Ceylanyar xanım
Ceylanyar xanım (1830, Soçi – 17 yanvar 1855, Feriye sarayı, Osmanlı imperiyası və ya Konstantinopol, Osmanlı imperiyası) — 31-ci Osmanlı sultanı Sultan Əbdülməcidin xanımlarından biri, iqbal.[1][2][3][4]
Ceylanyar xanım | |
---|---|
Osmanlı türkcəsi: جیلان یار خانم | |
Şəxsi məlumatlar | |
Doğum adı | Nefiye Berzeg |
Doğum tarixi | 1830 |
Doğum yeri | |
Vəfat tarixi | 17 yanvar 1855 |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Bərzəx Mustafa bəy |
Anası | Daruxan Dudaruk |
Həyat yoldaşı | |
Uşağı | Mehmed Rüşdü Əfəndi |
Həyatı
Əslən ubıx olan Ceylanyar xanım 1830-cu ildə indiki Soçidə dünyaya gəldi. Əsl adı Nafiyə olub, atası Bərzəx Mustafa bəy, anası isə Daruxan Dudarukdur. Hələ 10 yaşında ikən ailəsi tərəfindən İstanbula gətirilmiş, təlim-tərbiyə görməsi üçün Osmanlı hərəminə verilmişdir. Uzun illər keçmiş Çırağan sarayındakı hərəmdə, ardından Adilə Sultanın sarayında təlim-tərbiyə edildi. Adilə Sultan tərəfindən Sultan Əbdülməcidə təqdim olunmuş, ardından 1847-ci ildə nigahlanaraq Sultan Əbdülməcidin ikinci iqbalı oldu. Adı Ceylanyar olaraq dəyişdirildi və mərasim səbəbilə ailəsi İstanbula gətirildi. Bacıları Almazxan xanım və Pürtünak xanım saraya alınaraq Ceylanyar xanıma nədimə təyin edildi, qardaşına isə Bandırma yaxınlığında geniş torpaq mülkləri hədiyyə edildi.
Yeganə övladı olan Şahzadə Mehmed Rüşdü Əfəndi 31 mart 1852-ci ildə dünyaya gəlsə də, 9 ay sonra körpə ikən vəfat etdi. Övladının vəfatından sonra səhhəti pisləşən Ceylanyar xanım Fəriyə sarayına göndərildi və müalicə səbəbilə bir müddət burada yaşadı. Ancaq səhhəti daha da pisləşən Ceylanyar xanım 17 yanvar 1855-ci ildə burada vəfat etdi. Cənazəsi Fatehdəki Gülüstü Qadınəfəndi türbəsinə dəfn olundu.[5]
Övladları
- Şahzadə Mehmed Rüşdü Əfəndi (d. 31 mart 1852, Çırağan sarayı, İstanbul - ö. 5 dekabr 1852, Çırağan sarayı, İstanbul)[6] — Sultan Əbdülhəmid türbəsinə dəfn edilmişdir.
Mənbə
- Sakaoğlu, Necdet (2008). Bu Mülkün Kadın Sultanları: Vâlide Sultanlar, Hâtunlar, Hasekiler, Kandınefendiler, Sultanefendiler. Oğlak Yayıncılık. ISBN 978-6-051-71079-2
- Adra, Jamil (2005). Genealogy of the Imperial Ottoman Family 2005. p. 3
İstinadlar
- Uluçay, M. Çağatay (2011). Padişahların kadınları ve kızları. Ötüken. ISBN 978-9-754-37840-5
- Peirce, Leslie (1993). The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire. Oxford University Press. p. 108. ISBN 0-19-508677-5
- Açba, Harun. Kadın efendiler: 1839–1924 Arxivləşdirilib 2021-08-24 at the Wayback Machine. — Profil, 2007. — С. 212. — 221 p. — ISBN 978-9-759-96109-1
- Burak, Ertuğrul (November 8, 2011). Cariyeler Saltanatı. artcivic. ISBN 978-6-054-33716-3
- Hıfzı Topuz (2009). Abdülmecit: İmparatorluk Çökerken Sarayda 22 Yıl: Roman. Remzi Kitabevi. p. 145. ISBN 978-975-14-1357-4
- Adra, Jamil (2005). Genealogy of the Imperial Ottoman Family 2005