Ceki Çan
Ceki Çan (əsl adı "Chan Kong Sang 陳港生" və ya "Jackie Chan Sing Lung", 7 aprel 1954[1][2][…], Viktoriya zirvəsi[d], Britaniya Honkonqu[d][3]) – Çin və Hollivud aktyoru, döyüş ustası, kunq-fu ustası, rejissor, müğənni, döyüş sənətlərinin və dava-dalaş filmlərinin ulduzu.[4]
Ceki Çan | |
---|---|
ing. Jackie Chan çin. 成龍 çin. 陳元龍 çin. 房仕龍 yue. 成龍 | |
Doğum adı |
陳港生 陳港生 |
Doğum tarixi | 7 aprel 1954[1][2][…] (69 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | kinorejissor, komediyaçı, film prodüseri, müğənni, ssenarist, kaskadyor, kino aktyoru, xoreoqraf, cüdoçu, taekvondoçu, prodüser, rejissor |
Fəaliyyət illəri | 1962-ci ildən |
Boyu | 1,74 m |
Mükafatları | |
IMDb | ID0000329 |
jackiechan.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Ceki Çan kasıb honqkonqlu ailəsində dünyaya göz açmışdır. Hətta onlar o, qədər kasıb idilər ki, öz övladlarının doğumunu yerinə yetirən həkimlərə belə xərclərini ödəyə bilmirdilər. Ancaq sonradan ailə Avstraliyada yerləşən Amerikanın səfirliyində işləmək üçün iş tapdılar və Cekinin erkən uşaqlıq illəri bu materikdə keçdi. Lakin 6 yaşı tamam olduqdan sonra onu geriyə Honkonqa göndərdilər. Həmin illərdə Ceki Çinə gedərək Pekin Opera Akademiyasında təhsil almağa başladı. Burada o, döyüş sənətinə, aktyorluğa, ustalığa, rəqsin müxtəlif incəliklərinə, oxumaq sənətinə və akrobatikaya yiyələnməyi bacardı. Düzdür bunların hamısını tam bilməsə də, əsas odur ki, hər sahədən bir az da olsa məlumat yığmağı bacarmışdı. Bu təhsil ocağında Ceki digər oğlan uşaqları ilə birlikdə oxuyurdu. Həmçinin bu təhsil mərkəzində Ceki dissiplin, durmadan idman qaydalarını öyrənmək kimi müxtəlif yönlərini də inkişaf etdirdi. Demək olar ki, hər bir oğlan uşağı günün yarısından çoxunu idmanla və müxtəlif məşq növləri ilə vaxtlarını keçirirdilər, hətta hər gün saat günorta 5-dən tam gecə düşənə kimi məşq etmək məcburi idi. Əgər kimlərsə öz dərslərindən və verilən tapşırıqlardan geri qalırdısa, bu zaman həmin şəxs sərt şəkildə cəzalandırılır, bəzən isə cismani təzyiqə məruz qalırdı. Bütün bu struktur buradakı gənclərin cəsur, güclü ruha malik olması və durmadan özünü birinci görmək istəyən insanlara çevirirdi.
Film karyerası
Belə məşqlərin daim edilməsi, məktəbi bitirən vaxt Ceki kimi gənclərin tez iş tapması ilə nəticələnirdi. Beləliklə, Ceki tezliklə bir çox kiçik filmlərdə dublyor kimi fəaliyyət göstərməyə başladı. Çox keçmədi ki, Ceki ətrafda ən yaxşı və qorxulu işləri yerinə yetirən dublyor kimi tanındı. Artıq o, Asiyada ən hündür tullanan insan kimi də məşhur olmuşdu. Bu Asiya kinomatoqrafiyasında ilk hadisə kimi tarixə keçdi və Cekini artıq tək dublyor kimi yox, hətta bir çox kinolarda ikinci sürətlərin də ifaçısı kimi istifadə etməyə başladılar. Ceki Çanın birinci əhəmiyyətli və baş rol təklifini isə 1973-cü ildə "Kvantunqun balaca pələngi" adlı filmi üçün alır. Brüs Linin vaxtsız ölümündən sonra artıq çoxları Cekini onun əksi adlandırırdılar. Hətta rejissor Lo Vey ona "Sinq Lunq" adını da vermişdi. Bu adın mənası isə "əjdaha olmaq" kimi səslənirdi və bu ləqəblə əvvəllər Brüs Li tanınırdı.
