Ceyhun Orucov

Ceyhun Namaz oğlu Orucov (17 dekabr 1996, Nağaraxana, Şamaxı rayonu30 oktyabr 2020, Füzuli rayonu) – Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Ceyhun Orucov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Nağaraxana, Şamaxı rayonu, Azərbaycan
Vəfat tarixi (23 yaşında)
Vəfat yeri Füzuli rayonu, Azərbaycan
Dəfn yeri Şamaxı Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2015-2016; 2018-2020
Rütbəsi Gizir
Döyüşlər İkinci Qarabağ müharibəsi
  Füzulinin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı  — 2020 "Füzulinin azad olunmasına görə" medalı  — 2020 "Hərbi xidmətlərə görə" medalı

Həyatı

Ceyhun Orucov 1996-cı il dekabrın 17-də Şamaxı rayonunun Nağaraxana kəndində anadan olub.

2003-2014-cü illərdə A.S.Qəhrəmanov adına Nağaraxana kənd tam orta məktəbində təhsil alıb.

Subay idi.

Hərbi xidməti

Ceyhun Orucov 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Ceyhun Orucov gizirlik kurslarından keçərək "gizir" hərbi rütbəsinə yiyələnib.

2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində "gizir" hərbi rütbəsində xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Ceyhun Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Ceyhun Orucov oktyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Orucov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Təltifləri

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.