award for Best Director
IMDb ID0000116
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası

Kameronun çəkdiyi filmlərdən səkkizi dünya prakatında 5,5 milyard dollardan çox gəlir gətirib.

Onun atası mühəndis, anası isə rəssam olub. Bəlkə də, ona görə hər iki xüsusiyyəti özündə cəmləyib. Ailədə 5 uşaqdan ən böyüyü olub. Cameron Amerika montajçılar cəmiyyətinin üzvüdür. 

Lightstorm Entertainment prodüser şirkəti ona məxsusdur. Bu şirkəti Larri Kasanoffla birlikdə 1990-cı ildə açmışlar. Şirkət Terminator 2: Axirət günü, Titanik , Avatar kimi filmlərə prodüserlik edib.

Cameronun dediyinə görə ona işlərində yaxşı mənada təsir edənStanley Kubrick olub. 

Ceyms Kemeron ateistdir. Ondan soruşanda ki, dünyadan köçmüş insanlardan kimlə görüşmək istərdiniz? Cavabı belə verir: "İsa peyğəmbərlə. Ondan soruşmaq istəyirəm ki, bütün bu işləri necə edib. Bu ideologiyanı bu qədər insanın beyninə necə yeridib." 

İlk dəfə tarixdə James Cameron xüsusi effektlər üçün "morphing" adlanan kopyuter proqramından istifadə edib. Əsasən də Terminator 2: Axirət günü filmində "morphing" özünü daha çox göstərib. Robert Patrick  bu proqramın köməyi ilə öz formasını dəyişirdi. 

Filmoqrafiya

İlFilmin orijinal adıFilmin Azərbaycan dilində adıVəzifəsi
1981Galaxy of TerrorQalaktik terrorikinci dərəcəli rejissor
1981Piranha II: The SpawningPirana 2rejissor, ssenari həmmüəllifi
1984The TerminatorTerminatorrejissor, ssenari həmmüəllifi
1985Rambo: First Blood Part IIRembo: Birinci qan. II hissəssenari həmmüəllifi
1985Rambo: First Blood Part IIRembo: Birinci qan. II hissəssenari həmmüəllifi
1986AliensYadlarssenari müəllifi, rejissor
1989AbyssUçurumrejissor, ssenari həmmüəllifi
1991Terminator 2: Judgment DayTerminator 2: Axirət günüprodüser, rejissor, ssenari həmmüəllifi
1991Point BreakQırılma nöqtəsiicraçı prodüser
1994True LiesHəqiqi yalanrejissor, ssenari həmmüəllifi, prodüser
1995Strange DaysQəribə günlərsüjet müəllifi, ssenari həmmüəllifi, prodüser
1997TitanicTitanikrejissor, ssenari müəllifi, prodüser
2002SolarisSolarisprodüser
2009AvatarAvatarrejissor, ssenari müəllifi, prodüser
2011SanctumSanktumicraçı prodüser
2012Cirque du Soleil: Worlds AwaySoleil Sirki: Serhli dünyaicraçı prodüser
2019Alita: Battle AngelAlita: döyüş mələyissenari həmmüəllifi, prodüser
2019Terminator: Dark FateTerminator: Qara talelərsüjet həmmüəllifi, prodüser

İstinadlar

  1. http://www.filmreference.com/film/71/James-Cameron.html.
  2. Than, Ker. "James Cameron Completes Record-Breaking Mariana Trench Dive". National Geographic Society. 25 March 2012. 16 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 March 2012.
  3. Broad, William J. "Filmmaker in Submarine Voyages to Bottom of Sea". New York Times. 25 March 2012. 29 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 March 2012.
  4. AP Staff. "James Cameron has reached deepest spot on Earth". MSNBC. 25 March 2012. 19 October 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 March 2012.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.