Cergin dövlət təbiət qoruğu

Cergin dövlət təbiət qoruğu (ing. Dzherginsky Nature Reserve, rus. Джергинский заповедник) — Rusiya Federasiyasının Buryat Respublikasında Barquzin çayının yuxarı axınındadır.[1]

Cergin dövlət təbiət qoruğu
ing. Dzherginsky Nature Reserve, rus. Джергинский заповедник
Amut hövzəsində Barquzin çayı
Amut hövzəsində Barquzin çayı
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu)
Sahəsi 238,088 ha
Yaradılma tarixi 1992
Yerləşməsi
55°06′51″ şm. e. 111°27′32″ ş. u.
Ölkə  Rusiya
Yerləşməsi Buryatiya
Yaxın şəhər Ulan Ude
barguzin-istok.ru
Cergin dövlət təbiət qoruğu xəritədə
Cergin dövlət təbiət qoruğu
Cergin dövlət təbiət qoruğu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Balan-tamur gölünün aşağı hissədində Barqazun çayı

Sahəsi

Sahəsi 2378 km2 .[1]

Tarixi

1992-ci ildə yaradılmışdır.[1]

Coğrafiyası

Relyefi dağ silsilələri, dərin dərələr, yüksək dağlıq platolardan ibarətdir. Ərazisinin 75%-indən çoxu meşələrlə örtülüdür. Şaquli zonallıq səciyyəvidir. 500–1200 m yük səklikdə çöl sahələri ilə növbələşən tozağacıqaraşam meşə-çölləri üstünlük təşkil edir; şamağcaqovaq meşələrinə rast gəlinir.[1]

Flora və faunası

1300 m yüksəkliyədək, əsasən, qaraşamlıqlardan ibarət dağ-tayqa meşələri tozağacı, sidr kolları və qarışıq şam meşələri ilə əvəz olunur. 1500 m-dən yüksəkdə hols qurşağı gəlir; qırıntı daşlar, bəzi yerlərdə şibyə, dağ tundrası və s. bitkilər yayılmışdır. Qayaların dibində subalp çəmənləri və çeşmə bataqlıqları var. Heyvanlardan – sincab, ağ dovşan, kabarqa, cüyür, maral, sığır, qaban var; şimal süzəni, Asiya burunduku, samur səciyyəvidir; canavar, tülkü, vaşaq, qonur ayı, uzun quyruq və qarapapaq sünbülqırana, az sayda Şimal maralı və Sibir porsuğuna rast gəlinir. Çoxlu sayda quşlar (tetra, qarabağır, Sibir xoruzu, qırğı, bildirçin, qara çalağan və s.); subasarda yaşıl baş və bizquyruq ördək, adi güləyənquşu, cüllüt, qağayı, boz vağ; sututarlarda alabalıq, Sibir nərəsi, kütüm və s. var.[1]

İstinadlar

  1. Cergin dövlət təbiət qoruğu// Büssel – Çimli-podzol torpaqlar / baş red. M. K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 224. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.