Cenndi Tartakovski

Cenndi Tartakovski (d. 17 yanvar 1970), ABŞ animatoru, cizgi filmi ssenaristirejissorudur.

Cenndi Tartakovski
rus. Геннадий Тартаковский
Doğum tarixi
Doğum yeri Moskva, SSRI
Uşağı 3
Fəaliyyəti kinorejissor, animasiyaçı, televiziya prodüseri[d], səsləndirmə aktyoru[d], ssenarist, komiks rəssamı, film prodüseri, rejissor
Fəaliyyət illəri 1991-
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tartakovski, Rusiyada yaşayan yəhudi ailənin uşağıdır. 7 yaşında olarkən ABŞ-yə köçmüşdülər. Liseyi Çikaqo-da oxumuşdur və sonra Kaliforniyaya gedərək orada Kaliforniya Sənət İnstitutu-nu bitirmişdir. Craig McCrackenRob Renzetti ilə məktəbdən dostdular. Daha sonra Cartoon Network Amerikada yayımlanan "What A Cartoon" adlı şouda''Deksterın Laboratoriyası''nın təməllərini atdı və iki il sonra 1996-da "Deksterin Laboratoriyası" Cartoon Network-da yayımlandı. Daha sonra 2001-ci ildə "Samuray Cek" adlı cizgi filmi yaratdı və son olaraq da 2003-cü ildə "Ulduz Müharibələri:Klon Müharibələri''-nin ilk seriyasını yaradanlardandır. 2005-ci ildə bu cizgi filminin bitməsindən sonra Rusiyaya geri dönmüşdür. Tartakovski Craig McCrackennin ''Powerpuff Girls'' cizgi filminin bəzi bölümlərində rejissorluq etmişdir. "Samuray Cek" və "Deksterin Laboratoriyası" cizgi filminə görə Emmy mükafatı qazanmışdır. Evlidir. Arvadı Daun Deviddir.

Filmləri

  • The Power of the Dark Cyrstal (2011) İşi: Rejissor
  • Dəmir adam 2 (2010) İşi: Eskiz sənətçisi
  • Powerpuff girls movie (2002) Işi: Animasiya rejissoru
  • The Freaky Family

Cizgi filmləri

  • Transilvaniya Oteli (2012-) : Rejissor
  • Sym-Bionic Titan (2010) : Rejissor
  • Ulduz Müharibələri: Klon Müharibələri (2003-2005) Rejissor, Ssenarist
  • Samuray Cek (2001-2004) Prodüser, Yaradıcı, Rejissor
  • İnək və Toyuq (1998-1999)
  • Powerpuff girls (1998-2001) Prodüser, Rejissor
  • Deksterin Laboratoriyası (1996-1998) və (2001-2003) Prodüser, Yaradıcı, Rejissor
  • Kritik (1994-1995)
  • Iki Axmaq it (1993-1994)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.