Cerard Batler

Cerard Batler (ing. Gerard James Butler, 13 noyabr, 1969, Qlazqo, Şotlandiya) — şotlandiyalı aktyor.

Cerard Batler
ing. Gerard James Butler
Cerar Batler (2008-ci il, Toronto Beynəlxalq Film Festivalında olarkən)
Cerar Batler (2008-ci il, Toronto Beynəlxalq Film Festivalında olarkən)
Doğum adı Gerard James Butler
Doğum tarixi
Doğum yeri Qlazqo, Şotlandiya
Vətəndaşlığı Böyük Britaniya Birləşmiş Krallıq
Fəaliyyəti Aktyor
Fəaliyyət illəri 1997-ci ildən indiyədək
Təhsili
Boyu 1,88 m
IMDb ID0124930
gerardbutler.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və səhnəyə gəlişi

Cerard Ceyms Batler 13 noyabr, 1969-cu ildə Şotlandiyanın Qlazqo şəhəri yaxınlığındakı Peysli şəhərciyində dünyaya gəlib. Cerard ailədəki üç uşaqdan ən kiçiyi idi. 12 yaşından Qlazqoda Şotland Gənclik Teatrının tamaşalarında iştirak edir. Ancaq o, aktyor karyerasını davam etdirmir və Qlazqo Hüquq Universitetini yüksək qiymətlərlə bitirib vəkil köməkçisi işləyir. Bir neçə ildən sonra Batler hüquqşünas karyerasını yarımçıq qoyub Londona köçür və teatr aktyoru kimi fəaliyyətə başlayır. Çoxdan pərəstiş etdiyi məşhur "İynə üstündə" tamaşasında baş rollardan birinə dəvət alır.

Çəkildiyi filmlər

Kinodebütü 1997-ci ildə, "Missis Braun" filmində baş tutur. Həmin il Bond filmləri silsiləsindən olan "Sabah heç zaman ölməyəcək" filmində epizodik rola çəkilir. Hunların tarixindən bəhs edən "Atilla" filmindəki obrazı ona məşhurluq gətirir. Bu rolda Batler ilk dəfə olaraq döyüşçü aktyor kimi özünü göstərir. "Atilla"nın uğurundan sonra Batler böyük layihələrə dəvət alır. O, "Lara Kroft" kinoseriyasının ikinci hissəsinə və "Alovun hakimiyyəti" döyüş filminə çəkilir. Ən məşhur rollarından birini 2004-cü ildə, Endryu Lloyd Vebberin eyniadlı müziklı əsasında ekranlaşdırılmış və Coel Şumaxerin çəkdiyi "Opera kabusu" filmində oynayır. Bu film onlarca mükafat alır və üç nominasiya üzrə "Oskar"a namizəd görülür. Maska altında gizlənmiş kabus rolu aktyora dünya şöhrəti gətirir. Bu filmdə vokal partiyaları Batler özü ifa edir. Növbəti bir neçə ildə Batler əvvəlki qədim döyüşçü ampluasında çıxış edir. "Beovulf və Qrendel" filmi ona elə də uğur qazandırmır. Saprta çarı Leonidi oynadığı "300 spartalı" filmi Cerarda yeni şöhrət gətirir. Aktyor xüsusi olaraq bu rol üçün kökəlmiş və ona güclü qrim edilmişdir. Cerard Batler boğulan bir oğlanı xilas etdiyinə görə, cəsarət medalı ilə təltif olunub.

Filmoqrafiya

Year Film Role Notes
1997 Mrs. Brown Archie Brown
Tomorrow Never Dies Leading Seaman Scene
1998 Tale of the Mummy Burke
Fast Food Jacko
Little White Lies Peter TV movie (UK)
The Young Person's Guide to Becoming a Rock Star Marty Claymore TV series (UK)
1999 The Cherry Orchard Yasha
Please! Peter Short film
One More Kiss Sam TV movie (UK)
Lucy Sullivan Is Getting Married Gus TV series (UK)
2000 Dracula 2000 Count Dracula/Judas Iscariot
Harrison's Flowers Chris Kumac
2001 An Unsuitable Job for a Woman Tim Bolton TV series (UK)
Attila Attila the Hun TV miniseries
Jewel of the Sahara Captain Charles Belamy Short film
The Jury Johnnie Donne TV miniseries (UK)
2002 Shooters Jackie Junior
Reign of Fire Creedy
2003 Lara Croft Tomb Raider: The Cradle of Life Terry Sheridan
Timeline André Marek
2004 Opera Kabusu Erik (The Phantom)
2005 Trailer for a Remake of Gore Vidal's Caligula Prefect Cassius Chaerea Short film
Dear Frankie The Stranger
Beowulf & Grendel Beowulf
The Game of Their Lives Frank Borghi
Shadow Company James Ashcroft (voice)
2007 300 King Leonidas
Butterfly on a Wheel Neil Randall
P.S. I Love You Gerry Kennedy
2008 Nim's Island Jack Rusoe and Alex Rover
RocknRolla One Two
2009 Tales of the Black Freighter The Captain (voice)
The Ugly Truth Mike Chadway
Gamer Kable
Law Abiding Citizen Clyde Shelton
2010 How to Train Your Dragon Stoick the Vast (voice)
The Bounty Hunter Milo Boyd
2011 Coriolanus Tullus Aufidius post production
Machine Gun Preacher Sam Childers Biopic. Filming.[1]
2012 Superman Reboot Zod post production

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.