Gürcü güləvəri

Gürcü güləvəri (lat. Centaurea iberica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü.

Gürcü güləvəri
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Eudicots
Klad:
Core eudicots
Klad:
Superasterids
Klad:
Campanulids
Yarımfəsilə:
Triba:
Cardueae
Yarımtriba:
Centaureinae
Növ:
Gürcü güləvəri
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  36961
NCBI  363431
EOL  467783

Sinonimləri

  • Calcitrapa iberica (Trevir. ex Spreng.) Schur
  • Calcitrapa iberica Spreng.
  • Centaurea aegyptiaca Sm.
    • Centaurea iberica var. iberica
    • Centaurea iberica subsp. iberica
  • Centaurea macracantha Heldr. ex Boiss.
  • Centaurea noeana Boiss.
    • Centaurea pallescens var. iberica (Trevir. ex Spreng.) Gugler & Thell. [2]

Qısa morfoloji təsviri

Çoxillik, bozumtul-yaşıl qısa tüklüdür. Gövdəsi düz, dağınıq budaqlı, (25) 50- 70 (100) sm hündürlükdədir. Kökətrafı yarpaqları saplaqlı, lirəşəkilli lələkvari yarılmışdır. Seqmentləri lansetvari və ya xəttidir, sivri uclu, sivri uclu-dişli və ya eləcədə lələkvari bölünmüşdür, orta yarpaqları oturaqdır, dərin lələkvari bölünmüş və ya lələkvari yarılmışdır, az sayda xətti və ya lansetvari, xırda sivri ucludişli və ya tam kənarlı seqmentlərlə yuxarı yarpaqları tam (bütöv) kənarlıdır. Səbətləri çoxsaylı, tək yumurtavari, 8-12 mm enindədir. Sarğı yarpaqları solğun, dərivari, çılpaq, kənarları ensiz, ağ kirəmidvari xarici və orta enli oval və ya yumurtavari-oval təpə hissədə möhkəm əyilmiş tikanlı 5-25 sm uzunluqdadır, qaidədə genişlənmiş 1-3 sayda qısa nazik tikanlı, daxili yarpaqcıqlar uzunsov-xətti, dairəvi, qəhvəyi zarlı əlavə ilə. Çiçəkləri çəhrayı, yan çiçəkləri böyüməmiş olur. Toxumcaları 3-4 mm uzunluqda, uzunsov, açıq rəngli; kəkili ağ, toxumcadan 2 dəfə qısadır.

Botaniki xarakteristikası

Hündürlüyü (25) 50-70 (100) sm, gövdəsi düz, aralanmış-budaqlanan, bozumtul-yaşıl qısa tüklü olan çoxillik bitkidir. Kökətrafı yarpaqları saplaqlıdır, bir qədər liraşəkilli-lələkvari kəsilmiş, seqmentləri neştərvari və ya xətvari, sivri uclu, dişləri sivri uclu və yaxud həmçinin lələkvari bölünmüşdür; orta yarpaqları oturaqdır, dərin lələkvari bölünmüş və ya lələkvari kəsilmiş bir neçə xətvari və ya neştərvari, dişləri xırda sivri uclu və ya tamkənarlı seqmentlərlədir, yuxarı yarpaqları bütövdür. Səbətləri çoxsaylı, tək, yumurtaşəkillidir, eni 8-12 mm, qısa saplaq üzərindədir, demək olar ki, yuxarı yarpaqlarla bürünmüşdür. Qın yarpaqları tutqun, qalın dərili, çılpaqdır, kənarları ensiz ağ pərdəciklidir. Çiçəkləri çəhrayı rəngdədir, kənardakılar artmayandır. Toxumlarının uzunluğu 3-4 mm olub, uzunsov, parlaq, hamar, çox vaxt tünd cizgilidir; kəkili ağ rəngli, toxumcadan iki dəfə qısadır. İyun-avqust aylarında çiçəkləyir, avqust-sentyabr aylarında meyvə verir.

Azərbaycanda yayılması

Azərbaycanın bütün rayonlarında. Ovalıqdan orta dağ qurşağına qədər. Böyük Qafqazın qərbi və şərqi, Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqlarının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Alaq kimi əkin, tarla, bostan və kolluqlarda, çay boyunca yollarda, zibilli yerlərdə bitir.

Yaşayış mühiti

Əkin sahələrində, zəmilərdə, bostanlarda, həmçinin kolluqlarda alaq kimi, çay yataqlarında, yol kənarında, zibilli yerlərdə rast gəlinir.

İstinadlar

  1. The Plant List (ing.). 2010.
  2. Gürcü güləvəri:''The Plant List saytında takson barədə məlumat. (ing.)

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.