Ceki Çanın yaratdığı komediya janrında döyüş filmləri uğur qazanmağa başladı. Xüsusilə, "Sərxoş usta" və "Qorxusuz kaftar" adlı filmlər həmin müddətdə çəkilən ilk kinolar idi. Bu filmlərlə birlikdə Ceki Çanın uğuru düşünülməz dərəcədə yüksəldi və o, Honkonqda ən bahalı aktyor adını qazanır. Bundan sonra o, özü ssenari yazmağa başladı və öz kinolarının rejissoruna çevrilərək, hətta onlara aid musiqilər də yazırdı. Ceki Çanı ABŞ–da demək olar ki, onun işlərini heç bir film işçisi tanımırdı. İngilis dilini bilməməsi isə onun öz filmlərindən normal şəkildə gəlir götürməyə belə imkan vermirdi. Bu səbəbdən Ceki Çanın ABŞ kino satışında göstərildiy filmləri uğur qazana bilmirdi.
1994-cü ildə MTV kanalı Çana kino mədəniyyətinə bəxş etdiyi həyati qiymətinə görə mükafat verdi və bundan sonra Ceki yenidən ikinci dəfə Amerikaya üz tutmağı qərarlaşdırdı. Həmin dövrdə Cekinin "New Line Cinema" və "Golden Harvest" şirkətlərinin birgə çəkdiyi "Bronksedəki mübahisə" adlı filmi rekord qazandı. Bunda sonra Cekiyə gələn təkliflər bir–birinin ardınca davam etməyə başladı və 1996-cı ildən etibarən "Miramax" adlı kino studiyası iki film çəkmək üçün Cekini dəvət etdi. "Detektiv" və "Sərxoş usta 2" onun ABŞ-də əldə etdiyi ilkin uğurlar sırasına qatıldı. 1997-ci ildə aktyor "İlk zərbə" adlı filmi ilə işə başladı. Bu kinoda Ceki Çan Honkonq polisini canlandırır və "FBI", Rusiya ilə birlikdə nüvə silahının dayandırılması uğrunda mübarizə aparır. Bundan sonra isə ekranlarda "Cənab yaxşı oğlan" adlı filmi görünməyə başladı. Ancaq ən böyük maraq oyadan, daha çox diqqət cəlb edən, pərəstişkarlar tərəfindən sevilən və tənqidçilər tərəfindən istifadə olunan kino film isə "Pik saatı" adlanırdı. Bu filmdə Ceki komediya rollarında daha çox oynayan amerikan aktyoru Kris Takerlə birlikdə oynamışdır. Hər ikisi polis obrazını canlandırır və Çindən olan Ceki ilə bu iş prosesində kolleqa olurlar.
Maliyyə cəhətdən bu filmdən heç də geridə qalmayan ikinci "Pik saatı" kinosu çəkildi. Həmin kino isə 2001-ci ildə tamaşaçıların diqqətinə buraxıldı və tam 10 həftə ümumi miqdarına görə 200 milyon dollara yaxın pulun qazanılması ilə nəticələndi. 2003-cü ildə "Yer ətrafında 80 günə səyahət" bədii filmin Berlində çəkilişləri zaman Ceki Çan demək olar ki, berlin ayılarını sevmişdir. Aktyor 100-dən çox ayı ilə fotoşəkil çəkdirmişdir[5]. Belə plakat yaradılmışdır. 2004-cü ildə Ceki Çan ayıların Honkonqa gəlməsini təşkil etmişdir[6]. Sərginin açılışında Ceki UNİCEF və uşaqlara yardım göstərən başqa iki təşkilatlar üüçün 1,5 milyon Hon Konq dolları məbləğində qəbzləri bağışlamışdır.
