Ceyms Bruks (rəssam)
Ceyms Bruks (ing. James Brooks) — ABŞ muralisti, abstrakt rəssamı və Loqan İncəsənət Medalı qalibi.
Ceyms Bruks | |
---|---|
James Brooks | |
| |
Doğum tarixi | |
Doğum yeri | Sent-Luis, Missuri, ABŞ |
Vəfat tarixi | (85 yaşında) |
Vəfat yeri | Brukheyven, , ABŞ |
Dəfn yeri | |
Milliyyəti | amerikalı |
Vətəndaşlığı | ABŞ |
Fəaliyyəti | rəssam, rəssam-qravüraçı[d], müəllim |
Təhsili | |
Stil | Muralizm |
Üzvlüyü |
|
Həyatı və karyerası
Bruks Lonq-Aylenddə Cekson Pollok və Krasner Linin dostu olmuşdur. 1947-ci ildə Bruks rəssam Şarlotta Park ilə evlənmişdir. Abstrakt ekspressionizm cərəyanının ilk nəslinə mənsub olan Ceyms Bruks "ləkələmə"dən əhəmiyyətli texnika kimi istifadə etmişdir. İncəsənət tənqidçisi Karter Ratklifə görə "Onun sənətinə yanaşması həmişə füsunkar "təsadüf"lər yaratmaqdan ibarət idi.[2] 1940-cı illərin axırlarından etibarən o əsərlərində yağlı boyaya daha az üstünlük verməyə başlamışdır, çünki kətan üzərində işləmək istəmişdir. Bu əsərləri kalliqrafiya ilə abstraktın birləşmiş ümumi şəklidir.
Bruksun abstrakt ekspressionizm cərəyanına aid əsərləri ilk dəfə 1941-ci ildə Nyu Yorkdakı Peridot qalereyasında sərgilənmişdir. Kurto İncəsənət İnstitutunda (London), Dallas İncəsənət Muzeyində (Dallas, Texas), Müasir İncəsənət Muzeyində (Nyu York), Harvard İncəsənət Muzeylərində, Vitni Amerikan İncəsənəti Muzeyində (Nyu York), Honolulu İncəsənət Muzeyində, İndiapolis İncəsənət Muzeyində (İndiapolis, İndiana), Şeldon İncəsənət Qalereyasında (Vaşinqton), Teyt Qalereyasında (London), Ualker İncəsənət Mərkəzində (Minneapolis, Minnesota) əsərləri hələ də sərgilənir. Bundan əlavə əsərləri Anita Şapolski Qalereyasında, Peridot Qalereyasında, Uaşbern Qalereyasında (hamısı Nyu York şəhərində yerləşir) nümayiş etdirilir.[3][4][5]
Təhsili
- 1923–1926: Cənubi Metodit Universiteti; Dallas İncəsənət İnstitutu (Marta Simkinslə birlikdə).
- 1927–1930: Nyu York tələbə rəssamlar liqası, Nyu York (Kimon Nikolayds və Bordman Robinsonla birlikdə).
Bruks vizual rəssam kimi də fəaliyyət göstərmişdir.
Federal İncəsənət Layihəsində iştirakı
1936-1942-ci illərdə Ceyms Bruks Federal İncəsənət Layihəsində iştirak etmiş və bu strukturlar üçün divar əsərləri hazırlamışdır: Kvins İctimai Kitabxanası (uçurulduqdan sonra, Nyu York), Terminal A, La Quardiya Hava Limanı, Flight (1980-ci ildə bərpa olunub, Nyu York) və poçt ofisi (Litl-Folls, Nyu York).
Dərs verdiyi yerlər
- 1947–1948: Kolumbiya Universiteti, Nyu York
- 1948–1955: Pratt İnstitutu
- 1955–1960: Yel Universiteti, Nyu-Heyven, Konnektikut
- 1963: Amerikan Kolleci, Roma, İtaliya
- 1965–1967: Yeni Kollec, Sarasota, Florida
- 1966: Mayami Çimərlik İncəsənət Mərkəzi, Mayami-Biç, Florida
- 1966–1969: Kvins Kolleci, Nyu York
- 1971–1972: Pensilvaniya Universiteti
- 1975: Kuper İttifaqı, Nyu York
İstinadlar
- http://www.nytimes.com/1992/03/12/arts/james-brooks-an-artist-is-dead-abstract-expressionist-was-85.html.
- Art International, February 1973. pp 38–39
- "The Location of the Second Generation". New York Sun. 2015-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-06.
- James Brooks. 2016-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-06.
- Midcentury Modern Art in Texas. 2016-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-06.
Ədəbiyyat
- "James Brooks (1906–1992): Mounted Policeman (New York Policeman)". Mark Borghi Fine Art Inc. April 4, 2005 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 8, 2005.
- Sandler, Irving H. "James Brooks and the abstract inscape", ARTnews (New York: Art Foundation, 1963) OCLC: 54034429
Xarici keçidlər
- Qrinberq Van Doren Qalereyası Arxivləşdirilib 2012-08-18 at the Wayback Machine
- James Brooks Abstract Expressionsim-New York School 1950s — YouTube
- James Brooks: My whole tendency has been away from the fast moving line either violent or lyrical. —MOMA, Ann Tenpkin curator, AUDIO James Brooks. Qualm. 1954
- Brooklyn Rail, "Unlikely Friends: James Brooks & Dan Flavin."