Ceyms Din

Ceyms Bayron Din (ing. James Byron Dean; 8 fevral 1931–30 sentyabr 1955) — ABŞ-lı kino aktyor. Qısa həyatına baxmayaraq "Səbəbsiz üsyankar" və "Cənnətin şərqi" kimi film klassiklərində rol almış və vaxtsız ölümündən sonra əfsanələşmişdir. "Empire" jurnalı 1955-ci ildə onu kino tarixinin ən cazibədar 100 kino ulduzu arasında 6-cı yerə layiq görmüşdür. İlk baş rolu ilə Oskara namizəd göstərilmiş az sayda aktyordan biridir.

Ceyms Din
ing. James Dean
Doğum adı James Byron Dean
Doğum tarixi
Doğum yeri Marion, Indiana, ABŞ
Vəfat tarixi (24 yaşında)
Vəfat yeri Çolame, Kaliforniya, ABŞ
Vəfat səbəbi avtomobil qəzası[d]
Vətəndaşlığı
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1951—1955
Təhsili
Boyu 171 sm
IMDb ID0000015
İmzanın şəkli
jamesdean.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatının ilk illəri

Ceyms Din İndiana ştatında anadan olmuşdur. Qısa bir müddət sonra ailəsi Santa Monikaya köçdü. Bundan 6 il sonra Ceyms 5 yaşındaykən atası stomatoloq olmaq məqsədi ilə evi tərk etdi. 1940-cı ilə, anasını xərçəngdən itirənə qədər Brenivud dövlət məktəbində oxumuşdu. Doqquz yaşında olarkən atası Ceymsi əmisi Markus ilə xalası Ortensenin yanına İndianaya göndərdi. Orta məktəbdə oxuyarkən basketbol komandasına qatıldı.

1949-cu ildə Feyrmaunt orta məktəbindən məzun oldu. Kaliforniyaya gedərək atası və ögey anası ilə birlikdə yaşamağa başladı. Santa Monika Kollecinə qəbul olduqdan sonra Kaliforniya Universitetinə keçid edərək burada dram oxudu. Ceyms Uaytmorun dram atelyelərinə qatıldıqdan sonra bəzi seriallardateatr tamaşalarında kiçik rollarda yer almağa başladı.

Yaradıcılığı

1951-ci ildə Uaytmorun məsləhətinə qulaq asaraq daha ciddi rollar üçün Nyu-Yorka getdi. Brodveydə "See The Jaguar" adlı tamaşada rol almazdan əvvəl bir çox kiçik rollarda oynamışdı. 1952-ci ildə "Actors Studio"ya qatıldı. Burada dünyaca məşhur Marlon Brando, Culi Harris, Mildred Dannok kimi aktyorlarla bir arada olmaq fürsəti qazandı. "The Philco Television Playhouse", "Robert Montgomery Presents" və "Armstrong Circle Theatre" də olmaqla bir çox televiziya proqramında iştirak etmişdi.

"Actors Studio"dakı işləri davam etdiyi bir dövrdə kariyerasında böyük bir sıçrayışa səbəb olan İmmoralist (1954) adlı Brodvey tamaşasında rol aldı. Bu tamaşa ilə "Ən yaxşı yeni aktyor" nominasiyasında "Bloom" mükafatını qazanmışdır. "Warner Brothers" studiyası tərəfindən istedadı kəşf edildi və Con Steynbekin romanın motivləri əsasında ekranlaşdırılımış "Cənnətin şərqi" (East of Eden) (1955) adlı filmdə oynadı. Filmin çəkilişlərində tanış olduğu Anna Mariya Pyeranceli ilə sevgi münasibətləri yaşamışdı. Evlilik xəyalları quran cütlüyün ayrılmasına Ancelinin anası səbəb oldu. Ceyms katolik olmadığına görə anası onların əlaqəsinə icazə vermədi. Daha sonra Liz Şeridan ilə nişanlanan Din xoşbəxt sevgi münasibəti yaşaya bilmədi. Bundan sonra Nyu-Yorka dönərək "Lux Video Theatre" və "Schlitz Playhouse of Stars" adlı televiziya seriallarında yer aldı. Ceymsin, həmçinin isveçli aktrisa Ursula Andres ilə də romantik münasibətləri olmuşdur.

