Cercobodanidae
Cercobodanidae (lat. Cercobodanidae) — İbtidailərə daxil olan tipdir.
Tipin xarakterik əlamətləri
Bədən forması dəyişkəndir. İki qamçısı var. Biri qabağa, o biri arxaya yönəlib. Nüvəsi birdir, bədəninin ön hissəsində yerləşir. Bazal cisimlərlə nüvə arasında fibrillyar konusun olması səciyyəvidir. Sista əmələ gətirir. Çoxalması qeyri-cinsi yolla gedir. Çox vaxt şaxələnən psevdopodiyalar əmələ gətirir. Psevdopodiyaların köməyilə qidalanır. Yığılıb-açılan vakuolu bir, nadir hallarda bir neçə olur.[1]
- Azərbaycanda Cercobodo agilis Lemm., C.bodo Lemmer, C.crassicauda Lemm., C.radiatus Lemm. növləri Şirvan çölünün boz, Lənkəran təbii vilayətinin sarı, Dağlıq Qarabağın şabalıdı torpaqlarında; C. Longicauda Senn., Cercobodo sp. növləri isə Lənkəran təbii vilayətininin sarı torpaqlarında tapılmışdır.
Ədəbiyyat
- Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.
İstinadlar
- Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.