Şəxsi həyatı
Ceki Çan 1982-ci ildə Tayvanlı aktrisa Lin Feng-Jiao (Joan Lin) ilə evləndi. Eyni il oğlu oldu. Oğlu müğənni və aktyor Ceysi Çandır. 1990-cı ildə "Miss Asiya Gözəlik Yarışması"nın birincisi olan aktrisa Elayn Ng Lei 1999-cu ildə Ceki Çandan hamilə olduğunu açıqladı və cəmiyyət fərziyyələrindən sonra Ceki Çan ilə birgə yaşadığını eşitdirdi. Qısa müddət sonra Elaine Ng-nin 19 noyabr 1999-cu il tarixində Ng Çok Lam adında bir qız uşağı olur. Ceki Çan isə "Yalnız Dünyadakı hər adamın etdiyi bir səhv etdiyini" qəbul edərək cavab verdi. Ancaq Elaayn doğma atası olmadan qızının çarəsinə baxmağa qərar verdiyini açıqladı. Ceki Çan isə həmin qız övladı qəbul etmir.[7][8][9]
Yaradıcılıq üslubu
Çanın yaratdığı qəhrəmanlar müəyyən qədər Bryus Linin qəhrəmanları ilə müqayisədə daha zəif, tənbəl təsiri bağışlayırlar. Bununla əlaqədar o deyir ki, özünün sadə, səmimi, bir qədər də aciz görünən qəhrəmanlarını Bryus Linin coşqun enerjili savaşçılarının əksi kimi yaradıb. Onun tənbəl və yazıq görkəmli qəhrəmanları saf və səmimidirlər. Ancaq onlar özlərindən güclü olan və sadə adamları incidənlərə qarşı cəsarətlə ayağa qalxır və sonda onları məğlub edərək, haqq və ədalətin bərpasına nail olurlar. Çanın çəkdiyi və çəkildiyi filmlərdə, ümumiyyətlə, iki cəbhə var: yaxşılar və pislər. Ancaq sonda pislər bəzən haqsızlıqlarını etiraf edərək, yaxşıların qarşısında diz çökürlər. 2000-ci illərdən başlayaraq, Çan oynadığı filmlərdə daha çox qəhrəmanlıq süjetlərinə və musiqili səhnələrə yer verir. Bununla əlaqədar İtaliya mətbuatına verdiyi müsahibəsində Çan deyib ki, əsas məqsədi özünün həm məşhur döyüş aktyoru, həm də kino müğənnisi olduğunu tamaşaçıya çatdırmaqdır
Tryuklar ustası
Çan, adətən, çəkildiyi filmlərdə ən təhlükəli tryukları özü ifa edib. Əksər hallarda, başqa aktyorların tryuklarını da cəsarətlə ifa edib. Bununla belə, bəzi hallarda o özü də kaskadyorların yardımından istifadə etmək məcburiyyətində qalıb. Məsələn, "Smokinq" filmindəki tryukları onun yerinə yeddi kaskadyor ifa edib.
Ceki Çan risk dolu tryukları ifa edərkən dəfələrlə müxtəlifdərəcəli bədən xəsarətləri alıb. Buna görə dünyanın tanınmış sığorta şirkətləri Çana külli miqdarda pul ödəmək məcburiyyətində qalıb. Bu səbəbdən də onun adı sığorta şirkətləri tərəfindən qara siyahıya salınmışdı. Çanı tanıyan bəzi şirkətlər hətta onunla yeni sığorta müqaviləsi bağlamaqdan imtina edirdilər. Ən ağır zədəni isə 1986-cı ildə "Allahların uğurları" adlı filmdə çəkilərkən almışdı. Çəkilişlər zamanı ağacdan yıxılan aktyorun kəllə sümükləri sınmış və o, uzun müddət müalicə olunmuşdu. Buna baxmayaraq, Çan sonralar da təhlükəli tryukları yerinə yetirməkdə davam edirdi. Yalnız 2005-ci ildən etibarən o, təhlükəli tryuklardan imtina etdi.
Dünyanın məşhur kino aktyorları kimi, Ceki Çanın da Honkonqdakı Ulduzlar avenyusunda, həmçinin Hollivudun Ulduzlar alleyasında və Moskvadakı köhnə Arbatda öz ulduzu var.
