Ceyhun Həsənov (general-leytenant)

Ceyhun Əkbər oğlu Həsənov (5 dekabr 1962, Salyan rayonu) — Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini və Penitensiar xidmətin rəisi (2016-2023), ədliyyə general-leytenantı.

Ceyhun Həsənov
10 iyun 2016 10 iyul 2023
ƏvvəlkiMədət Quliyev
SonrakıMirsaleh Seyidov
bayraq
Azərbaycan Respublikasının
Daxili İşlər Naziriliyi
Nəqliyyatda Baş Polis İdarəsinin rəisi
bayraq2
2004 2016
SonrakıEmin Şəkinski
Şəxsi məlumatlar
Doğum tarixi 5 dekabr 1962(1962-12-05) (61 yaş)
Doğum yeri
Təhsili
Rütbəsi
Ədliyyə general-leytenantı

Həyatı

Həsənov Ceyhun Əkbər oğlu 5 dekabr 1962-ci ildə Salyan rayonunda anadan olmuşdur. 1981–1983-cü illərdə Silahlı Qüvvələrin sıralarında hərbi xidmət keçmişdir.

1994-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasını bitirmişdir. 1984–2004-cü illərdə daxili işlər orqanlarında müxtəlif məsul və rəhbər vəzifələrdə çalışmışdır.

2004–2016-cı illərdə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis idarəsinin rəisi vəzifəsində işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin 10.06.2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini — Penitensiar xidmətin rəisi vəzifəsinə təyin olunmuşdur. Ədliyyə general-leytenantıdır.

Azərbaycan Respublikası Prezidentinin 10.07.2023-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini — Penitensiar xidmətin rəisi vəzifəsindən azad olunub

Daxili işlər orqanlarında uzun illər ərzində qüsursuz xidmətinə görə Daxili İşlər naziri tərəfindən dəfələrlə müxtəlif təltiflərə layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 01.07.2009-cu il tarixli, 364 nömrəli Sərəncamı ilə Qanunçuluğun qorunmasında, cinayətkarlıqla mübarizədə igidlik və şücaət göstərdiyinə görə "İgidliyə" görə medalı ilə təltif olunmuşdur.

Ailəlidir, üç övladı var.

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.