1955-ci ildə çəkilən "Səbəbsiz üsyankar" (Rebel Without a Cause) adlı film karyerasının ən əhəmiyyətli filmlərindən biri olmuşdur. Nikolas Reyin rejissorluğunu etdiyi filmdə, baş rolu Natali Vud ilə paylaşdı. Canlandırdığı Cim Stark xarakteri ilə gənclərin idealına çevrildi. Dövrün üsyankar gənci imicinin formalaşmasında böyük rol oynamışdı.

Az sonra 1956-cı ildə "Nəhəng" (The Giant) adlı filmdə rol aldı. Elizabet Teylor və Rok Hadson ilə birlikdə oynadığı filmdə "Ən yaxşı kişi aktyor" nominasiyasında, ölümündən sonra Oskara namizəd göstərilən ilk aktyordur.

Ölümü

1954-cü ildən etibarən Ceyms avtomobil yarışları ilə maraqlanmağa başladı. 1955-ci ildə "Nəhəng" filminin çəkilişləri zamanı Din gümüşü rəngdə Porşe 550 Spyayder adlı maşın aldı. Aktyor bu maşınla Kaliforniyada keçiriləcək maşın yarışlarında iştirak etməyi planlaşdırırdı. Din maşınını dəlicəsinə sevirdi və ona "Balaca əclaf" adı qoymuşdu. Ceyms 30 sentyabr 1955-ci ildə Kaliforniyada Porşe ilə etdiyi qəza nəticəsində vəfat etmişdir. Avtomobil qəzasının baş verdiyi yerin adı Ceymsin xatirəsinə "James Dean Memorial Junction" olaraq dəyişdirilmişdir.

Hələ karyerasının başlanğıcında olmasına baxmayaraq, bir əfsanəyə çevrilmiş və bir çox sənətçiyə ilham qaynağı olmuşdur. Ron Martinettinin yazdığı "The James Dean’s Story" (Ceyms Dinin hekayəsi) adlı kitabda biseksual olduğu iddiaları böyük əks-səda doğurmuşdu. Lou Rid, Hilari Daff, Lady Gaga və Fil Ouks, Teylor Svift, Lana Del Rey, Adam Lambert, Halsey, Eagles kimi müğənnilər onun xatirəsinə mahnılar yazmışdırlar.

Filmoqrafiya

Filmlər
İl Filmin adı Oynadığı rol Filmin direktoru Əlavə qeydlər
1951 Süngünü Taxın! Doggie Samuel Fuller Yaradılmayıb
1952 Dənizçi ehtiyatlı ol! Boks Müəllimi Hal Uolker Yaradılmayıb
1952 Hədd – U.S.A. Copyboy Riçard Bruks Yaradılmayıb
1952 Mənim qızımı görən olmayıb? Youth at Soda Mountain Douglas Sirk Yaradılmayıb
1953 Yol boyu çətinlik Futbol seyircisi Maykl Kurtiz Yaradılmayıb
1955 Cənnətin Şərqi Cal Trask Elia Kazan Ən yaxşı dram aktyoru, Qızıl kürə

Ən yaxşı xarici aktyor mükafatı

1955 Səbəbsiz Üsyankar Cim Stark Nikolas Rey Namizədliyi irəli sürüldü– Ən yaxşı xarici aktyor, BAFTA mükafatı
1956 Nəhəng Jet Rink Corc Stivens Namizədliyi irəli sürüldü– Ən yaxşı kişi aktyoru, Akademiya mükafatı

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.