Ləqəbləri
Çan da bir çox məşhurlar kimi müxtəlif adlarla çağırılıb. Anadan olanda çəkisi normadan artıq 5,5 kilo idi. Ona görə də anası ona Pao Pao (ət kütləsi) adını vermişdi. Opera məktəbində oxuyarkən isə Çanı müəllimi Yu Cim Yenin adı ilə Yuen Lo deyə çağırırdılar. 1976-cı ilə kimi tamaşaçılar arasında daha çox Çen Yuen Lun adı ilə tanınırdı. Avstraliyada yaşayarkən dostları ona inşaat meydançasında işləyən fəhlə Cekin adını verdilər və bu onun tərcümeyi halında əbədi qaldı. Yeri gəlmişkən onu da deyək ki, aktyorun ata tərəfindən soyadı Fandır. Sonralar Çeki adı Fan Şilunla əvəz olundu. Çan həmçinin Yuan Lung Chan, Lung Chen, Long Cheng, Wellson Chin, Baseball Bat adları altında da kinolara çəkilib.
Yüksək qonorar
Çan çəkildiyi filmlərə görə kifayət qədər yüksək qonorar alıb. Məsələn, 1995-ci ildə çəkildiyi "Bronksda savaş" filminə görə 4 milyon, "Şanxayda gün yarı filminə" görə 5 milyon, 2001-ci ildə "Pik saatı-2"yə görə 15 milyon, 2007-ci ildə yenə də "Pik saatı −3"ə görə 15 milyon, 2008-ci ildə "Qadağan olunmuş çarlıq" filminə görə 5,89 milyon, 2010-cu ildə "Karate oğlan" filminə görə isə 7,9 milyon dollar qonorar alıb. Ümumiyyətlə, Ceki Çan 130 filmdə çəkilib.
Pop müğənni
Çan həmin dövrdə yalnız rəngarəng döyüş səhnələrini canlandıran kinoaktyor deyil, həm də pop müğənnisi kimi tanınırdı. 1984-cü ildən başlayaraq, o, 100-dən artıq mahnıdan ibarət 20 albom buraxdı. O, mahir aktyor olduğu kimi, həm də yaxşı müğənnidir. Çan həm Çin dilinin Kanton, həm də Mandarin ləhcələrində həmçinin ingilis və yapon dillərində mahnıları peşəkarcasına ifa edir. Yeri gəlmişkən, onu da qeyd edək ki, Çanın filmlərində səsləndirilən mahnıların çoxunu onun özü bəstələyib. O: "Döyüş mənim həyatımdır. Mən döyüş səhnəsi olmadan aktyor kimi rol oynaya bilmərəm. Ancaq mən həm də yaxşı kino müğənnisiyəm və bunu dəfələrlə müxtəlif kinolarda oxuduğum mahnılarımla sübut etmişəm", -deyir.
Çan müğənni kimi 100-dən artıq ölkədə konsert verib və bu konsertlərdə salonlar ağzına kimi dolu olub. Düzdür, tanınmış musiqişünaslar Çanın orta səviyyəli müğənni olduğunu söyləyirlər. Onların fikrincə, Çanın verdiyi konsertlərə tamaşaçıların çox gəlməsi daha çox onun kino aktyoru kimi məşhur olması ilə əlaqədardır. Bununla belə, Çanın albomu musiqisevərlər tərəfindən həvəslə alınmaqdadır. Onun bəzi mahnılarını isə dünya şöhrətli sənətkarlar ifa ediblər və buna görə dəfələrlə alqışlanıblar. Bununla belə, yenə də insaf naminə demək lazımdır ki, o, tamaşaçılar arasında məşhur kino aktyoru kimi daha çox tanınır.
Xeyriyyəçi Çan
Kasıb ailədə anadan olan Çan bu gün artıq dünyanın ən çox qazanan aktyorlarından biri hesab edilir. Milyonları olmasına baxmayaraq, Çan özünün kasıb keçmişini unutmur. Bu məqsədlə də həvəslə xeyriyyəçiliklə məşğul olur. Adətən, xeyriyyəçilik məqsədilə keçirilən bütün aksiyalarda həvəslə iştirak edən Çan bu məqsədlə yüz minlərlə dollar xərcləyib. Məsələn, 2004-cü ildə Hind okeanında baş verən sunami və yenə də həmin ildə Çindəki su daşqınlarından zərər çəkənlərə böyük həcmdə maliyyə yardımları göstərib. 2004-cü ildə Honkonqda keçirilən beynəlxalq xeyriyyəçilik sərgisində Ceki Çan UNİCEF və iki beynəlxalq uşaq təşkilatının hesabına 4,14 milyon Honkonq dolları köçürüb.
Ceki Çan, həmçinin sunami və zəlzələdən zərərçəkmiş yapon xalqına 3.3 milyon dollar yardım göndərib. O, öz çıxışı zamanı belə deyib: "Məqsədim ehtiyacı olan insanlara kömək etməkdir. Mən istəyirəm ki, dünyamı dəyişdiyim zaman bank hesabımda bir sent belə qalmasın".
Son illərdə Ceki Çan çox az hallarda kinolara çəkilir, ancaq buna baxmayaraq, o yenə də dünyanın ən məşhur kino aktyorlarından biri olaraq qalmaqda davam edir. Çanın nadir hallarda kinoya çəkilməsi onun haqqında bir neçə dəfə ölüm xəbərinin çıxmasına səbəb olub. Amma hər dəfə də məlum olub ki, Çan sağdır və onun az-az tamaşaçılarla görüşə gəlməsi vaxtının çox hissəsini ailəsinə həsr etməsi ilə bağlıdır.
Ceki Çan 12 noyabr 2016-cı ildə kinematoqrafiya sahəsində töhfələrinə görə "Oskar" mükafatına layiq görülüb. Təntənəli mükafatlandırma mərasimi Los-Ancelesdə keçirilib.[10].
Filmoqrafiya
İl | Filmin Azərbaycan dilində adı | Orijinal adı | Rol | Qeydlər |
---|---|---|---|---|
1962 | Böyük və Kiçik Vonq Tin Bar | 大小黄天霸 "Big and Little Wong Tin Bar" | uşaq aktyor | |
1963 | Lyan Şanbo və Çju İntay | 梁山伯與祝英台 "The Love Eterne" | uşaq aktyor | |
1966 | Kyu–Qlin əhvalatı | 秦香蓮 "The Story of Qin Xiang Lin" | uşaq aktyor | |
Böyük sərxoş qəhrəman | "Big Drunk Hero" | uşaq aktyor | ||
18 nizələr (birinci hissə) | 兩湖十八鏢(上集) "The Eighteen Darts (Part 1)" | uşaq aktyor | ||
18 nizələr (ikinci hissə) | 兩湖十八鏢(下集) "The Eighteen Darts (Part 2)" | uşaq aktyor | ||
1971 | Zen qorxusu | 俠女 "A Touch of Zen" | uşaq aktyor | |
1972 | Qəzəbin yumruğu | 精武門 "Fist of Fury" | "kung fu student" kaskadyor | aka "The Chinese Connection" |
Hapkido | 合氣道 Hapkido | "Black Bear student" | ||
1973 | Əjdahanın çıxışı | 龍爭虎鬥 "Enter the Dragon" | "məhbus" kaskadyor | |
Təkbuynuzun zərbəsi | 麒麟掌 "Fst of Unicorn" | bandit | ||
Kvantunqdan balaca pələng | 廣東小老虎 "The Cub Tiger from Kwangtung" | Syao Hu | ||
Sevgi yönü | 北地胭脂 "Facets of Love" | "Xiao Liu" | ||
Ölümdən qorxmuram | 頂天立地 "Not Scared to Die" | "Si To" / "Shi Tzer" | ||
Polis qadın | 女警察 "Police Woman" | Ceki Çan | ||
Kung fuçu qız | 鐵娃 "Kung Fu Girl" | Chen Yuen Lung | ||
Kiçik pələng | 廣東小老虎 "Little Tiger of Canton" | "Jackie" / "Ah Lung" | ||
1974 | Qoşa K-nın yumruqları | 除霸 "Fists of the Double K" | kaskadyor | aka Fist to Fist
aka Hong Kong Face-Off |
Qızıl Lotos | 金瓶雙艷 "The Golden Lotus" | Qardaş Yun | ||
1975 | Bütün ailə | 花飛滿城春 "All in the Family" | Hsiao Tang | |
Brus Li və mən | 李小龍與我 "Bruce Lee and I" | |||
Sürprizlərin sonu | 拍案驚奇 "No End of Surprises" | Çen | ||
Himalaylı | 密宗聖手 "The Himalayan" | Kaskadyor | ||
Gənc əjdahalar | 鐵漢柔情 "The Young Dragons" | Aksion karoqrafi | ||
1976 | Yeni qəzəbin yumruğu | 新精武門之精武拳" New Fist of Fury" | Lunq | |
Ölümün rəqsi | 舞拳 "Dance of Death" | |||
Şaolin adam | 少林木人巷 "Shaolin Wooden Men" | "Tiger" kaskadyor | aka Shaolin Chamber of Death
aka Shaolin Wooden Men: Young Tiger's Revenge | |
Ölümün əli | 少林門 "Hand of Death" | Tan Fenq | ||
Qatil meteoritlər | 風雨雙流星 "Killer Meteors" | Va-Vu Bin | ||
1977 | Mübahisə ilə ölüm | 劍花煙雨江南 "To Kill with Intrigue" | Cao Ley | |
1978 | Şaolinin ilan və durna döyüş sənətləri | 蛇鶴八步 "Snake & Crane Arts of Shaolin" | Hsu Yiu Fonq | |
Möhtəşəm cangüdənlər | 飛渡捲雲山 "Magnificent Bodyguards" | Lord Tinq Çunq | ||
Qartal kölgəsində ilan | 蛇形刁手 "Snake in the Eagle's Shadow" | Çien Fu | ||
Sərxoş usta | 醉拳 "Drunken Master" | Vonq Fei Hanq | aka Drunken Monkey in the Tiger's Eyes | |
Mənəvi Kunq-Fu | 拳精 "Spiritual Kung Fu" | Yi Lanq | ||
Bir az Kunq–fu | 一招半式闖江湖 "Half a Loaf of Kung Fu" | Usta Yianq | ||
1979 | Qorxmaz kaftar | 笑拳怪招 "The Fearless Hyena" | Şinq Lunq | |
Əjdaha yumruğu | 龍拳 "Dragon Fist" | Tanq Hov Yuen | ||
Sınmış barmaqlı usta | 廣東小老虎 "Master with Cracked Fingers" | Ceki Çan | ||
1980 | Gənc usta | 帥弟出馬 "The Young Master" | Usta Lunq | |
Böyük döyüş | 殺手壕 "The Big Brawl" | Ceri Kvan/Lunq | ||
1981 | Top nüvəsi qaçışı | 砲彈飛車 "Cannonball Run" | Çeki Çan | |
1982 | Lord Əjdaha | 龍少爺 "Dragon Lord" | Əjdaha Ho/Lunq | |
Xüsusi tapşırıq | 迷你特攻隊 "Fantasy Mission Force" | Sammi | ||
1983 | Qorxmaz kaftar 2 | 龍騰虎躍 "Fearless Hyena Part II" | Çan Lunq | |
Qaliblər və günahkarlar | 奇謀妙計五福星 "Winners and Sinners" | "CID 07" | ||
Layihə A | A計劃 "Project A" | Çavuş Ma Yue Lunq | ||
1984 | Təkərlər üzərində qəlyanaltı | 快餐車 "Wheels on Meals" | Tomas | |
Top nüvəsi qaçışı 2 | 砲彈飛車2 "Cannonball Run II" | Çeki Çan | ||
1985 | Polis əhvalatı | 警察故事 "Police Story" | Çan Ka-Kui | |
Əjdahanın ürəyi | 龍的心 "Heart of Dragon" | Ted | ||
Himayədar | 威龍猛探 "The Protector" | Billi Vonq | ||
Mənim xoşbəxt ulduzlarım | 福星高照 "My Lucky Stars" | |||
Mənim xoşbəxt ulduzlarım 2 | 夏日福星 "Twinkle, Twinkle Lucky Stars" | |||
1987 | Tanrının zirehi | 龍兄虎弟 "Armour of God" | Ceki | |
Layihə A 2 | A計劃續集 "Project A Part II" | Əjdaha Ma | ||
1988 | Polis əhvalatı 2 | 警察故事續集 "Police Story 2" | Çan Ka-Kui | |
Əbədi əjdahalar | 飛龍猛將 "Dragons Forever" | Ceki Lunq | ||
1989 | Möcüzələr | 奇蹟 "Miracles" | Kuo Çen Vah | |
1990 | Alovlu ada | 火燒島 "Island of Fire" | "Lunq" /"Stiv Tonq" / "Da Çui" | aka The Prisoner |
1991 | Tanrının zirehi 2: Kondor əməliyyatı | 飛鷹計劃 "Armour of God II: Operation Condor" | Ceki | |
1992 | Polis əhvalatı 3: Super polis | 警察故事III超級警察 "Police Story 3: Super Cop" | Çan Ka-Kui | |
Əkiz əjdahalar | 雙龍會 "Twin Dragons" | Con Ma | ||
1993 | Polis əhvalatı 3: Super polis 2 | 超級計劃 "Once a Cop" | İnspektor Çan | |
Şəhər ovçusu | 城市獵人 "City Hunter" | Rio Saeba | ||
Detektiv | 重案組 "Crime Story" | İnspektor Edi Çan | ||
1994 | Sərxoş usta 2 | 醉拳II "Drunken Master II" | Vonq Fei Hunq | aka The Legend of Drunken Master |
1995 | İldırım vurması | 霹靂火 "Thunderbolt" | Çan Foh To | |
Bronksedə mübahisə | 紅番區 "Rumble in the Bronx" | Ma Hon Keunq | ||
1996 | Polis əhvalatı 4: İlk zərbə | 警察故事IV之簡單任務 "Police Story 4: First Strike" | Çan Ka Kui | |
1997 | Cənab yaxşı oğlan | 一個好人 Mr. Nice Guy | Çeki | |
1998 | Mən kiməm? | 我是誰 "Who Am I?" | Sam Vonq | |
Pik saatı | 火拼時速 "Rush Hour" | Detektiv İnspektor Li | ||
1999 | Möhtəşəm | 玻璃樽 "Gorgeous" | C. N. Çan | |
2000 | Şanxayda günorta | 西域威龍 "Shanghai Noon" | Çon Vanq | |
2001 | Təsadüfü casus | 特務迷城 "The Accidental Spy" | Buk Yuen | |
Pik saatı 2 | 火拼時速2 "Rush Hour 2" | Detektiv İnspektor Li | ||
2002 | Smokinq | 燕尾服 "The Tuxedo" | Cimi Tonq | |
2003 | Şanxay cəngavərləri | 飛龍再生 "Shanghai Knights" | Çon Vanq | |
Əkizlərin effekti | 千機變 "The Twins Effect" | Ceki-Təcili yardım sürücüsü | ||
Medalyon | 西域威龍2皇家威龍 "The Medallion" | Eddi Yanq | ||
2004 | Yer ətrafında 80 günə səyahət etmək | 環遊世界八十天 "Around the World in 80 Days" | Lau Xinq | |
Əkizlərin effekti 2 | 千機變 II – 花都大戰 "The Twins Effect 2" | Vai Şinq | ||
Yeni polis əhvalatı | 新警察故事 "New Police Story" | İnspektor Çan Kvok Vinq | ||
2005 | Mif | 神話 "The Myth" | General Menq-Yi və Cek Çan | |
2006 | Rob-B-Hood | 寶貝計劃 "Rob-B-Hood" | Fonq Ka Ho | |
2007 | Pik saatı 3 | 火拼時速3 "Rush Hour 3" | Dedektiv İnspektor Li | |
2008 | Qadağan olunmuş krallıq | 功夫之王 The Forbidden Kingdom | Lu Yan/ Yaşlı Hop/ Sərxoş ölümsüz | |
Kunq-fu Panda | 功夫熊貓 "Kung Fu Panda" | Usta Meymun (səsləndirmə) | ||
2009 | Qanlı hesablaşma | 新宿事件 "Shinjuku Incident" | Steelhead | |
Cekini axtarıram | 尋找成龍 "Looking for Jackie" | Özü | ||
Respublikanın quruluşu | 建國大業 "The Founding of a Republic" | Li Yişen (müsahib) | ||
2010 | Qonşudakı casus | 鄰家特工 "The Spy Next Door" | Bob Ho | |
Böyük kiçik əsgər | 大兵小將 "Little Big Soldier" | Böyük əsgər | ||
Karateçi uşaq | 功夫夢 "The Karate Kid" | Cənab Han | ||
2011 | Şaolin | 新少林寺 "Shaolin" | Vu Dao | |
Kunq-fu Panda 2 | 功夫熊貓2 "Kunq Fu Panda 2" | Usta Meymun (səsləndirmə) | ||
1911-ci il Xinhai İnqilabı | 辛亥革命 "1911 Xinhai Revolution" | Huanq Xinq | ||
2012 | Tanrının zirehi 3: Çin təqvimi | 十二生肖 "Armour of God III: Chinese Zodiac" | Ceki | |
2013 | Şəxsi dərzi | 私人订制 "Personal Tailor" | kameo | |
Polis əhvalatı 2013 | 警察故事 "Police Story 2013" | Çua Çuy | ||
2015 | Əjdahanın qılıncı | 天将雄狮 "Dragon Blade" | sərkərdə Hu An | |
2016 | Kunq-Fu Panda 3 | "Kung Fu Panda 3" | Usta Meymun (səsləndirmə) | |
Onun izi ilə | 絕地逃亡 "Skiptrace" | Benni | ||
Dəmir yolu pələngləri | 铁道飞虎 "Railroad Tigers" | Ma Yuan | ||
2017 | Tanrının yaraqları:Xəzinə axtarışında | 功夫瑜伽 "Kung-Fu Yoga" | Cek | |
Əcnəbi | "The Foreigner" | Kvan | ||
Qanlı polad | 機器之血 "Bleeding Steel" | Lin Dun | ||
2019 | Əjdaha möhürünün sirri | 龙牌之谜 "Viy 2: Journey to China" | Usta | |
2020 | Avanqard | 急先锋 "Vanguard" | Tanq Huantin |
Özü haqqında
İl | Filmin Azərbaycan dilində adı | Orjinal adı | Qeyd |
---|---|---|---|
1998 | Ceki Çan: Mənim hekayəm | "Jackie Chan: My Story" | |
1999 | Ceki Çan: Mənim tryuklarım | "Jacckie Chan: My Stunts" |
İstinadlar
- Jackie Chan // Encyclopædia Britannica (ing.).
- Jackie Chan // filmportal.de. 2005.
- MyDramaList (ing.). 2011.
- "Biography section, official website of Jackie". Jackiechan.com. 2012-02-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 September 2010.
- "Ceki Çan və Buddy Ayıları". 2008-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-10.
- "Ceki Çan və United Buddy Bears". 2011-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-10.
- "Fans desert Jackie Chan". BBC. 31 March 2000. 2 December 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 March 2012.
- "Elaine Ng moves back to Hong Kong". celebritygossip.asia. 31 July 2011. 17 August 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 March 2012.
- "小龍女富貴臉 像房祖名 ("Dragon"'s daughter has a wealthy appearance; looks like Jaycee Chan)". 20 May 2009. 17 August 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 March 2012.
- Ceki Can "Oskar" mükafatına layiq görülüb
Ədəbiyyat
«Çin» | |
---|---|
«Kino» | |
«Musiqi» | |
«İdman» |
- Jackie Chan, Jeff Yang. I Am Jackie Chan: My Life in Action. — Pan, 1999.
- Renee Witterstaetter. Dying for Action. — Grand Central Publishing, 1997.
- Curtis F. Wong, John R. Little. Inside Kung-Fu. — McGraw-Hill, 1998.
- Darren F., Long B. Hong Kong Babylon. An Insider Guide to the Hollywood of the East. — L., 1997.
- О. Ключарева. Джеки Чан. — Р-н/Д.: Феникс, 2004.
Xarici keçidlər
- Ceki Çan — IMDb səhifəsi
- Ceki Çan
- Ceki Çanın bioqrafiyası
- Ceki Çanın Rəsmi Saytı (ing.)
- Ceki Çanın Yaradıcılığı Haqqında Məlumat Arxivləşdirilib 2012-02-03 at the Wayback Machine
- Ceki Çanın həyatı Arxivləşdirilib 2011-09-07 at the Wayback Machine